Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6401/2025 27.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 3-cü Ərazi X3 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 3-cü Ərazi X3 İdarəsindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 3-cü Ərazi X3 İdarəsi tərəfindən 08 avqust 2025-ci il tarixdə Xətai rayonu, S.Ə.ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus mağazada aparılan yanğıntexniki müayinə zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması faktı müəyyən edilmişdir. Bu səbəbdən, Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 3-cü Ərazi X3 İdarəsinin inspektoru X2 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 08 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 3-cü Ərazi X3 İdarəsinin nümayəndəsi X2 iznibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Fövqəladə Hallar Nazirliyi X3 Xidməti tərəfindən Şəxs MMC-də xx.xx.2025xx.xx.2025-ci il tarixlərdə plan üzrə (növbəti) müayinə həyata keçirilməsi üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 07 avqust 2025-ci il tarixdə KY252336908 nömrəli çıxarış verilmişdir. İş materiallarında olan 08 avqust 2025-ci il tarixli 4890 saylı yanğın-texniki müayinə aktından görünür ki, sığortaçı ilə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığorta müqaviləsi bağlanmamışdır, yanğından mühafizə xidmətinin çağırış telefon nömrələrini göstərən lövhələr obyektin görünən yerlərindən asılmamışdır, obyektin təxliyə planı hazırlanaraq görünən yerlərdən asılmamışdır, təxliyə çıxış istiqamətini göstərən işıqlandırılmış nişanlarla təchiz edilməmişdir, obyekt yanğın xəbərverici siqnalizasiya sistemi ilə təchiz olunmamışdır, obyektin ilkin yağın söndürmə balonları obyektin döşəmə səviyyəsindən 2-2,5 m hündürlüyündə asılmış göstərici lövhə ilə təmin olunmamışdır, obyektin ilkin yağın söndürmə balonları obyektin döşəmə səviyyəsindən 1.5 metr hündürlükdə asılmamışdır. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 3-cü Ərazi X3 İdarəsinin rəisi Mehti Mehtizadə tərəfindən qəbul edilmiş 3-18-65/Q-2626/2025 nömrəli 07 avqust 2025-ci il tarixli yanğın-texniki müayinənin aparılması haqqında qərardan görünür ki, inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında qərar qəbul edilmişdir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən X3 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X3 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq hüququna malikdir. Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 9.1-ci bəndinə əsasən yanğın siqnalizasiyasına və yanğınsöndürmə avtomatik qurğularına, tüstüyə qarşı müdafiə, insanları yanğın haqqında xəbərdaretmə və köçürmənin idarəetmə sistemlərinə texniki xidmət və planlı-ehtiyat təmiri (TX və PET) üzrə işlər, onları istehsal edən zavodların texniki sənədlərinin tələbləri nəzərə alınmaqla tərtib edilmiş illik plan-qrafikə və təmir işlərinin keçirilməsi müddətlərinə uyğun olaraq, həyata keçirilməlidir. TX və PET xüsusi təlim almış heyət və ya lisenziyası olan, müqavilə üzrə ixtisaslaşdırılmış təşkilatlar tərəfindən həyata keçirilməlidir. TX üzrə və ya qurğuların dayandırılması ilə (ayn-ayrı xətlərin, xəbərvericilərin) əlaqədar təmir işləri zamanı müəssisənin rəhbəri binaların, tikililərin, otaqların və texniki avadanlıqların yanğından qorunması üçün lazımı tədbirlər görməlidirlər. Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 9.12-ci bəndinə əsasən Xəbərvericilər (səsucaldanlar) səs tənzimləyicisiz olmalı və bilavasitə şəbəkəyə qoşulmalıdır. Xəbərvermə məntəqələrinin ötürülməsini və köçürmə idarə etməsinin etibarlılığı təmin edildikdə, obyektdə mövcud olan daxili radiostansiyalardan və digər veriliş şəbəkələrindən istifadə edilməsinə yol verilir. Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 10.1-ci bəndinə əsasən yanğın avtomobilləri yanğın depolarında və ya bu məqsəd üçün ayrılmış şəxsi heyətin normal və təhlükəsiz iş şəraitini təmin edən, qızdırıcı sistemi, elektrik enercisi, telefon rabitəsi, digər qurğu və avadanlıqlarla təchiz edilmiş xüsusi bokslarda saxlanılmalıdır. Yanğın avtomobillərindən yanğın texniki avadanlıqların çıxarılması və yanğın texnikasından digər məqsədlər üçün istifadə edilməsi qəti qadağandır. 10.2. Yanğın avtomobilləri və motopompalar, yanğınların söndürülməsi üçün uyğunlaşdırılmış texnika yanğın-texniki avadanlıqlarla tam təmin edilməli, yanacaq və odsöndürücü maddələrlə doldurularaq, daima saz vəziyyətdə saxlanılmalıdır. Yanğınların söndürülməsi üçün texnikanın cəlb edilmə qaydası, yerli orqanlarla təsdiqlənmiş çıxış cədvəli və yanğınların söndürülməsi üçün qüvvə və vəsaitlərin cəlb edilməsi planına əsasən təyin edilməlidir. 10.3. Yanğınsöndürmə məqsədi ilə uyğunlaşdırılmış (yenidən təchiz edilmiş) hər bir yanğın motopompasına xüsusi hazırlıq keçmiş motorçu (sürücü) təhkim olunmalıdır. Müəssisələrdə yanğın motopompalarının yanğın yerinə gətirilmə qaydaları müəyyən edilməlidir. 10.4. Otaq, bina və tikililər normalara uyğun olaraq, ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin edilməlidirlər. Müvafiq sertifikatları olmayan yanğınsöndürmə vəsaitlərinin istifadəsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin 3-cü Ərazi X3 İdarəsi tərəfindən inzibati xəta haqqında icraat qanunamüvafiq qaydada aparılmışdır, nəticədə inzibati xəta haqqında protokol qəbul edilmişdir. Beləliklə, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, hüquqi şəxs Şəxs MMC-nin barəsində, qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Şəxs MMC-yə inzibati cərimə şərti olaraq tətbiq edilməli, hüquqi şəxs tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə, hüquqi şəxs ona tətbiq edilmiş inzibati cərimədən azad edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.7-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3–540.5, 541–544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxsnə bu cərimə şərti olaraq tətbiq edilsin və hüquqi şəxs tərəfindən 1 (bir) ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə Şəxs MMC bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-6401/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6401/2025
27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver