Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6446/2024 20.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, X3, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs Xətai Rayon Polis İdarəsinin Dövlət X15 YNH üzrə baş inspektoru, polis mayoru X4 iştirakları ilə, X1 Xətai Rayon Polis İdarəsinin Dövlət X15 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Kia Sorento markalı 90TC060 nömrə nişanlı avtomobilimlə Bakı şəhəri, Xətai rayonu Cavanşir küçəsinə doğru hərəkət edərkən, Cavanşir küçəsinə daxil olaraq hərəkətimə davam etmək üçün yol ayrıcında dayanaraq yolu gözlədim. Bu vaxt R.Quliyev küçəsindən Cavanşir küçəsinə dönərək, küçə boyunca düzünə hərəkətdə olan Mercedes ML markalı 99LL949 nömrə nişanlı avtomobil yolun sag hissəsinə yanaşaraq mənim avtomobilimin qarşısından ötüb keçərkən, avtomobilimin qarşı tərəfinin yarı hissəsini keçdikdən sonra, sağ ön qanadı ilə avtomobilimin qabaq buferinin sağ tərəfini sürtərək avtomobilimi zədələdi. Qeyd edilən yolda keçid üstünlüyü məndə olsa da yenə də yola daxil olmazdan qabaq avtomobilimi saxlayaraq yolu müşayət etdikdən sonra hərəkətə başlamaq niyyətində idim. Lakin Mercedes ML markalı 99LL949 nömrə nişanlı avtomobil düzgün olmayan hərəkətini davam etdirərək (həm qeyd edilən yolda keçid üstünlüyü sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsində, yəni məndə olduğundan, həm də hərəkət istiqaməti həmin yerdən sağa dönmədən yol boyu düzünə davam etdiyindən) mənim avtomobilimin ön buferini sürtərək zədələdi. Bildirmək istəyirəm ki, avtomobillərdə olan sürücü və sərnişinlər hər hansı xəsarət almamışdırlar. Yol nəqliyyat hadisəsi barədə aidiyyəti üzrə polisə və sığorta nümayəndəsinə məlumat verdim. Sığrorta əməkdaşı və Bakı şəhəri Xətai Dövlət X15 polis leytenantı X10 hadisə yerinə baxış keçirməklə məni və digər nəqliyyat vasitəsinin sürücüsünü Bakı şəhəri Xətai Dövlət X17 dəvət etdi. X14 hadisəni olduğu kimi təsvir etməklə, avtomobilimdəki video qeydiyyat cihazının görüntülərini və hadisə ilə bağlı fotoşəkilləri təqdim edərək hadisə barədə izahat verdim. Daha sonra dəfələrlə Bakı şəhəri Xətai Dövlət X17 gedərək icraatın gedişatı ilə maraqlanmış araşdırmanın yekunları barədə qərarın təqdim olunmasını xahiş etmişəm. Nəhayət xx.xx.2024-cü il tarixdə mənə asan pay internet portalında olan şəxsi kabinetimə bildiriş gələrək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsi üzrə barəmdə TP6620311 nömrəli cərimə qərarı qüvvəyə mindiyinə dair məlumat verilmişdir. Bildirirəm ki, mənim hərəkətlərimdə İXM 327.1 -ci maddəsinin tərkib əlamətləri yoxdur, yəni mən qeyd edilən hadisə zamanı İXM 327.1 -ci maddəsində nəzərdə tutulan hər hansı qayda pozuntusuna yol verməmişəm (bu faktı təsdiq edən foto şəkillər və video görüntü ərizəyə əlavə edilmişdir). Mənə heç bir əsası və təsdiqi olmayan əsassız səbəblərdən İXM 327.1 -ci maddəsi üzrə inzibati protokol tərtib edilmiş və barəmdə cərimə qərarı qəbul edilmişdir. Mənə qanunsuz və əsassız protokol tərtib edildiyindən, mən həmin qərarla razılaşmayaraq qeyd edilən qərarı məhkəmə qaydasında mübahisələndirmişəm. Qeyd edilən şikayətim üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun icraatında iş başladılmış, geniş və hər tərəfli məhkəmə araşdırması olmuşdur. Araşdırmanın yekununda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(011)-3051/2024 saylı qərarı ilə Xətai Rayon Dövlət X15 inspektoru X6 xx.xx.2024-cü il tarixli TP6620311 saylı inzibati tənbeh barədə qərarı ləğv edilmiş və işə təkrar baxılması Xətai Rayon Dövlət X15 inspektoru X7 tapşırılmışdır. Lakin heç bir əsas olmadan Xətai Rayon Dövlət X15 inspektoru X10 məhkəmənin qərarını icra etməkdən məqsədli olaraq yayınmışdır. Belə ki, Məhkəmə qərarı rəsmi qaydada təqdim edildikdən sonra dəfələrlə Xətai Rayon Dövlət X15 inspektoru X6 yanında olsam və məhkəmə qərarını ona təqdim etsəm də, məhkəmə Qərarının ona guya ki, məhkəmə tərəfindən təqdim edilmədiyini əsas gətirərək qərarın icrasından imtina etmişdir. Lakin məhkəmənin qeyd edilən qərarı təkrar-təkrar həm mənim, həm də qərarı qəbul etmiş məhkəmə tərəfindən Xətai Rayon Dövlət X17 rəsmi qaydada təqdim edilsə də Xətai Rayon Dövlət X15 inspektoru X10 məhkəmə qərarını məqsədli olaraq icra etməmişdir (xx.xx.2024-cü il tarixə olan vəziyyətə, həmin məhkəmə qərarının qəbul edilməsində 117 gün keçib). Hal bu ki, qanunvericiliyin tələbinə əsasən, İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan 15 (on beş gün) müddətində baxır (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İnzibati xətalar haqqında işlərə baxılması müddətlərinə dair 111 -ci maddəsi). Məhkəmə qərarının dəfələrlə aidiyyəti üzrə rəsmi qaydada təqdim edilməsinə dair müvafiq sənədlər hazırkı ərizəyə əlavə edilmişdir. Məhkəmə qərarının məqsədli olaraq icra edilməməsi ilə bağlı, yuxarı polis orqanına təkrar-təkrar müraciət ərizələrimdən sonra nəhayət, xx.xx.2024-cü il tarixdə (məhkəmənin ümvafiq qərarında 117 gün keçdikdən sonra) guya ki, təkrar araşdırma edilərək xx.xx.2024-cü il tarixli TP6876384 saylı inzibati tənbeh vermə haqqında yeni qərar qəbul edilmişdir. Onu da qeyd etmək istəyirəm ki, qanunvericiliyin tələbinə zidd olaraq qeyd edilən iş üzrə təkrar araşdırma barədə mənə heç bir məlumat verilməmiş, mən barəmdə aparılmış araşdırmaya dəvət olunmamışam və qeyd edilən araşdırma mənim iştirakım təmin edilmədən aparılmışdır. Bu hal isə qanunvericiliyin tələbi ilə ziddiyət təşkil etməkdədir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işlərə baxılmasına dair 112-ci maddəsinin tələbinə əsasən: İnzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir. Fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir. İş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. İşin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur. Edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir. İşə baxılma davam edərsə, inzibati xəta haqqında protokol, zəruri hallarda isə işin digər materialları elan edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən digər şəxslərin, habelə mütəxəssisin izahatları, ekspertin rəyi dinlənilir, digər sübutlar araşdırılır, işə baxılmada prokuror iştirak etdikdə, onun rəyi dinlənilir. Göründüyü kimi mənim barəmdə inzibati tənbeh barədə qərar qəbul edilərkən ilk gündən ciddi qanun pozuntularına yol verilmiş və qanunvericiliyin tələbləri pozulmuşdur. Heç bir əsaslı və qanuni araşdırma aparılmadan, barəmdə təkrar inzibati tənbeh vermə barədə qərar qəbul edilmişdir. Mənə tərtib olunmuş inzibati tənbeh barədə qərar qəbul olunmasında əsaslanılan xx.xx.2024 inzibati xəta üzrə müvafiq protokolda isə iddia olunan inzibati xəta pozuntusuna dair hallar isə ümumiyyətlə mövcud olmamışdır. Mənə təsvir edilən situasiya üzrə, inzibati xəta pozuntutsu iddiası ilə İXM 327.1 -ci maddəsi ilə protokol tərtib edilərək cərimə qərarı qəbul edilməsi əsassızdır. Belə ki, həmin yerdə hərəkət tənzimlənməsi X12 Qanunun hərəkətə başlama, manevr etmə barədə 42-ci maddəsinin 10-cu bəndində qeyd edilən tələb üzrə tənzimlənir. Qeyd edilən tələb üzrə isə həmin yolda keçmənin növbəliliyində üstünlük mənə məxsus olmuşdur. Qanunun açıq tələbinə görə isə bu halda mənə, İXM 327.1 -ci maddəsi ilə nəzərdə tutulan “yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi” iddiası ilə hər hansı inzibati tənbeh verilməsi mümkün deyildir. Bu səbəbdən mənə qanunsuz və əsassız protokol tərtib edilərək qanunsuz qərar qəbul edildiyindən, qanunvericiliyin tələbi üzrə həmin protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə barədə qərar ləğv edilməlidir. Qeyd edilənlərin nəzərə alınaraq Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 ərizənin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğunu, əvvəlki qərarın ləğv edilərək geri araşdırılmaya göndərilməsinə baxmayaraq heç bir araşdırılma aparılmadan yenidən eyni məzmunlu qərar qəbul edilmişdir, bu səbəbdən də həmin qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs Xətai Rayon Polis İdarəsinin Dövlət X15 YNH üzrə baş inspektoru, polis mayoru X8 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xətai Rayon Polis İdarəsinin Dövlət X15 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2024-cü il tarixində 13:30 radələrində ünvan 1 ünvanında **-TC-*** qeydiyyat nişanlı, “Kia Sorento” markalı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3051/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Xətai Rayon Polis İdarəsinin Dövlət X15 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X12” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən, şəxsin iştirakı olmadan, şikayətçi şəxsin bildirdiyi video görüntülər araşdırılmadan qəbul edilmiş, tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Xətai Rayon Polis İdarəsinin Dövlət X15 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Xətai Rayon Polis İdarəsinin Dövlət X15 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-6446/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6446/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver