Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-632/2021 05.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi ilə, X1 iştirakı ilə X1 Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhəri Xətai RPİ-nin 37ci PŞ-nin rəisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə saat 12:30 radələrində Xətai metrostansiyasının qarşısından 4 nömrəli avtobusa minmək məqsədilə gedərkən 50-60 metr məsafədən avtobusun dayanacaqda olduğunu görmüşdür. Avtobusu qaçırmamaq üçün qaçaraq çatıb minmişdir. Dayanacaqda polis əməkdaşları maska taxılmasına nəzarət etmişlər. Onun maskası olduğu üçün problemsiz avtobusa keçmişdir. Kartı vurduqdan sonra ən arxa oturacağa keçmişdir. Avtobusda yalnız sürücü tərəfdən bir qadın sərnişin əyləşmişdir.Arxa oturacaqlar boş olmuşdur. Qaçdığı üçün təngnəfəs olmuş, istifadə etdiyi KN-95 markalı maska sintetik ololduğu və kip oturduğu üçün soyuq havada içəri səthi nəm təbəqəsi ilə örtülür. Özündə olan artıq çəki problemi və damar probleminə görə boğulma hissi gəlmişdir. Ətrafında sərnişin olmadığına və pəncərənin açıq olduğuna əmin olduqdan sonra nəfəs almaq üçün masakanın bir tərəfini aşağı endirmişdir. 4-5 saniyə keçməmiş dayanacaqda dayanan polis nəfəri pəncərəni vuraraq onu avtobusdan düşməyə çağırmış və ona xəbərdarlıq etmədən maskanı düzgün istifadə etməməyə görə 100 manat cərimə yazmışdır. Hansı ki, o, FHN-nin tibb mərkəzinin modul hospitalında 6 aydan çox covid-19-la mübarizədə, həkim kimi işləyir və bu işin məsuliyyətinin artıqlaması ilə fərqindədir. Buna görə də Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsini müdafiə edərək, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayəti, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx.xx.2020-ci il tarixli Qərarı ilə xx.xx.2020-ci il saat 00:00-dan xx.xx.2021-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri tətbiq edilmiş, həmçinin ciddi zərurət yaranmadıqda ictimai yerlərdə olmamaq, digər şəxslərlə yaxın təmaslardan yayınmaq, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etmək, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etmək tövsiyə edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərinə riayət etməyərək karantin rejimini pozmuşdur və onun barəsində xx.xx.2021-ci il tarixli, ******* saylı protokol tərtib etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından şikayətçi X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X1 Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair şikayəti təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(011)-632/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-632/2021
05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver