Məhkəmə qərarları › İş №3(011)-6470/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6470/2025

27.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6470/2025 27.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə 06 avqust 2025-ci il tarixli, 00500-00973/25 nömrəli, 06 avqust 2025-ci il tarixli, 00500- 00968/25 nömrəli və 06 avqust 2025-ci il tarixli, 00500-00977/25 nömrəli inzibati xəta haqqında protokollar tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokollardan görünür ki, ünvan 1 ünvanında yerləşən hüquqi şəxs «Aqroinkişaf 2017" MMC-nin ünvanına gələn, 05 noyabr 2024-cü il tarixində, **********5330 saylı gömrük bəyannaməsi ilə "Saxlanc" xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 1 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş "Kənd təsərrüfatı məhsullarının, qozun çeşidlənməsi, təmizlənməsi və qurudulması üçün istifadə olunan avandalıq üçün hissələr: avadanlığın havasını yüksək təzyiqlə yönləndirərək daşınmasını təmin edən hissəsi, avadanlığın havasını yüksək təzyiqlə yönləndirərək bir yerdən digərinə daşınmasını təmin edən hissəsi,avadanlığın idarə etmə paneli, avadanlığın məhsul ayırma hissəsi, avanalıqda məhsulun keyfiyətinə görə ayıran hissəsi" yükünün müvəqqəti saxlanc müddətinin bitməsindən 6 ay 14 gün sonra, "xxxx" MMC-nin ünvanına gələn, 05 noyabr 2024-cü il tarixində, **********5356 sorğu nömrəli gömrük bəyannaməsi ilə "Saxlanc" xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 1 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş "Kənd təsərrüfatı məhsullarının, qozun çeşidlənməsi, təmizlənməsi və qurudulması üçün istifadə olunan avandalıq üçün hissələr: avadalığın məhsulun ilkin təmizlənmə prosedsində istifadə edilən saxlama hissəsi, məhsuldan arzuolnmaz yapışqan maddələri çıxarmaq üçün avadanlığı hissəsi, avadanlığın su tankı ilə təchiz olunmuş xüsusi ağırlıq ölçmə hissəsi" yükünün müvəqqəti saxlanc müddətinin bitməsindən 6 ay 14 gün sonra və "xxxx" MMC-nin ünvanına gələn, 05 noyabr 2024-cu il tarixində, **********5393 saylı gömrük bəyannaməsi ilə "Saxlanc" xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 1 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş "Kənd təsərrüfatı məhsullarının, qozun çeşidlənməsi, təmizlənməsi və qurudulması üçün istifadə olunan avandalıq üçün hissələr: məhsulları asanlıqla seçməsinə imkan verən avadanlığın hissəsidir, məhsulları bir səviyyədən başqa bir səviyyəyə ötürmək üçün istifadə olunan avadanlığın hissəsi, məhsulların bir nöqtədən digərinə sürətlə və təhlükəsiz şəkildə ötürülməsini təmin edən avadanlığın hissəsi, su və ya başqa təmizləyıcı mayelərin yüksək təzyiqlə tətbiq edildiyi sistemlərdə istifadə oluna bilən avadanlığın hissəsi yükünün müvəqqəti saxlanc müddətinin bitməsindən 6 ay 14 gun sonra "xxxx" MMC tərəfindən malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi həyata keçirilmişdir. Nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndələri məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı X1 tərəfindən tərtib edilmiş 06 avqust 2025ci il tarixli, 00500-00973/25 nömrəli, 06 avqust 2025-ci il tarixli, 00500-00968/25 nömrəli və 06 avqust 2025-ci il tarixli, 00500-00977/25 nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, hüquqi şəxs «Aqroinkişaf 2017" MMC-nin ünvanına gələn, 05 noyabr 2024-cü il tarixində, **********5330 saylı gömrük bəyannaməsi ilə "Saxlanc" xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 1 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş "Kənd təsərrüfatı məhsullarının, qozun çeşidlənməsi, təmizlənməsi və qurudulması üçün istifadə olunan avandalıq üçün hissələr: avadanlığın havasını yüksək təzyiqlə yönləndirərək daşınmasını təmin edən hissəsi, avadanlığın havasını yüksək təzyiqlə yönləndirərək bir yerdən digərinə daşınmasını təmin edən hissəsi,avadanlığın idarə etmə paneli, avadanlığın məhsul ayırma hissəsi, avanalıqda məhsulun keyfiyətinə görə ayıran hissəsi" yükünün müvəqqəti saxlanc müddətinin bitməsindən 6 ay 14 gün sonra, "xxxx" MMC-nin ünvanına gələn, 05 noyabr 2024-cü il tarixində, **********5356 sorğu nömrəli gömrük bəyannaməsi ilə "Saxlanc" xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 1 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş "Kənd təsərrüfatı məhsullarının, qozun çeşidlənməsi, təmizlənməsi və qurudulması üçün istifadə olunan avandalıq üçün hissələr: avadalığın məhsulun ilkin təmizlənmə prosedsində istifadə edilən saxlama hissəsi, məhsuldan arzuolnmaz yapışqan maddələri çıxarmaq üçün avadanlığı hissəsi, avadanlığın su tankı ilə təchiz olunmuş xüsusi ağırlıq ölçmə hissəsi" yükünün müvəqqəti saxlanc müddətinin bitməsindən 6 ay 14 gün sonra və "xxxx" MMC-nin ünvanına gələn, 05 noyabr 2024-cü il tarixində, **********5393 saylı gömrük bəyannaməsi ilə "Saxlanc" xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 1 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş "Kənd təsərrüfatı məhsullarının, qozun çeşidlənməsi, təmizlənməsi və qurudulması üçün istifadə olunan avandalıq üçün hissələr: məhsulları asanlıqla seçməsinə imkan verən avadanlığın hissəsidir, məhsulları bir səviyyədən başqa bir səviyyəyə ötürmək üçün istifadə olunan avadanlığın hissəsi, məhsulların bir nöqtədən digərinə sürətlə və təhlükəsiz şəkildə ötürülməsini təmin edən avadanlığın hissəsi, su və ya başqa təmizləyıcı mayelərin yüksək təzyiqlə tətbiq edildiyi sistemlərdə istifadə oluna bilən avadanlığın hissəsi yükünün müvəqqəti saxlanc müddətinin bitməsindən 6 ay 14 gün sonra "xxxx" MMC tərəfindən malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi həyata keçirilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü tarixli 229 saylı qərarında müəyyən edilmiş 04 (dörd ay) müddətin xx.xx.2025-ci il tarixdə bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış yüklər 17 iyun 2025-ci il tarixdə gömrük proseduru altında rəsmiləşdirilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar