Məhkəmə qərarları › İş №3(011)-643/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-643/2024

01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-643/2024 01.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi, 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Bakı şəhəri Xətai Rayon prokurorunun köməkçisi X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Prokurorluğundən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Prokurorluğundan daxil olmuş 15 fevral 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan görünür ki, Vəzifəli şəxs “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin istismar xidmətləri üzrə böyük elektrik mühəndisi vəzifəsində işləmiş Şəxs (FİN:xxxxxxx) xx.xx.2023-cü il tarixdə həmin MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən “Baku Palace” yaşayış binasındakı mənzildə təmir işlərinin aparılması zamanı elektrik spotlarının dəyişdirilməsi işində istifadə olunan asma nərdivanın sürüşmə və aşma (devrilmə) imkanlarını istisna edən tədbirləri görməyərək “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları” nın 10.1 və 10.11-ci bəndlərinin tələblərini pozmaqla müvafiq təşkilati və texniki tərkibli tədbirlər görülməsini həyata keçirməli olduğu halda, həmin qaydaların tələblərinə əməl etməyərək sonuncu tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində həmin MMC-nin istismar xidmətləri üzrə böyük texniki vəzifəsində işləyən X3 ehtiyatsızlıqdan nərdivanın 5-ci pilləsindən yıxılaraq sağlamlığına yüngül zərərvurmaya aid olan qapalı kəllə beyin travması və baş beyin silkələnməsi, sol aşıq- baldır oynağı bağlarının zədələnməsi xəsarətləri almasına səbəb olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi, 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə izahat verərək göstərdi ki, “X7” MMC-də istismar xidmətləri üzrə böyük texnik vəzifəsində işləyən X3 ehtiyatsızlıqdan nərdivandan yıxılaraq yüngül dərəcəli xəsarət alması barədə tərtib edilmiş iz formalı aktda hadisənin baş verməsində böyük energetik Şəxs və X5 göstərilsə də həmin hadisənin baş verməsində böyük energetikin inzibati xəta törətməsinin nədən ibarət olması aydın deyildir və hər hansı sənədlə təsdiq olunmur. Eyni zamanda qeyd etmək istəyirik ki, hadisənin araşdırılması məqsədilə Əmək Müfəttişliyində yaradılmış komiissiyanın təhqiqat aktında böyük energetik Şəxs vəzifə funksiyasının lazımınca yerinə yetirməməsi səbəbindən hadisənin baş verməsi təsdiq olunmur. Belə ki, böyük energetik Şəxs əmək müqaviləsi ilə üzərinə qoyulmuş öhdəlik və vəzifənin elektrik təchizatının təhlükəsiz istismarının təmin edilməsi ikitərəfli qaydada təsdiq olunmuşdur. “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 10.1 və 10.11-ci bəndlərinin tələblərinin pozulmasına cavabdeh məsul şəxslər olmaqla təhlükəsiz iş şəraitinin təmin edilməsi bilavasitə işəgötürənin və o sahəyə məsul olan əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə böyük mühəndis, menecer və mütəxəssis kimi vəzifəli şəxslərin məsuliyyət dairəsindədir. Eyni zamanda bildiririk ki, yüngül xəsarət almış şəxs X5 “X7” MMC-də istismar xidmətləri üzrə böyük texnik vəzifəsində işlədiyindən (10 ildən artıq ) onun vəzifə funksiyalarına təhlükəsiz işin təkili ilə bağlı texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi də daxildir. Onun vəzifəli şəxs olaraq qanunsuz hərəkətlərinə görə “X7” MMC-nin böyük energetiki məsuliyyət daşımır. Göründüyü kimi böyük energetik Şəxs vəzifə funksiyalarını icrası zamanı əməlində hər hansı inzibati xətanın əlamətləri olmadığından onun barəsində inzibati xəta törədilməsinə dair inzibati icraat başlanıla bilməz, bu səbəbdən də həmin iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xətai Rayon prokurorunun köməkçisi X2 bildirmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2ci maddəsində nəzərdə tutulmuş müvafiq tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Prokurorluğundən daxil olmuş 15 fevral 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardan görünür ki, Vəzifəli şəxs “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin istismar xidmətləri üzrə böyük elektrik mühəndisi vəzifəsində işləmiş Şəxs (FİN:xxxxxxx) xx.xx.2023-cü il tarixdə həmin MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən “Baku Palace” yaşayış binasındakı mənzildə təmir işlərinin aparılması zamanı elektrik spotlarının dəyişdirilməsi işində istifadə olunan asma nərdivanın sürüşmə və aşma (devrilmə) imkanlarını istisna edən tədbirləri görməyərək “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları” nın 10.1 və 10.11-ci bəndlərinin tələblərini pozmaqla müvafiq təşkilati və texniki tərkibli tədbirlər görülməsini həyata keçirməli olduğu halda, həmin qaydaların tələblərinə əməl etməyərək sonuncu tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində həmin MMC-nin istismar xidmətləri üzrə böyük texniki vəzifəsində işləyən X3 ehtiyatsızlıqdan nərdivanın 5-ci pilləsindən yıxılaraq sağlamlığına yüngül zərərvurmaya aid olan qapalı kəllə beyin travması və baş beyin silkələnməsi, sol aşıq- baldır oynağı bağlarının zədələnməsi xəsarətləri almasına səbəb olumşdur. İstehsalatda bədbəxt hadisə haqqında 00/122 nömrəli aktdan görünür ki, “X6” MMCnin istismar xidmətləri üzrə böyük texniki X5 xx.xx.2023-cü il tarixdə, saat 08:00-da ünvan 2 ünvanında yerləşən “Baku Palace” yaşayış binasında olan iş yerinə gəlmiş, ona verilmiş xüsusi geyim və ayaqqabmı geyinmişdir. Cəmiyyətin böyük elektrik mühəndisi Şəxs “WhatsApp” mobil tətbiqi üzərindən həmin binanın 14-cü mənzilində tavanın rənglənməsi ilə əlaqədar elektrik spotlannm və elektrik çilçırağının açılmasını H.Həmidova tapşırmışdır. Tapşırığı aldıqdan sonra zərərçəkən iş günü ərzində binada digər təmir işlərinin və həmin tapşırığın icrası ilə məşğul olmuşdur. Saat 18:00 radələrində H.Həmidov qeyd edilən mənzilə tək getmiş, orda olan “A” tipli nərdivanın 5-ci pilləsinə, döşəmədən 1,20 metr hündürlüyə qalxmış, hər iki əli ilə tavana bərkidilmiş elektrik çilçırağını açmağa başlamış, təxminən 4-5 dəqiqə sonra nərdivanm sağa doğru sürüşməsi səbəbindən müvazinətini itirərək sol tərəfi üstə döşəmənin üzərinə yıxılmışdır. Zərbənin təsirindən huşunu qısa müddətli itirmiş, lakin özünə gəldikdə həmin binada olan mühafizə departamentinin növbə rəisi Hüseynov Kamilə zəng edərək nərdivandan yıxılması barədə məlumat vermişdir. K.Həsənov mənzilə qalxmış, H.Həmidovu yerdə uzanıqlı vəziyyətdə gördükdə baş vermiş bədbəxt hadisə barədə mühafizə departamentinin rəisi Rəşad Məmmədliyə xəbər vermişdir. R.Məmmədli xəbəri alan kimi -’ənzilə gəlmiş, zərəçəkənə ilkin tibbi yardım göstərdikdən sonra hadisə barədə müəssisənin rəhbərliyinə, eyni zamanda təcili tibbi yardım xidmətinə məlumat vermişdir. H.Həmidov, çağırışa gələn "Mediland Hospital”a məxsus TTY avtomobili ilə Cəmiyyətlə müqavilə əsasında fəaliyyət göstərən “City Hospitalda, daha sonra öz istəyi ilə Respublika Diqnostika Mərkəzinə aparılmış, müayinə edilmiş və müalicəsi orada davam etdirilmişdir. r "Mediland Hospitaİ”ın xx.xx.2023-cü il tarixli, 310 nömrəli məktubunda H.Həmidovun xx.xx.2023-cü il tarixdə “103” təcili tibbi yardım xidmətindən təhvil götürülərək “Medilan Hospitalın təcili tibbi yardım avtomobili ilə “City Hospitaf’a aparıldığı, müayinə zamanı “Sol bud-çanaq oynağının qapalı travması” diaqnozaunun qoyulduğu bildirilmişdir. “City Hospital”ın xx.xx.2023-cü il tarixli 79 nömrəli məktubunda H.Həmidovun xx.xx.2023-cü il tarixdə “Sol bud-çanaq, diz oynaqları nahiyyəsinin əzilməsi, sol aşıq baldır oynağı bağlarının zədələnməsi, QKBT və baş beyin silkələnməsi” diaqnozu ilə daxil olduğu qeyd edilmişdir. Respublika Diqanostika Mərkəzinin xx.xx.2023-cü il tarixli 230 nömrəli məktubunda H.Həmidovun xx.xx.2023- cü il tarixdə Mərkəzə gətirildikə 4 gün öncə 1,5 metr hündürlükdən yıxılması barədə məlumat verdiyini, sol bud-çanaq oynağı səviyyəsində, belində olan ağrıdan, hərəkət məhdudluğundan şikayət etdiyini, həmçinin aparılan müayinə zamanı xəstəyə “Bud sümüyü boynunun sınığı” diaqnozunun qoyulduğu və təcili endoprotez əməliyyatına ehtiyacm olmadığı bildirildiyi, əlavə olaraq xəstənin xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə evə yazıldığı göstərilmişdir. 06 fevral 2024-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işi başlanması rədd olunmuşdur. Həmin qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEMnin xx.xx.202024-cü il tarixli 3-16/2-10/355 nömrəli ekpert rəyində göstərilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar “hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”ın 10.1 və 10.11 bəndlərinin tələbləri pozulmuşdur. "Baku Palace" yaşayış binasının mənzildə elektrik spotlarının dəyişdirilməsi işində istifadə olunan asma nərdivanın sürüşmə və aşma (devrilmə) imkanlarını istisna edən tədbirlər görülmədiyinə görə, "Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları" nın 10.1 və 10.11 bəndlərinin tələbləri həmin işin görülməsinə göstəriş vermiş şəxs(lər) tərəfindən pozulmuşdur. Hadisənin baş vernə səbəb və şəraitini nəzərə aldıqda, zərəçəkmiş tərəfindən qayda və təlimatların pozulması hali müəyyən edilmir. Azərbaycan Respublikası CM-nin 14.1-ci maddəsinin tələbinə əsasən həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-nin 7.0.1-ci maddəsinin tələbinə əsasən cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərəvurmaya görə cinayət məsuliyyətini nəzərdə tutur. Bununla da, X3 hadisə nəticəsində YÜNGÜL dərəcəli xəsarət alması nəzərə alaraq, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması cinayət məsuliyyətinə səbəb olmadığı üçün X3 yıxılaraq xəsarət alması ilə bağlı Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməli, Azərbaycan Respublikası, İXM-nin 198.2-ci maddəsi ilə inzibati icraat başlaması məsələsinə baxılması üçün araşdırma materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir 198.2-ci maddəsinə əsasən Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın: 10.1-Söykəmə nərdivanların və asma nərdivanların konstruksiyası iş zamanı sürüşmə və aşma (devrilmə) imkanlarını istisna etməlidir. Söykəmə və asma nərdivanların aşağı uclarında torpağa batırmaq üçün metal iti ucluqlar olmalıdır. Hamar dayaq səthlərdə (parket, metal, lövhə, beton) belə nərdivanlardan istifadə edərkən onların aşağı uclarına rezindən və ya başqa sürüşkən olmayan materialdan başmaqlar taxılmalıdır. 10.11. Nəqliyyat vasitələrinin və insanların qızğın hərəkət etdiyi yerlərdə söykəmə nərdivanla işləyən zaman onun təsadüfi təkanlardan aşmasının qarşısını almaq üçün (nərdivanda ucluqların olub-olmamasından asılı olmayaraq) nərdivanın quraşdırıldığı yer hasara alınmalı və ya qorunmalıdır. Hamar yerdə nərdivanı quraşdırarkən onu bərkitmək mümkün olmadığı hallarda, nərdivanın aşağısında dəbilqə geyinmiş işçi dayanmalı və onu dayanıqlı şəkildə tutmalıdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərarı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Bakı şəhəri Xətai Rayon Prokurorluğundan daxil olmuş 15 fevral 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərarı, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, şəxs Şəxs tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki,Şəxs barəsində inzibati icraatın başlanması haqqında qəbul edilmiş və qərar və təqdim edilmiş sübutlarla “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 10.1 və 10.11-ci bəndlərdə göstərilmiş halların kim tərəfindən, hansı səbəbə pozulması araşdırılmamış, həmçinin Şəxs qeyd edilən pozuntuları törətməsində təqsirinin nə ilə təsdiq edilməsi öz təsdiqdini tapmamışdır. Şəxs böyük elektrik mühəndisi vəzifəsində işləməsi və onun hansı təlimata əsasən “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 10.1 və 10.11-ci bəndlərində göstərilən halların qarşısına almağa məsul olması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata Şəxs əməlində (hərəkət və ya hərəkətsizlik) inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar