Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-635/2023 22.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qeyd edilmiş idarənin baş müstəntiqi, polis baş leytenantı X3 26 dekabr 2022-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş 30 yanvar 2023-cü il tarixli, İXP5197082 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 dekabr 2022-ci il tarixdə Şəxs idarə etdiyi 77HF- 824 dövlət qeydiyyat nişanlı Opel Astra markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman onun nəqliyyat vasitəsi ünvan 1 ünvanında X2 idarə etdiyi **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur.. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, onun özünə məxsus göy rəngli “Opel Astra” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil tam mülkiyyət üzrə ona məxsusdur. Onun avtomobili idarə etmək üçün BC dərəcəli sürücülük vəsiqəsi vardır. 01 dekabr 2022-ci il tarixdə saat təxminən 20 radələri olardı ki, idarə etdiyi avtomobillə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yolun sağ kənarında dayanaraq geriyə dönüş etmək istəyirdi. Bunun üçün sola girən zaman xəbərdaredici işıq siqnallarını yandırdı və avtomobilin qapısında olan sol tərəfdəki güzgüdən arxaya baxaraq hər hansı bir nəqliyyat vasitəsinin gəlib gəlmədiyini yoxlamışdır. Bundan sonra güzgüdən yolun boş olmasını gördükdə o, avtomobilin sükanını sola tərəf çevirərək geriyə dönmək üçün hərəkətə başlamışdır. Bu zaman arxadan gələn avtomobil ilə idarə etdiyi nəqliyyat vasitəsi toqquşmuşdur. Hadisə zamanı o heç bir bədən xəsarəti almamışdır və avtomobildə sərnişin və yük yox idi. Məhkəmədən xahişi odur ki, yalnız taksi kimi fəaliyyət göstərib gəlir əldə edə bildiyinə görə baş vermiş hadisəyə görə onun sürücülük hüququ məhdudlaşdırılmasın. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Xətai RPİnin baş müstəntiqi, polis baş leytenantı X3 26 dekabr 2022-ci il tarixli qərarından göründüyü kimi Xətai RPİ-nə daxil olmuş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MTE və PA birliyinin Publik hüquqi şəxsin Xətai xx.xx.2022-ci il tarixli 1376 saylı rəyində görsənir ki, Şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. Xətai RPİ-nə daxil olmuş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MTE və PA birliyinin Pubiik hüquqi şəxsin Xətai xx.xx.2022-ci il tarixli 1377 saylı rəyində görsənir ki, X2 bədən səthində sağ qaş nahiyəsinin əzilmiş yarası aşkar edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, müddəti qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli 2/330646 və 2/30647 saylı aktlardan görsənir ki, Şəxs və X1 aşkar edilməmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis baş leytenantı X3 26 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibi olmadığından, soncunun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi inzibati məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanılmış materiallar Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan Xətai RPİ-nin DYPŞ-nin 30 yanvar 2023-cü il tarixli, İXP5197082 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 01 dekabr 2022-ci il tarixdə saat 20:00-da Şəxs idarə etdiyi “Opel Astra” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində hərəkətdə olduğu zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №3(011)-635/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-635/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver