Məhkəmə qərarları › İş №3(011)-6466/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6466/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6466/2024 04.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1991-ci il təvəllüdlü, Şamaxı rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül 168 Hərbi şəhər ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında faktiki yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarında narkotik vasitə istehlak etmiş və keçirilmiş tibbi müayinə zamanı onun sidiyindən aşkar edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı X2 tərəfindən 04 dekabr 2024cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı X2 izahatında göstərdi ki, inzibati ərazidə baş vermiş oğurluq və digər cinayətlərin qarşısının alınması və açılması məqsədilə, 03 dekabr 2024-cü il tarixdə saat 20:40 radələrində Xətai rayonu, Babək prospektində bir nəfər şəxsi narkotik vasitələrin qəbulunda şübhəli olaraq Xətai RPİ-nin 34-cü PB-nə dəvət etmiş, PŞ-də araşdırma zamanı həmin şəxsin Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yaşayan xx.xx.1991-ci il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Daha sonra Şəxs narkotik vasitəsinin istifadəsində şübhəli bilindiyindən müayinə üçün narkoloji dispanserə aparılmışdır. Müayinə nəticəsində həmin şəxsdə “THCH” maddəsindən istifadə edilməsi aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirdi ki, bir ay bundan qabaq bilmədən marixuana qəbul etmişdir. Xətai rayonu ərazisində yerləşən köşklərdən birindən rızla (kazbek) almışdır ki, tütün çəkmək üçün istifadə edər. Daha sonra polislər ona yaxınlaşmış, narkotik vasitələrin qəbulunda şübhəli bilərək 34-cü polis bölməsinə dəvət etmişdirlər. Hazırda törətdiyi əməldən peşmandır və bir daha belə hala yol verməyəcəyini söz verir. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi barədə 04 dekabr 2024-cü il tarixli 3828 №-li aktdan görünür ki, müayinə nəticəsində Şəxs sidiyindən “THC” maddəsindən aşkar edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 03 dekabr 2024-cü il tarixdə, saat 20:50-də inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini və onun İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 03 dekabr 2024-cü il tarixdən, saat 20:50-dən hesablansın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar