Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-637/2024 04.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi X2 iştirakları ilə Hüquqi şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs QSC tərəfindən ixrac olan mallar üçün ödənilməli olan vəsait müvəkkil bankın hesabına daxil olmamışdır. Buna görə də Şəxs QSC barəsində 20 dekabr 2023-cü il tarixli 00800-00953/23 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Baş Gömrük İdarəsinə və Şəxs QSC-yə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Baş Gömrük İdarəsinin və Şəxs QSC-nin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs QSC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinə göndərilən 26 oktyabr 2023-cü il tarixli 3-33-/3-1-031264/2023 nömrəli raportdan görünür ki, "xxxx" QSC tərəfindən ixrac edilən malların müqabilində müvəkkil bankın hesabına köçürülməli olan məbləğin köçürülməsi haqqında 3-33-3100/2-005096/2023 nömrəli, xx.xx.2023-cü il tarixli bildiriş məktubu "xxxx" QSC ünvanına göndərilmişdir. Lakin "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq gömrük bəyannamələri əsasında malların müqabilində müvəkkil bankın hesabına köçürülməli olan məbləğin 180 (yüz səksən) gün ərzində köçmədiyini nəzərə alaraq "xxxx" QSC barəsində müvafiq tədbirlər görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin bildirişindən görünür ki, bəyannamələr üzrə ixrac etdikləri malların müqabilində vəsaitlərin bankda olan hesablarına köçürülməsi təmin edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, hüquqi və fiziki şəxslər ixrac edilmiş malların müqabilində vəsaitlərin 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etmədiyi halda qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda (20.000 (iyirmi min) manatadək) xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208.1-ci maddəsinə əsasən təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda (xeyli miqdar dedikdə, qaytarılmamış xarici valyuta vəsaitlərinin 20.000 (iyirmi min) manatdan yuxarı, lakin 30.000 (otuz min) manatdan artıq olmayan məbləği) xarici valyuta vəsaitlərini xaricdən qaytarmamasına görə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə və 208.2-ci maddəsinə əsasən eyni əməllər külli miqdarda (külli miqdar dedikdə 30.000 (otuz min) manatdan artıq olan məbləği başa düşülür) törədildikdə və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq 10 gün müddətində ixrac edilmiş malların müqabilində vəsaitlərin bank hesablarına köçürülməsinin təmin edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən "xxxx" QSC-yə göndərilən 28 noyabr 2023-cü il tarixli 3-33-3100/2- 005949/2023 nömrəli məktubundan görünür ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi, Təhqiqat şöbəsində hüquqi şəxs "xxxx" QSC barəsində xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə aparılan araşdırma çərçivəsində müvafiq qaydada izahat vermək, prosessual sənədləri imzalamaq və işin sənədləri ilə tanış edilmək üçün hüquqi şəxsin nümayəndəsinin müvafiq etibarnamə və şəxsiyyəti təsdiq edən sənəd əsasında xx.xx.2023-cü il tarixdə saat 12:00-da Baş İdarənin inzibati binasına gəlməkləri xahiş olunmuşdur. 20 dekabr 2023-cü il tarixli 00800-00953/23 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Baş İdarənin Rəsmiləşdirmə Mərkəzindən daxil olan 3-33-/3-1-031264/2023 nömrəli raporta əsasən müəyyən edilmişdir ki, hüquqi şəxs "xxxx" QSC (VÖEN: **********) tərəfindən xx.xx.2023-cü il tarixli **********3461 və xx.xx.2023-cü il tarixli **********7456 sorğu nömrəli gömrük bəyannamələri üzrə ümumi dəyəri 6346,91 ABŞ dolları, yəni həmin bəyannamənin 22-ci və 45-ci qrafasına əsasən 10789,75 manat təşkil edən mallar konsignasiya yolu ilə ixrac gömrük proseduru altında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.2-ci maddəsinə görə, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. "xxxx" QSC tərəfindən isə ixrac edilən malların müqabilində məcburi qaydada qaytarılmalı olan qeyd edilən xarici valyuta vəsaitlərin bir hissəsi qanunvericilikdə nəzərdə tutulan müddət ərzində hüquqi şəsin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankdakı hesabına köçürülməmişdir. 20 dekabr 2023-cü il tarixli işə baxılmanın vaxtı və yeri haqqında qərardaddan görünür ki, Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə barəsində icraat aparılan, hüquqi ünvanı AZ 1025, ünvan 1upply" QSC (VÖEN: **********) barəsində 00800- 00953/23 saylı inzibati xəta haqqında işə 25 dekabr 2023-cü il tarixində saat 11:00-da, Bakı şəhəri, X3 Aeroportunda yerləşən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində, Baş İdarənin rəis müavini, gömrük xidməti mayoru Məmmədov Rahib Xaqani oğlunun sədrliyi ilə, Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X1 və hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə baxılma təyin olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən "xxxx" QSC-yə göndərilən 20 dekabr 2023-cü il tarixli 3-33-3100/2- 006300/2023 nömrəli məktubundan görünür ki, "xxxx" QSC (VÖEN: **********) barəsində AR İXM-in 483-cü maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında qərardadın surəti məlumat üçün göndərilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.12-ci maddəsinə əsasən həmin Məcəllənin 231.1, 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilatihüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs QSC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs QSC-yə həmin maddənin sanksiyası həddində ödənilməli olan inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan 6346,91 ABŞ dolları xarici valyuta dəyərinin otuz faizi məbləğində, yəni 1904,073 (bir min doqquz yüz dörd dollar yetmiş üç sent) ABŞ dolları cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-637/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-637/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver