Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6299/2024 25.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X4 iştirakları ilə, xx.xx.1984-cü ildə Cəlilabad rayonu, Zopun kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 25 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-3611/2023-016 nömrəli, xx.xx.2023-cü il tarixli, Xətai Rayon Məhkəməsinin e- 2(011)-557/2023-015 nömrəli, xx.xx.2023-cü il tarixli, Xətai Rayon Məhkəməsinin e-2(011)- 3693/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)- 6784/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)- 5956/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)- 2042/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)- 2036/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)- 8464/18 nömrəli, xx.xx.2018-ci il tarixli, Binəqədi Rayon Polis İdarəsinin ******* nömrəli, xx.xx.2020-ci il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)-1934/13 nömrəli, xx.xx.2013-cü il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)-3948 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədləri üzrə olan borc məbləğləri Şəxs tam olaraq ödəməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beləliklə göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X9 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamlərin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasına qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Abiyev X5 Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə o, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3611/2023-016 nömrəli, xx.xx.2023-cü il tarixli, Xətai Rayon Məhkəməsinin e-2(011)-557/2023-015 nömrəli, xx.xx.2023-cü il tarixli, Xətai Rayon Məhkəməsinin e-2(011)-3693/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)-6784/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)-5956/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)-2042/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)-2036/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)-8464/18 nömrəli, xx.xx.2018-ci il tarixli, Binəqədi Rayon Polis İdarəsinin ******* nömrəli, xx.xx.2020-ci il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)- 1934/13 nömrəli, xx.xx.2013-cü il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)-3948 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədlərindən xəbəri olmuş və borcunu ödəməkdən imtina etməmişdir, lakin hazırkı dövrədək heç bir yerdə işləmədiyindən maddi imkanı aşağı olduğu üçün icra sənədi üzrə olan borcunu bugünədək tam olaraq ödəyə bilməmişdir. Halhazırda o işə düzəlmişdir və borc onun əməkhaqqısına yönəlmişdir. Həmçinin o qey etmişdir ki, borcundan müəyyən ödənişlər etmiş və gələcəkdə də ödənişlərini davam etdirəcəkdir. Beləliklə o, əməlindən peşman olduğunu, borcunu hissə-hissə ödəyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bir neçə icra sənədinin ümumi icraatda birləsdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3611/2023-016 nömrəli, xx.xx.2023-cü il tarixli, Xətai Rayon Məhkəməsinin e-2(011)- 557/2023-015 nömrəli, xx.xx.2023-cü il tarixli, Xətai Rayon Məhkəməsinin e-2(011)- 3693/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)- 6784/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)- 5956/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)- 2042/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)- 2036/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)-8464/18 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədlərinin birləşdirilməsi və icra işlərinin icrası Xətai rayon icra şöbəsinin böyük icra məmuruna həvalə edilməsi qərara alınmışıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1934/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədindən görünür ki, X3 997,3 ABŞ dolları və 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 11 iyul 2013-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 11 iyul 2013-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3948 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 84,22 manat məbləğində pul vəsaiti və tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir; Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8464/18 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 568 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx"MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir; icraata başlama haqqında xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, 2(011)-8464/18 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə birlikdə göndərilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3693/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1071.51 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir; icraata başlama haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, e- 2(011)-3693/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə birlikdə göndərilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5956/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 1000 (bir min) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu Şəxs alınaraq X6 xeyrinə ödənilməsi qət edilmişdir; icraata başlama haqqında xx.xx.2023-ci il tarixli qərarın surətindən görünür ki, e- 2(011)- 2(011)-5956/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə birlikdə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-557/2023-015 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədindən görünür ki, Şəxs 1450 manat məbləğində pul vəsaiti və 34,50 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti-nin xeyrinə ödənilməsi qət edilmişdir; Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 06 iyul 2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 17 iyul 2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3611/2023-016 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs Mäilxan oğlundan 2815 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X10 ödənilməsi qət edilmişdir; Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6784/2023-009 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 2500 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir; icraata başlama haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, 2(011)-6784/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə birlikdə göndərilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2042/2024-011 nömrəli,xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 500 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 xeyrinə ödənilməsi qət edilmişdir; icraata başlama haqqında qərarın surətindən görünür ki, 2(011)-2042/2024-011 nömrəli,xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə birlikdə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-2319/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2022-ci il təvəllüdlü X12 vardır. İş materiallarına əlavə edilmiş 26 oktyabr 2018-ci il tarixli arxi arayışının surətindən görünür ki, Şəxs qardaşı X7 xidməti vəzifələri yerinə yetirərkən şəhid olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmişin və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin izahatları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnamələri və icra qeydi ilə üzərinə qoyulmuş öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3611/2023-016 nömrəli, xx.xx.2023-cü il tarixli, Xətai Rayon Məhkəməsinin e-2(011)-557/2023-015 nömrəli, xx.xx.2023-cü il tarixli, Xətai Rayon Məhkəməsinin e-2(011)-3693/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)-6784/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)-5956/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)-2042/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)-2036/2024-011 nömrəli, xx.xx.2024-cü il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)-8464/18 nömrəli, xx.xx.2018-ci il tarixli, Binəqədi Rayon Polis İdarəsinin ******* nömrəli, xx.xx.2020-ci il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)- 1934/13 nömrəli, xx.xx.2013-cü il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)-3948 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədlərinin icrasını tam olaraq təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı tam təmin etməmiş, icra sənədlərinin və icra qeydinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına və icra qeydinə vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnamələrinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Həmçinin məhkəmə qeyd edir ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən peşmançılıq çəkməsini (İXM-32.1.1), himayəsində iki azyaşlı iki yetkinlik yaşına çatmayan övladlarının olmasını,qardaşının xidmətinin vəzifələrini yerinə yetirərkən şəhid olmasını (İXM-32.2) və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (min beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-6299/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6299/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver