Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-641/2023 22.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, X3 21 dekabr 2022-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş 04 yanvar 2023-cü il tarixli, İXP5141061 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 dekabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsindən üzü Zığ yolu istiqamətində **-BT-*** qeydiyyat nişanlı “Toyota prisus” HYBRİD markalı nəqliyyat vasitəsi ilə saatda “30” km/saat sürətlə hərəkət edərkən qarşıda dayanan **-MO-*** qeydiyyat nişanlı “BMW525” markalı avtomobilə dəymişdir. Nəticədə, Şəxs idarə etdiyi nəqliyyat vasitəsində sərnişin qismində əyləşən X5 xəsarət almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsindən üzü Zığ yolu istiqamətində saatda təxminən 30 km/saat sürətlə **- BT-*** dövlət qeydiyyat nişanlı “ToyotaPrius” markalı avtomobil ilə hərəkətdə idi. Sifariş qəbul etdiyi üçün arxa oturacaqda sərnişin əyləşmişdir. Yolun döngə hissəsinə çatan zaman döngə sərt olduğundan avtomobillər hərəkət sürətini tamamilə azaldıb döngəyə daxil olduğu üçün yolda tıxac yaranmışdır. Gəldiyi sürətlə həmin tıxacı gördükdə əyləc pedalını sıxsa da hava şəraiti yağmurlu olduğundan asfalt yaş imiş ona görə də avtomobil sürüşmüş və qarşıda dayanan “BMW” markalı avtomobilə dəymişdir. Avtomobildən enib maşına baxdıqda idarə etdiyi avtomobilin ön hissəsinin vurmuş olduğu avtomobilin isə arxa hissəsinin əzildiyini aşkar etmişdir. Yol nəqliyyat hadisəsi baş verdikdən sonra avtomobildə arxada əyləşən sərnişin qız avtomobildən enmiş ona heç bir problemin olmadığını söyləyib oradan uzaqlaşmışdır. Müəyyən edilmişdir ki, avtomobillərin toqquşması onun tərəfindən ara məsafəsinin saxlanılmaması səbəbindən baş vermişdir. İş materiallarında olan Xətai RPİ-nin DYPŞ-nin 04 yanvar 2023-cü il tarixli, İXP5141061 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 dekabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində **-BT- *** qeydiyyat nişanlı “Toyota Prius” HYBRİD markalı nəqliyyat vasitəsi ilə hərəkət edərkən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, X3 21 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Şəxs idarə etdiyi **-BT-*** qeydiyyat nişanlı “Toyota prisus” HYBRİD markalı avtomobil ilə 09 dekabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsindən Zığ yolu istiqamətində saatda 30 km/saat sürətlə hərəkətdə olan zaman X7 idarə etdiyi **-MO-*** qeydiyyat nişanlı “BMW525” markalı avtomobilin arxa hissəsindən vuraraq toqquşmuş, nəticədə Şəxs idarə etdiyi **-BT-*** qeydiyyat nişanlı “Toyota prius” markalı avtomobildə sərnişin qismində əyləşmiş X1 qısa müddətdə pozulmasına səbəb olan yüngül bədən xəsarəti almışdır. Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibi olmadığından, soncunun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi inzibati məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə-Tibbi Ekspertizasının 1408 nömrəli 10 dekabr 2022-ci il tarixli canlı şəxsin məhkəmə-tibb müayinəsi rəyindən görünür ki, X2 alın-gicgah nahiyyəsinin dərialtı hematoması, hər iki baldırın qançırları müəyyən edilib. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. İş materiallarında olan X9 tərəfindən Xətai RPİ-nə verdiyi izahatından görünür ki, xx.xx.2022-ci il tarixdə **-MO-*** qeydiyyat nişanlı “BMW525” markalı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsindən Zığ yolu istiqamətində təxminən 50 km/saat sürətlə hərəkətdə idi. Bu zaman yolun döngə hissəsinə çatan zaman döngə sərt olduğundan avtomobillər hərəkət surətini tamamilə azaldıb daxil olduğu üçün o, surətini sıfıra endirib avtomobillərin hərəkət etməsini gözləyirdi. Bu zaman güzgüyə baxdıqda surətlə hərəkət edən avtomobilin anidən ona doğru gəlməsini görmüşdür. Avtomobilin onu vuracağını anlayıb həmin qəzadan yayınmaq üçün cəhd etsə də avtomobil gəldiyi surətlə onun avtomobilinin arxa hissəsindən vurmuşdur. Bu zaman anidən bir avtomobilin onun avtomobilinə çırpılması nəticəsində avtomobilin içərisində silkələnmişdir və nəyin baş verdiyi başa düşmək üçün avtomobildən enmişdir. Avtomobilinin arxa hissəsinə çatan zaman “ToyotaPrius” markalı avtomobilin onun avtomobilinə dəyməsini, avtomobilinin arxa hissəsinin zədələnməsini, onun avtomobilinin ön hissəsinin zədələnməsini aşkar etmişdir. Avtomobilə yaxınlaşdıqda arxadan bir nəfər qadın cinsinə mənsub olan şəxs düşmüşdür və o, hadisə yerindən uzaqlaşmışdır. Bundan sonra o DİN 102 xidmətinə zəng vurub məlumat vermişdir. İş materiallarında olan X6 tərəfindən Xətai RPİ-nə verdiyi izahatından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:40-da sifariş əsasında “Toyota Prius” markalı **-BT-*** qeydiyyat nişanlı sürücüsünün adını sonradan bildiyi Şəxs (mobil nömrəsi ***-***-**-**) idarə etdiyi avtomobildə sərnişin qismində hərəkət edirdi. Bakı şəhəri, Xətai rayonu, C.Naxçıvanski adına liseyin yaxınlığında olan zaman anidən avtomobil silkələnmişdir. Həmin zərbənin nəticəsində başı sürücünün əyləşdiyi oturacağın başına dəymişdir, sürücünün oturacağı geriyə çəkilmiş vəziyyətdə olduğu üçün ayaqları oturacaqların arasında sıxışmışdır. Həmin zaman taksidə olduğu avtomobil önündə hərəkət edən avtomobilə vuraraq toqquşduğunu görmüşdür və avtomobildən enmişdir. Hava şəraiti yağışlı olduğu üçün orada dayanmaq istəməmişdir və başqa taksiyə minib yaşadığı ünvana getmişdir. Baş vermiş hadisə nəticəsində sol alın və hər iki ayağının əzilməsi ilə nəticələnən bədən xəsarətləri almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №3(011)-641/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-641/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver