Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-6407/2025 27.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs Bank Olmayan Kredit X1 Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi Şəxs Bank Olmayan Kredit X1 Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə 06 may 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs Şəxs Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında başqa şəxsə verilmiş, lakin təkrar dövlət qeydiyyatından keçirilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası DİN Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət X4 "xxxx" BOKT MMC MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin(bundan sonra İXM) 339.1.-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsi haqqında 3(011)-6407/2025 saylı xx.xx.2025-cü il tarixli inzibati xəta haqqında iş vardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-3572/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə "xxxx" BOKT MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1887/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "ASEL KREDİT Bank Olmayan Kredit X1 Cəmiyyət tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilməsi, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 3(006)-3572/2025 nömrəli qərarı ləğv edilməsi; Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Nəsimi RPİ tərəfindən hüquqi şəxs "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xata haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol və material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-5804/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə icraata xitam verilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə nümayəndənin etirazını və inzibati xəta haqqında iş üzrə materialları nəzərdən keçirərək hesab edir ki, material onu tərtib edən orqana geri qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət X4 sorğu məktubundan görünür ki, hüquqi şəxs Şəxs Bank Olmayan Kredit X1 Cəmiyyətinin mülkiyyətində olan “Chevrolet Cruze minik” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs 06 may 2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Bakı şəhəri Nəsimi Rayon Dövlət X4 polis mayoru X2 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 06 may 2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında başqa şəxsə verilərək təkrar dövlət qeydiyyatından keçirilmədiyindən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1887/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-3572/2025 saylı 19 iyun 2025-ci il tarixli qərarı ləğv edilmiş, hüquqi şəxs Şəxs Bank Olmayan Kredit X1 Cəmiyyəti barəsində tərtib edilmiş 06 may 2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokol və material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Həmin iş Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 3(011)-5804/2025 saylı nömrə ilə qeydiyyata alınmış və məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə hüquqi şəxsin əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 339.1-ci maddəsinə əsasən, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs Bank Olmayan Kredit X1 Cəmiyyəti barəsində tərtib edilmiş 06 may 2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokola Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-5804/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə qiymət verilmiş və icraata xitam verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin protokola yenidən baxılması mümkün deyil. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs Bank Olmayan Kredit X1 Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Bank Olmayan Kredit X1 Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə geri qaytarılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-6407/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-6407/2025
27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver