Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-618/2022 02.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Məhkəmə iclas katibi Güləliyev Rahil Oqtay oğlunun katibliyi ilə, Barəsində inzibati protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, müəyyənetdi: Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən 27 dekabr 2021-ci il tarixdə saat 15:44-də Şəxs MMC-nin (VÖEN: **********) ünvan 1 ünvaninda yerləşən obyektində işçi tərəfindən tibbi maskadan düzgün istifadə edilməməsi faktı müəyyən edilmişdir. Bu səbəbdən, Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin dövlət vergi müfəttişi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 27 dekabr 2021-ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 izahat verərək bildirdi ki, Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən 27 dekabr 2021-ci il tarixdə MN seriyalı ******* saylı protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Lakin bir inzibati protokol üzrə Xətai Rayon Məhkəməsində 3(011)-618/2022 saylı və 3(011)-619/2022 saylı inzibati materiallar açılmışıdır. 3(011)-619/2022 saylı inzibati material üzrə Şəxs MMC inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd edilənlərə əsasən MN seriyalı ******* saylı protokol üzrə inzibati qərar qəbul edildiyindən 3(011)-618/2022 saylı inzibati material üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Dövlət Vergi Xidmətinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Dövlət Vergi Xidmətinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. İş materillarında olan Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş 27 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan göründüyü kimi, 27 dekabr 2021-ci il tarixdə saat 15:44-də Şəxs MMC-nin (VÖEN: **********) ünvan 1 ünvaninda yerləşən obyektində işçi tərəfindən tibbi maskadan düzgün istifadə edilməməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz vəya başlanmış icraata isə xitam verilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-619/2022 nömrəli, 02 mart 2022-ci il tarixli qərarından görünür ki, 27 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1200 (bir min iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən Şəxs MMC barəsində başlanılmış olan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, qəraraaldı: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(011)-618/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-618/2022
02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver