Məhkəmə qərarları › İş №3(011)-638/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-638/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-638/2021 08.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, X3 iştirakı ilə X3 Xətai RPİ 36-cı Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai RPİ 36-cı Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, ölkədəki xüsusi karantin rejimi ilə bağlı qaydaları nəzərə alaraq yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə xx xxxxxx 2020-ci il tarixində 8103 nömrəsinə müvafiq mesajı göndərdikdən sonra evi tərk etmişdir. 8103 nömrəsindən ona göndərilən müsbət cavaba əsasən, saat 15:05-dən 18:05-ə kimi 3 saatlıq icazə verilmişdir. Saat təxminən 17:55 radələrində yaşadığı binanın yanından keçən yolun kənarında (Həzi Aslanov metro stansiyasının yaxınlığında) Xətai RPİ-nin 36cı polis bölməsinin əməkdaşı X2 onu saxlayaraq şəxsiyyət məlumatlarını təqdim etməyi istədi. Məlumatlarını yoxladıqdan sonra həmin şəxs bildirdi ki, hərəkət icazəsi olmadığı üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə olunmuşdur. Polis əməkdaşına məsələ ilə bağlı öz izahatında sms icazəsi götürdüyünü və icazə müddətinin bitmədiyini, həmçinin yaşadığı binanı göstərərək yaşayış yerinə kifayət qədər yaxın olduğunu, icazənin qalan müddəti ərzində rahatlıqla evə çata biləcəyini bildirdi. Bununla belə, polis əməkdaşı cərimə yazacağı ilə bağlı təkid etmiş və barəsində xx.xx.2020-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib etmişlər. Bundan sonra ona “İndi ödəyirsən?” deyə sual verdi və o isə cavabında cəriməni dərhal ödəmək öhdəliyinin olmadığını və protokoldan şikayət vermək hüququ olduğunu bildirdikdə, polis əməkdaşı ona “Ödəmirsənsə, basaq post patrola aparaq” deyə cavab verdi. Bu cür hərəkətin qanuna zidd olduğu ilə bağlı fikrini bildirdikdə isə ona “İstəyirsən, yoxlayaq. Bura Monte-Karlo deyil, Azərbaycandır” deyə cavab verdi. Daha sonra isə yaxınlıqda olan digər polis əməkdaşına müraciətlə, “Ödəmək istəmir, basaq maşına aparaq?” dedi, həmin polis isə cavabında “Yox, yaz, burax getsin” deyə bildirdi. Nəhayət, protokola imza atmağını tələb etdi və o, tabesizlik kimi anlaşılmasın deyə, həmçinin az öncə eşitdiyi təhdiddən qorxaraq imza atdı və protokolun surətini götürərək evə qayıtdı. xx xxxxxx 2021-ci il tarixində Daxili İşlər Nazirliyinin 102 qaynar xətt nömrəsinə zəng edərək barəsində qeyri-qanuni protokol tərtib olunması ilə bağlı şikayətini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixində inzibati xəta haqqında iş üzrə qərarın surətini almaq məqsədilə ərizə yazaraq şəxsən bölməyə apardı. Bölmə əməkdaşı ərizəni götürmədi və qərarın surətini ona təqdim etməyəcəyini bildirdi. Nəhayət, xx xxxxxx 2021-ci il tarixində polis əməkdaşı Həsənov Vəfadar zəng edərək qərarın surətinin hazır olduğunu, bölməyə yaxınlaşaraq onu götürə biləcəyini bildirdi və o da həmin gün bölməyə gedərək xx.xx.2020-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətini əldə etdi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” x xxxxxx 2020-ci il tarixli Qərannm 2.7.2-ci bəndinə əsasən, 2 rəqəmi üzrə yaşayış yerini tərk etmək üçün icazə 3 saat müddətinə verilir və bu müddət müsbət cavab sms gəldiyi andan başlayır. Polis əməkdaşı protokolda xüsusi icazəsi olmadan Məhəmməd Hadi küçəsində hərəkət etdiyini qeyd etmişdir. Yuxarıda bildirdiyi kimi, sms icazənin müddəti saat 18:05-də bitirdi. Protokol isə məzmunundan da aydın olduğu kimi saat 18:00-da tərtib olunub. Polis əməkdaşının onu saxladığı yerdən yaşadığı binanın girişinə qədər olan məsafə təxminən 100-110 metrdir. Yəni polis əməkdaşının onu protokol tərtib olunandan bir neçə dəqiqə öncə (saat 17:55 radələrində) saxladığını da nəzərə aldıqda, icazə müddəti bitənə qədər rahatlıqla evinə gedib çata bilərdi, polis əməkdaşının onunla qeyri-qanuni və ləyaqəti alçaldan formada rəftar etməsi də göstərir ki, əməkdaş qanunvericiliyin tələblərinə məhəl qoymayaraq haqqsız şəkildə onu cərimələməyə meyilli olmuşdur. Beləcə, sms icazə müddətinin vaxtı bitməmiş İXM-in 211.1 -ci maddəsi üzrə barəsində tərtib olunmuş protokolu qanunsuz və əsassız hesab edir. Həmçinin polis əməkdaşının qeyri-etik davranışı və protokolun qanunsuz olaraq tərtib olunması ilə bağlı, yuxarıda qeyd etdiyi kimi, öz mülahizələrini bildirsə də, əməkdaş İXM-in tələblərinə zidd olaraq onları protokolda qeyd etməmişdir. Bundan əlavə, inzibati tənbeh vermə haqqında qərarda qeyd olunur ki, xx.xx.2020-ci il tarixli MN № ******* nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq onun xx.xx.2020-ci il tarixində saat 18:20-də İXM-in 211.1-ci maddəsinin tələblərini pozduğu müəyyən edilmişdir. Halbuki, yuxarıda qeyd etdiyi və protokolda da göstərildiyi kimi, protokol tərtib olunarkən saat 18:00 idi. Əgər qərar protokol əsasında qəbul edilmişdirsə, nəyə görə saat 20 dəqiqə daha gec göstərilmişdir? Qərarın surətinə baxdıqda açıqca məlum olur ki, saat əvvəlcə 18:00 yazılmış, daha sonra üstündə düzəliş olunaraq 18:20 edilmişdir. Bunu qərarın ikinci səhifəsi üzərində 18:00 yazısının aydın şəkildə əksinin düşməsi də sübut edir. Həmçinin, qərarın 18 dekabr tarixində qəbul edildiyini nəzərə aldıqda, surəti ona xx xxxxxx 2020-ci il tarixinə kimi təqdim edilməli idi. Belə ki, İXM-in 117.2-ci maddəsinin tələbinə əsasən, qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə verilir. Göründüyü kimi, istər protokol tərtib olunarkən, istərsə də, qərar qəbul edilərkən işimə obyektiv yanaşılmamış, qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Polis orqanı tərəfindən inzibati xəta haqqında barəsindəki iş üzrə icraatın tam, hərtərəfli və obyektiv araşdırılmadığını, inzibati xəta hadisəsinin mövcud olmadığını və barəmdə tərtib olunan protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın qanunsuz və əsassız olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən X1 ərizəsində göstərilənlərə oxşar eyni məzmunlu izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Xətai RPİ 36-cı Polis Bölməsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Xətai RPİ 36-cı Polis Bölməsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xətai RPİ 36-cı Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, X3 xx.xx.2020-ci il tarixdə saat 18:00-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Xətai RPİ 36-cı Polis Bölməsinin rəisi polis polkovnik leytenantı X7 tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, X4 (AZE 16587489) xx xxxxxx 2020-ci il tarixdə saat 15:05-dən başlamaqla 3 saat müddətinə yaşayış yerini dəyişməyə icazə verilmişdir. Şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 xx.xx.2020-ci il tarixində karantin rejimi ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən yoxlanılarkən, saat 18:05dək icazəsi olduğu halda saat 18:00-da barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur, onun hərəkətinə məhdudiyyət olmadığı halda əsassız cərimə olunmuşdur. X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılarkən inzibati orqan tərəfindən heç bir sübuta istinad edilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, şəxsin inzibati xəta törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 488 nömrəli x xxxxxx 2020-ci il tarixli “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Qərarına əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilmişdir: 2.6.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 2.6.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; 2.6.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Bu Qərarın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər (SMS – məlumatlar və “E-Təbib” mobil tətbiqindən istifadə ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir: 2.7.1. 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, 4 rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda, olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir); 2.7.2. 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Xətai RPİ 36-cı Polis Bölməsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Xətai RPİ 36-cı Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Xətai RPİ 36-cı Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar