Məhkəmə qərarları › İş №3(011)-6432/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6432/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6432/2024 03.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla bağlı Bakı şəhəri Xətai Prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən Şəxs barəsində 03 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə qərar qəbul olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 14-40-da ünvan 2 ünvanda 194 nömrəli tam orta məktəbin yaxınlığında tanışı X5 ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı sonuncuya bıçaqla zərbə vurmağa cəhd etmiş lakin, Elnur Alıyevin aktiv müqavimət göstərərək bıçağı əli ilə tutması nəticəsində sonuncuya sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş bununla da, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, tanışı X6 narkotik vasitə təşkil edəcəyini bildirmiş və xx.xx.2024-cü il tarixdə sonuncudan 50 manat pul vəsaiti almışdır. Lakin, Elnur Alıyevə heç-bir narkotik vasitə tapmamış və əlaqə saxlayıb 50 manatı ona olan borcuna hesabladığını demişdir. Həmin vaxt Elnur Alıyev ona nalayiq ifadələr işlədərək təhqir etmişdir. Bu səbəbdən ünvan 2 ünvanda 194 nömrəli tam orta məktəbin yaxınlığında sonuncu ilə görüşmüş və əlbə-yaxa mübahisə yaranmış, bir-birinin sinəsindən tutub çəkişməyə başlayaraq yumruq və təpiklə vurmuşdur. O, ifadəsində bildirmiş ki, bıçaq ona məxsusdur və daima onun üzərində olur. Lakin, Elnur Alıyevin əlindəki xəsarətlə bağlı heç bir məlumatı yoxdur. Məhkəmədən onun barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhəri Xətai Rayon Prokurorluğunun nümayəndəsinin və zərərçəkmiş şəxs X2 məhkəmə iclasında iştirakları təmin olunmamışdır. Məhkəmə işə Bakı şəhəri Xətai Rayon Prokurorluğunun nümayəndəsinin və zərərçəkmiş şəxs X2 iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X8 26 avqust 2024-cü il tarixli 935 №-li ekspert rəyindən görünür ki, vətəndaş X1 əlin bir ədəd səthi deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət iti uca və kənara malik əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2024cü il tarixə uyğun gəlir, sağlamlığına zərərvurmayan xəsarət olduğundan dərəcəsi təyin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs 400 (dörd yüz) manat məbləğində cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar