Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6425/2024 10.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Şikayət verən şəxs - X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Dövlət X8 05 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Xətai Rayon Dövlət X8 05 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xətai Rayon DYPŞ Polis mayoru X3 tərəfindən İXP ******* saylı protokol əsasında xx.xx.2024-cü il tarixdə, TP ******* saylı qərar qəbul edilmişdir. Qeyd edilən protokol və həmin protokol əsasında verilmiş qərar tam olaraq qanunsuz, əsassız və qərəzlidir. Odur ki, işin halları və aşağıda qeyd edəcəyi dəlillərə əsasən həmin qərar ləğv edilməlidir. Xətai Rayon DYPŞ Polis mayoru X3 tərəfindən İXP ******* saylı protokol əsasında xx.xx.2024-cü il tarixdə, TP ******* saylı qərar avtoqəza nəticəsində qəbul edilmiş qərardır. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 00:49 radələrində X5 küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisə nəticəsində KİA markalı 99NY619 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi mənim idarə etdiyi avtomobili vuraraq nəqliyyat vasitəsini yararsız hala salmışdır. Təqsirkar ** NY *** dövlət nömrə nişanlı KİA markalı nəqliyyat vasitəsini idarə edən şəxsdir. Çünki KİA markalı nəqliyyat vasitəsinin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsinin surətini 130-140 civarına qaldırmışdır (bununla bağlı müvafiq görüntü də var) ki, bunun nəticəsində qəza baş vermişdir. Nəticədə onun idarə etdiyi nəqliyyat vasitəsinə 15-20 min manat civarında ziyan dəymişdir. Belə bir halda ona dəymiş ziyandan yayınmaq üçün Xətai Rayon DYPŞ Polis mayoru X3 tərəfindən heç bir əsaslı araşdırma aparılmadan Xətai Rayon DYPŞ Polis mayoru X3 tərəfindən bu qəza və onun nəticələrinin gizlədilməsi məqsədilə qeyd edilən əsassız protokol əsasında qanunsuz qərar qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, protokol və onun əsasında mübahisələndirdiyi qərar avtoqəza nəticəsidir. İş üzrə obyektiv nəticənin əldə edilməsi üçün avtotexniki ekspertiza təyin edilməli və qəzanın səbəbi araşdırılmalı idi. Dəfələrlə avtotexniki ekspertizanın keçirilməsini, qəzanın baş verməsində kimin təqsirli olmasını ancaq mütəxəssis rəyi ilə müəyyən edilməsinin vacibliyini bildirsə də polis əməkdaşı Bəkir Bəkirov bunu edəcəyini bildirməyinə baxmayaraq anidən ləğvini istədiyi qərarı qəbul etmişdir. Qərarın əsası avtoqəza olsa da iş üzrə tərəflərin izahatı belə alınmamışdır. Yuxarıda da qeyd etdiyi kimi KİA markalı nəqliyyat vasitəsinin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsinin surətini 130-140 km/s surətlə idarə etməsi və avtoqəzanın məhz bu ani surət artırmadan qaynaqlanması nəzərə alınmamış, heç araşdırma predmeti də edilməmişdir (qəzada surətlə səbəbli əlaqəsi, sürücünün bu surətdə qəzanın qarşısının alınma imkanları kimi çoxsaylı hallar məhz ekspert tərəfindən araşdırılmalı idi). İş üzrə video müşahidə kameraları əsaslı şəkildə tədqiq edilməmişdir. Video müşahidə kameralarındakı vəziyyət təhrif edilmiş və qismən təqdim edilmişdir. Təqdim edilmiş protokol işin hallarına uyğun olmadığı kimi həm də qüsurludur, eləcə də qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Odur ki, protokol real vaxt rejmində tərtib edilməmişdir. Nəzərə alınmalıdır ki, qəza baş verib və tərəfə ümumilikdə 20.000 manat civarında maddi ziyan dəymişdir. Tərəf özünü təqsirli hesab etmir və israrla ekspertizanın keçirilməsini tələb edir. Maddi ziyanın və narazılığının olması bir daha iş üzrə müvafiq ekspertizanın keçirilməsini vacib hesab edirdi. İş üzrə əlavə araşdırma və xüsusi bilik tələb edilən hallar olduğuna baxmayaraq polis əməkdaşının “mənə belə gəlir” deyib qərar qəbul etməsi onun bu işdə qeyri-obyektiv və qərəzli olmasına dəlalət edir. Qeyd edilənlər və işin halları bir daha deməyə əsas verir ki, Xətai Rayon DYPŞ Polis mayoru X3 tərəfindən İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar qanunsuz və əsassızdır. Xətai Rayon Dövlət X7 Polis mayoru X3 tərəfindən İXP ******* saylı protokol əsasənda verilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhəri Xətai Rayon Dövlət X10 nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Dövlət X10 tərəfindən tərtib edilmiş 05 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi barədə elektron qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 40 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Dövlət X10 tərəfindən tərtib edilmiş 05 noyabr 2024-cü il tarixli, TP ******* saylı qərara əsasən X1 29 oktyabr 2024-cü il tarixdə, saat 00:49-da X5 küçəsi istiqamətində “PORSCHE CAYENNE” minik markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, X1 barəsində 05 noyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə 21 dekabr 2010-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 1-ci bəndinə əsasən sürücülər üçün nəzərdə tutulmuş nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər. Adətən nişanlar yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılır; lakin onlar yolun hərəkət hissəsinin üzərində də yerləşdirilə və ya təkrarlana bilər. Yerli şərait yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılmış nişanın sürücü tərəfindən vaxtında qavranılmamasına səbəb ola bilərsə, nişan hərəkət hissəsinin üzərində və ya yolun əks tərəfində təkrarlanmalıdır. Həmin qanun 6-cı maddəsinin 2-ci bəndinə əsasən hər bir nişanın təsir dairəsi nəzərdə tutulduğu sürücülər üçün, hərəkət üçün açıq olan yolun hərəkət hissəsinin bütün enini əhatə edir. Lakin, nişanın təsir dairəsi hərəkət hissəsinin uzununa nişanlanma ilə işarələnmiş bir və ya bir neçə hərəkət zolağı ilə məhdudlaşdırıla bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Dövlət X8 05 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi barədə elektron qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon Dövlət X9 göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İnzibati xəta haqqında Bakı şəhəri Xətai Rayon Dövlət X10 tərəfindən qəbul olunmuş 05 noyabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh verilməsi barədə elektron qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon Dövlət X9 göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-6425/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6425/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver