Məhkəmə qərarları › İş №3(011)-642/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-642/2023

24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-642/2023 24.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X2 xx.xx.2022-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Mercedes Benz” markalı, “C180 minik” modelli, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs xx.xx.2022-ci il tarixdə saat 06 radələrində etibarnamə əsasında idarə etdiyi həmin avtomobillə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində hərəkətdə olarkən sürətdən və hərəkət şəraitindən asılı olaraq eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almağın mümkün olacağı ara məsafəsini seçməli olduğu halda buna riayət etməyərək, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq qarşıda onunla eyni istiqamətdə piyada keçidi ilə piyadaların keçdiyini görüb piyada keçidində avtomobilini dayandıran sürücü Zərərçəkmiş şəxs idarə eldiyi “Hyundai” markalı “Accent” modelli, **-LJ-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşma nəticəsində zərbənin təsirindən sonuncu alın və hər iki gözaltı nahiyənin dərialtı hematoması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 06:20 radələrində yuxarıda qeyd olunan yaşayış ünvanından çıxaraq, Bakı şəhəri, 8 Noyabr prospektindən daha sonra Ukrayna dairəsinə daxil olmuşdur. Həmin dairədən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində olan Babək prospekti istiqaməti ilə hərəkət etmişdir. Həmin küçədə “Music Gallery” adlı mağazanın qarşısında olan nizamlanan piyada keçidinə yaxınlaşan zaman görmüşdür ki, avtomobillər üçün hərəkəti qadağan edən qırmızı ışıqfor siqnalı yanmışdır. Həmin siqnalı gördüyü anda idarə etdiyi avtomobili saxlamaq məqsədilə, tədricən yavaş-yavaş tormoz pedalını sıxmağa başlamışdır. Avtomobili tam olaraq dayandırdıqdan əxminən 4-5 saniyə sonra avtomobilinin arxa tərəfindən zərbə səsləri gəlmiş və salonun içi sirkələnmişdir. Həmin məqamda avtomobilin displeyində musiqini qoşduğundan arxada gələn avtomobilin tormoz səslərini eşitməmişdir. Toqquşma nəticəsində təhlükəsizlik kəmərindən istifadə etməsi nəticəsində sağlamlığına dəyə biləcək zərərin dərəcəsi azalmışdır. Buna baxmayaraq, zərbədən sonra bədəni qəflətən qabağa atılmış, nəticədə təhlükəsizlik kəməri onun sinə-boyun hissəsini sıxmışdır. Həmçinin alnı avtomobilin sükanına dəymişdir. Çox güclü həyəcan və stresli vəziyyətə düşmüş, nəfəs alması çətinləşmişdir. Toqquşmadan təxminən 10-15 saniyədən sonra özünə gəldikdə avtomobilinə dəymiş vət. Şəxsla birlikdə avtomobilinin arxa buferinə baxış keçirmişdir. Özünü pis hiss etdiyindən DİN-nin 102 xidmətinə zəng edərək, yol nəqliyyat hadisəsi nəticəsində ona xəsarət dəyməyi ilə bağlı məlumatı bildirmişdir. Daha sonra isə, polis əməkdaşları yol nəqliyyat hadisəsi yerinə yaxınlaşmışlar. Toqquşma nəticəsində sinəsi və boynu sıxılmış, alnı avtomobilin sükanına dəymişdir. Xəsarətlərinin sağlamlığına yetirdiyi təhlükəlilik dərəcəsini müəyyən etmək məqsədilə ümumən 4 tibbi müəssisəyə şikayətlə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi ünvanında yerləşən “M.Ə.Əfəndiyev adına X4”nə müraciəi etmişdir. Diaqnoz C3 və C4 fəqərəarası diskin arxa sağ tərəfli paramedian protruziyası izlənilir. Daha sonra həmin tibbi müəssisədə həkim-radioloq S.Rzazadənin qəbulunda olmuşdur. Diaqnoz - sfenoidal sinudun ön divarında mikozal qalınlaşma aşkar edilmişdir. xx.xx.2022-ci il tarixdə isə ünvan 4 ünvanında yerləşən “Mediland Hospital”da müayinələrdən keçmişdir. Diaqnoz hər iki serebral hemisferin bir neçə sayda mm-lik hiperintens ovaq, həmçinin iki frontalparietal nahiyyələrdə subaarxnoidal sahələrdə FLAİR sekansda şübhəli incə hiperintens görünür. SAK inkar olunmur. Həmçinin C3 və C4 fəqərəarası diskin arxa sağ tərəfli paramedian protruziyası izlənilir. xx.xx.2022-ci ıl tarixdə ünvan 5 ünvanında yerləşən “M.Ə.Əfəndiyev adına X4”nə müraciət etmişdir. Diaqnoz Miokardda qidalanmanın pozğunluğu əlamətləri, sol mədəciyin hipertrofiyası əlamətləri, yəni, sağlamlığıyla bağlı olan bütün bu problemlər məhz Şəxs onun idarə etdiyi avtomobili vurmağı səbəbindən baş vermişdir. Odur ki o, məhkəməyə ərizə təqdim edərək inzibati xətanı törətmiş şəxs Şəxs ilə barışmadığını, ona qarşı şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilmədiyini bildirərək barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş orqana lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında Şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir; Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X2 xx.xx.2022ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və onun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materialların Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 1293 nömrəli 14 noyabr 2022-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs alın və hər iki gözaltı nahiyənin dərialtı hematoması müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilirlər; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Şəxs ilə barışmamışdır, ona dəymiş ziyan ödənilməmişdir, ona qarşı şikayətçidir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə iş materiallarında olan ekspert rəyini, Zərərçəkmiş şəxs izahatını, Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X2 xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sübutlarla və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar