Məhkəmə qərarları › İş №3(011)-6210/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6210/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6210/2024 28.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Şikayət verən şəxs - X1 iştirakı ilə, Baş Dövlət Yol Polisi İdarəsinin 31 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polisinin 31 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 30 oktyabr 2024-cü il tarixində saat 17:20 radələrində özünə məxsus **-DM-*** dövlət nömrə nişanlı “HYUNDAY ELANTRA” markalı avtomobili ilə Siyəzən şəhərinin çıxışından Quba istiqamətində hərəkət edirmiş. Bu yol keçmiş Bakı-Quba magistral yolunun Siyəzən şəhərindən keçməklə Quba istiqamətinə uzanan hissəsidir. Bu ərazi Siyəzən şəhəri Ərziman Cabbarov küçəsidir. Həmin ərazidə 3.24 nişanı quraşdırılmaqla hərəkət surətinin yuxarı həddinin 50 km/saatla məhdudlaşdırılması nişanı vardır. “Siyəzən Palase” şadlıq sarayını keçdikdən sonra sol tərəfdə içərisində 1 nəfər yol patrul xidməti əməkdaşının xidmət etdiyi **-YP-*** dövlət nömrə nişanlı BMW markalı yol patrul xidməti avtomobilinin bir qədər əvvəl orada dayandığını görmüşdür. Yol Patrul avtomobilində tək bir nəfər polisin xidmət aparması qeyri qanunidir. Yol Patrul xidməti haqqında təlimata əsasən yol patrul xidməti avtomobilində 2 (iki) nəfər xidmətdə olmalıdır. «Ekipajda iki YPX inspektorundan biri patrul avtomobilindən düşərək dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yaxınlaşır, özünü sürücüyə təqdim edir və bundan sonra dayandırılmanın səbəbini bildirməklə ondan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1ci bəndində nəzərdə tutulmuş sənədlərin təqdim olunmasını tələb edir.” Təlimatın bu bəndi ilə bir daha sübuta yetirilir ki, həmin **-YP-*** dövlət nömrə nişanlı avtomobildə Xidmət göstərən YPX əməkdaşı orada tək xidmət aparmaqla qeyri-qanuni xidmət göstərir. Qeyd etməyi zəruri hesab edir ki, avtomobilin idarə edilməsi üçün sonuncu etibarnaməni oğlu Sahgəldivev Natiqə vermisdir. Oglu Türkiyə Respublikasında təhsil alır və sonuncu dəfə Azərbaycanda 10 dekabr 2023-cü ildə olmuşdur. Bununla bildirmək istəyir ki, avtomobilini özü idarə etmisdir. Sonuncu etibarnamə ona verildiyinə görə qeyd etdiyi **-DM-*** dövlət nömrə nişanlı avtomobilimə aid inzibati qayda pozuntusu onun şəxsi kabinetinə göndərilir. Həmçinin o ona aidiyyatı hərəkətləri etmək üçün etibarnamə də vermisdir. Səhəri gün yəni 31 oktyabr 2024-cü il tarixində ona məlum olmuşdur ki, etmədiyi payda pozuntusunu görə ona qarşı elektron qərar qəbul edilib. Guya o, yolun sürət həddinin 50 km/saat olan hissəsində 89 km/saat sürətlə hərəkət etmişdir. Yəni sürət həddini 39 km/saat aşmışdır. Hansı ki, qeyd ediyi kimi orada sürət həddi 60 km/saatdır və o, orada 65-70 km/saat sürətlə hərəkətdə olmuşdur. Ancaq o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən 50 (əlli) manat (2 bal) miqdarında cərimə olunmuşdur. O, qeyd olunan sürətlə oradan keçməmiş və bu qərara öz etirazını bildirir. Həmin **-YP-*** dövlət nömrə nişanlı avtomobildə xidmət göstərən YPX əməkdaşı həmin YPX avtomobilini iri qabaritli nəqliyyat vasitəsinin arxasında gizlətməklə eləcədə yolun qarşı tərəfində də iri qabaritli nəqliyyat vasitələrinin dayandığı verdə xidmət apararaq, sürücülər üçün qarşıdakı görmə həddini məhdudlaşdıraraq xidmət aparır. Bununla da hərəkətdə olan nəqliyyat vasitələri üçün çox təhlükəli qəza şəraiti yaradır. Əslində isə həmin YPX əməkdaşı orada iri qabaritli nəqliyyat vasitələrini həmin ərazidən uzaqlaşdırmalı yaşayış məntəqəsində onların elə zəncir səkilində (sepnov) dayanmasına icazə verməməlidir. Qarşıda “SİYƏZƏN PALASE” şadlıq sarayı olan hissə nisbətən çökəklikdədir. İri qabaritli nəqliyyat vasitələrinin orda dayanmasına şərait yaradan **-YP-*** nömrəli YPX avtomobilində xidmət göstərən YPX əməkdaşı özü üçün ‘‘münbit şərait” yaradaraq nəqliyyat vasitəsi sürücülərini qayda pozmağa vadar edir. Belə ki, döngə olan və qarşısı çökəklik olan həmin hissədə görmə qabiliyyəti məhdudlaşır və sürücü qarşıdan gələn nəqliyyat vasitəsini görmür. ərazidə qeyd olunan nişan yoxdur və bu hissədə də qanunvericiliyin tələbləri kobud səkildə pozulmuşdur. Belə qanun pozuntuları ilə tərtib olunmuş protokol və həmin protokol əsasında çıxarılmış is üzrə qərar, birbaşa inzibati iş üzrə qərarın ləgv edilməsinə is üzrə icraata xitam verilməsinə əsas verir. Beləliklə, **-YP- *** dövlət nömrə nişanlı avtomobildə xidmət göstərən yol patrul xidməti əməkdaşı ona verilmiş səlahiyyətlərdən sui istifadə edərək vəzifə səlahiyyətlərini aşaraq istədiyi formada protokol tərtib edir, heç bir qayda pozuntusu etməyənlərə 10 (on) manat, 10 (on) manat məbləğində inzibati xəta törədənlərə 50 manat-2 bal, 50 manatlıq inzibati xəta törədən sürücülərə isə 150 manat-3 bal cərimə tətbiq edir. Sözsüz ki, belə özbaşınalıq korrupsiya hallarına sətirib cıxarır. Belə hallar, sürücülərlə müəyyən danışıqlar aparmağa məsələni YPX əməkdaşının öz istədiyi kimi həll etməyə şübhələr yaradır. Bu qaydada vəzifə səlahiyyətlərini aşmaqla bu YPX əməkdaşı neçə-neçə sürücünün haqqına girir. Bu **-YP- *** dövlət nömrə nişanlı avtomobildə xidmət göstrən YPX əməkdaşının qanunvericiliyin tələblərini kobud şəkildə pozmasıdır və qanununun tələblərinini bilməyəm sürücülərə qarşı öz istəklərini öz xeyirlərinə məharətlə istifadə etmələri üçündür. Bunu başqa cür başa düşmək mümkünsüzdür. Yol-PatrulXidməti əməkdaşının qanunvericiliyin tələblərini həddindən artıq kobud şəkildə pozmaqla sürücülərə qarşı qeyri-qanuni protokol tərtib etmələri onların vəzifə səlahiyyətlərində sui istifadə etmələridir. Onlar bu hərəkətləri ilə Azərbaycan vətəndaşlarının güc strukturlarına, xüsusən də polis orqanlarına qarsı inamını azaldırlar. Mənə qarşı tərtib olunan EQ 24442410 nömrəli protokolun tərtib edildiyi günün səhərisi iş üzrə qəbul edilən qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmişdir. Hesab edir ki, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) is üzrə qərar qəbul edərkən, obyektiv araşdırma aparmamışdır. Şərh edilən isin faktiki hallarından görünür ki, onun əməlində inzibati məsuliyyətə cəlb edilməyinə asılı olan inzibati xəta tərkibi mövcud deyildir. Odur ki, barəsində qəbul edilən qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Əlavə olaraq qeyd edir ki, 30 oktyabr 2024-cü il tarixli tarixli protokol barədə 31 oktyabr 2024-cü il tarixdə məlumatlı olmuşdur. EQ 24442410 nömrəli elektron protokol əsasında inzibati tənbehin tətbiq edilməsi haqqında 31 oktyabr 2024-cü il tarixli qəran 05 noyabr 2024-cü il saat 11:30-da almışdır. Odur ki, bu qərardan şikayət vermə müddətini ötürməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunmağına dair DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən EQ 24442410 nömrəli protokol əsasında qəbul olunmuş, inzibati tənbehin tətbiq edilməsi haqqında, 31 oktyabr 2024-cü il tarixli qərarın ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, avtomobili X3 idarə etmişdir, protokol isə onun oğlu Şahverdiyev Natiq barəsində tərtib rdilib. Şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Baş Dövlət Yol Polisi İdarəsi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 31 oktyabr 2024-cü il tarixli inzibati tənbeh verilməsi barədə elektron qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 50 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 328.2-ci maddəsinə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 31 oktyabr 2024-cü il tarixli qərara əsasən X1 30 oktyabr 2024-cü il tarixdə, saat 17:22-də Siyəzən, Ərziman Cabbarov 20 istiqamətində “HYUNDAİ ELANTRA MİNİK” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət surətini 21-40 km/saat həddində aşmağa görə Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 50 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, X1 barəsində 31 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə 21 dekabr 2010-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 1-ci bəndinə əsasən sürücülər üçün nəzərdə tutulmuş nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər. Adətən nişanlar yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılır; lakin onlar yolun hərəkət hissəsinin üzərində də yerləşdirilə və ya təkrarlana bilər. Yerli şərait yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılmış nişanın sürücü tərəfindən vaxtında qavranılmamasına səbəb ola bilərsə, nişan hərəkət hissəsinin üzərində və ya yolun əks tərəfində təkrarlanmalıdır. Həmin qanun 6-cı maddəsinin 2-ci bəndinə əsasən hər bir nişanın təsir dairəsi nəzərdə tutulduğu sürücülər üçün, hərəkət üçün açıq olan yolun hərəkət hissəsinin bütün enini əhatə edir. Lakin, nişanın təsir dairəsi hərəkət hissəsinin uzununa nişanlanma ilə işarələnmiş bir və ya bir neçə hərəkət zolağı ilə məhdudlaşdırıla bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin 31 oktyabr 2024-cü il tarixli inzibati tənbeh verilməsi barədə elektron qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İnzibati xəta haqqında Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli EQ24442410 saylı protokol əsasında qəbul edilmiş 31 oktyabr 2024-cü il tarixli inzibati tənbeh verilməsi barədə elektron qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar