Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-63/2025 17.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X13 iştirakı ilə, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin 01 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X11 məhkəməyə müraciət edərək, Azərbaycan Müfəttişliyi Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin inzibati tənbeh barədə çıxardığı qərar qanunsuz və əsassızdır, buna görə də ləğv edilməlidir. Qərarın qəbul olunmasına səbəb kimi göstərilmişdir ki, vətəndaş X4 əmək müqaviləsinə 27 iyun 2024-cü il tarixdə xitam verilməsinə baxmayaraq, son haqq-hesabın 03 iyul 2024-cü il tarixində ödənilməsi olmuşdur. Qeyd edək ki, Əmək Müfəttişliyinə şikayət vermiş şəxs X4 tələbi onun təkrar olaraq rus dili ixtisası üzrə sertifikatlaşdırılma prosesinə cəlb edilməsi ilə bağlı olmuşdur. Belə ki, o, təhsilverənlərin sertifikatlaşdırması prosesində ana dili fənnindən uğursuz nəticə göstərmiş və əmək müqaviləsinə xitam verilmişdir. Lakin şəxsin tələbi yenidən sertifikatlaşdırma prosesinə cəlb edilmə və işə bərpa edilməsi olmağına baxmayaraq şikayətçi Əmək Müfəttişliyi tərəfindən bilərəkdən fərqli istiqamətə yönəldilərək şikayətin məzmunu dəyişdirilmiş və yeni məzmunda şikayət verməsi öyrədilmişdir. Bununla da təkrar sertifikasiyaya cəlb olunma tələbi və arzusunda olan şəxsin Əmək Müfəttişliyinin cərimə məqsədilə yanlış yönləndirilməsi nəticəsində tələbi dəyişdirilmişdir. Həmçinin, şikayətçi şəxs X4 təkrar sertifikatlaşdırma prosesinə cəlb edilmə tələbi təmin edilmiş və Bakı şəhəri 55 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli, OU**********/e nömrəli əmri ilə iş yerinə bərpa edilmişdir. Bu isə o deməkdir ki, tərəflərin arasında mübahisə həllini tapmış və şikayətçi şəxsin tələbi təmin olunmuşdur. Lakin buna baxmayaraq Əmək Müfəttişliyi xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarla ona inzibati tənbeh tətbiq etmiş və 700 (yeddi yüz) manat məbləğində cərimə olunma barədə qərar qəbul etmişdir. Şikayətçi şəxs X8 ilə bağlanmış əmək müqaviləsinə Bakı şəhəri 55 nömrəli məktəb direktorunun 27 iyun 2024-cü il tarixli 102 nömrəli əmri ilə xitam verilmiş və ona son haqqhesab ödənilməsi əmr edilmişdir. Əmrin icra üçün göndərilməsi həmin gün təmin edilmişdir. Yəni son haqq-hesabın şikayətçinin maaş kartına gec köçürülməsi İdarənin günahı deyil. Şikayətçi şəxs işə bərpa edildiyindən və qərarın verilməsinə səbəb olmuş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsində göstərilən halın öz əhəmiyyətini itirməsi səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi sadalanan halların olmasını istisna edir. xx.xx.2024-cü il tarixində həmin qərardan elektron məhkəmə sistemi vasitəsilə şikayət vermişdir, lakin elektron məhkəmə sistemindən şikayəti inzibati qaydada (poçt, kuryer və ya şəxsən təqdim etmə) verməyinin tövsiyə edildiyi qeyd olunmuşdur. Bundan sonra müvafiq qaydada həmin qərardan Nəsimi Rayon Məhkəməsinə təkrar şikayət vermişdir, lakin Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 3(006)-4716/2024 nömrəli qərardadı ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərardan verdiyi şikayət ona geri qaytarılmışdır. O, ünvan 1 ünvanında yaşadığı üçün şikayətin Xətai Rayon Məhkəməsində baxılması məqsədəmüvafiqdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X18 01 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, X4 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilməsinə baxmayaraq, son haqq hesab xx.xx.2024-cü il tarixində ödənilməklə Azərbaycan Respublikası ƏM-nin 83.4-cü maddəsinin tələbləri pozulmuşdur. X3 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 700 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Göstərilənlərə əsasən o, X11 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, X2 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, şikayət ərizəsini və səlahiyyətli orqanın nümayəndəsinin izahatını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X15 tərəfindən tərtib edilmiş 01 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 tərəfindən X4 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilməsinə baxmayaraq, son haqq hesabın xx.xx.2024-cü il tarixində ödənilməklə Azərbaycan Respublikası ƏM-nin 83.4-cü maddəsinin tələblərinin pozulması əsas gətirilərək X7 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 700 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bakı şəhəri 55 nömrəli tam orta məktəbin direktoru tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli, 102 nömrəli əmrdən görünür ki, həmin məktəbdə çalışan X8 təkrar sertifikatlaşdırmadan keçmədiyindən həmin tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bakı şəhəri 55 nömrəli tam orta məktəbin direktoru tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli, OU**********/e nömrəli əmrdən görünür ki, əmək müqaviləsinə xitam verilmiş rus dili müəlliməsi X8 xx.xx.2024-cü il tarixdə yenidən işə bərpa olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X11 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada işçiyə işdən çıxarkən ona düşən bütün ödənclərin tam məbləğdə işdən çıxdığı gün ödənilməməsi əsas gətirilərək onun Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 700 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X2 hazırkı şikayətində X8 ilə bağlanmış əmək müqaviləsinə Bakı şəhəri 55 nömrəli məktəb direktorunun 27 iyun 2024-cü il tarixli 102 nömrəli əmri ilə xitam verildiyini, ona son haqq-hesabın ödənilməsinin əmr edildiyini, əmrin icra üçün göndərilməsinin həmin gün təmin edildiyini, yəni son haqq-hesabın şikayətçinin maaş kartına gec köçürülməsinin İdarənin günahı olmadığını və sözügedən qərarın əsassız olduğunu qeyd etsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən qanunvericiliyin normalarından da məlum olduğu kimi, işəgötürən tərəfindən işçiyə işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün ödənilməlidir. X5 tərəfindən qeyd olunan tələbə riayət olunmamış, X6 ödənilməli olan son haqq-hesab 27 iyun 2024-cü il tarixindən sonra, yəni xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 01 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-63/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-63/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver