Məhkəmə qərarları › İş №3(011)-6318/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6318/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6318/2024 05.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Şikayətçi X2in iştirakı ilə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 24 sentyabr 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 24 sentyabr 2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, ona 05 sentyabr 2024-cü il tarixində şəhər qayısından zəng edərək bildirmişlər ki, 26 avqust 2024 tarixində, güya idarə etdiyi “Chevrolet Malibu” markalı “**-CT-***” dövlət qeydiyyat nişanlı avtomobillə ağ şəhərdən Babəkə gedən yol ərazisində əks istiqamətə çıxaraq qayda pozmuşdur. O, bildirmişdir ki əgər belə bir hal varsa və kameraya düşübsə nəyə görə elektron cərimə gəlməyib. Ona görədə polis idarəsinə yaxınlaşmayacağını əgər belə bir hal varsa qanuni yolla həll olunmasını bildirmişdir. Telefon danışıqların aparılmasından sonra ona İXP6549676 saylı xx.xx.2024-cü il tarixli protokol tərtib olunmuşdur. O, protokoldan elektron formada şikayət yazmışdır. Bundan sonra ona xx.xx.2024-cü il tarixində qərar tərtib olunaraq 100,00 (bir yüz) manat cərmə edilmişdir. Qərara əsasən guya o, İXM-nin 327.2-1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçməyə görə tənbeh olunmuşdur. Bu hal onun elektron kabinetinə yerləşdirilsədə bu halı təsdiqləyən hər hansı görüntü və foto sistemə yerləşdirilməmişdir. Qanunvericiliyin tələbinə əsasən pozuntu elektron cihazla qeydə alındığı andan 24 saat müddətində elektron kabinet vasitəsi ilə sürücüyə məlumat verilməli və protokol tərtib olunmalı, edilmiş pozuntu barədə video və foto görüntü sürücünün şəxsi kabinetinə yerləşdirilməlidir. Bununla bağlı Daxili İşlər Nazirliyinə cənab nazir Vilayət Eyvazova 3-13/1-Ç-750xx/xx/2024 işinə baxılması ilə bağı məktub ünvanlamışdır. Lakin, bugünədək işinə baxılmamış və ona heç bir məlumat verilməmişdir. İşinə baxılmadığı üçün artıq məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etmək istərdi ki, heç bir əsas və əyani sübut təqdim edilmədən DYP əməkdaşının uyğunsuz qərarı araşdırılmadan və əsaslandırılmadan ona cərmə tənbeh növü tətbiq edilmişdir. yuxarıda qeyd olunanlara və mövcud qanunvericiliyə əsasən məhkəmədən barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edəilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması və barəsində tərtib edilmiş 24 sentyabr 2024-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər DYPİ nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 24 sentyabr 2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 100 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X2 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 24 sentyabr 2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 24 sentyabr 2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar