Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6476/2025 25.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC tərəfindən ixrac olan mallar üçün ödənilməli olan vəsait müvəkkil bankın hesabına daxil olmamışdır. Buna görə də Şəxs MMC barəsində 18 iyul 2025-ci il tarixli 01400-05836/25 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə və Xaçmaz Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkibi vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 iyul 2025-ci il tarixli 01400-05836/25 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən 2024-cü il tarixdə 1 gömrük bəyannaməsi üzrə Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 31848,25 ABŞ dolları (54142,02 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülmədiyi müəyyən edilmişdir. Xaçmaz Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı Nihat Ağakişiyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Xaçmaz Gömrük İdarəsi, Rəsmiləşdirmə Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-33-1700/012/004149 saylı raportunun icrası ilə əlaqədar olaraq, "xxxx" MMC tərəfindən 2024-cü il tarixdə 1 gömrük bəyannaməsi üzrə Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 31848,25 ABŞ dolları (54142,02 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma ilə əlaqədar, "xxxx" MMC-nin nümayəndəsi və rəhbəri X1 Gömrük İdarəsinə dəvət olunmuş, lakin, MMC-nin nümayəndəsi və rəhbəri X2 çağırış üzrə gəlməmiş və 31848,25 ABŞ dolları (54142,02 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülməməsinin səbəbini də bildirməmişdir. 10 oktyabr 2024-cü il tarixində, Dövlət Gömrük Komitəsinin "Vais" sistemindən əldə edilmiş məlumata əsasən, xx.xx.2024-cü il tarixli, **********0635 nömrəli gömrük bəyannaməsi əsasında 31848,25 ABŞ dolları (54142,02 manat) məbləğində vəsait MMC-nin müvəkkil olunmuş bank hesabına köçürülməmişdir. Faktla bağlı, xx.xx.2024-cü il tarixdə Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsində "xxxx" MMC barəsində 01400-08002/24 saylı iş üzrə icraat başlanmışdır. Beləliklə də, "xxxx" MMC tərəfindən rəsmiləşdirərək ixrac edilən yüklərin müqabilində köçürülməli olan külli miqdarda, yəni 31848,25 ABŞ dolları (54142,02 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsini təmin etmədiyi üçün "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinin tərkib əlaməti yaranmış və Azərbaycan Respublikası CPM-nin 215-ci maddəsinə əsasən, Azərbaycan Respublikası CM-nin 208-ci maddəsində nəzərdə tutulan cinayətlərə dair ibtidai araşdırma Prokurorluq orqanlarının səlahiyyətlərinə aid olduğunu nəzərə alaraq "xxxx" MMC barəsində toplanılmış 01400-08002/24 saylı iş üzrə materiallar Azərbaycan Respublikası Baş Prokurorluğu, Ədliyyə, gömrük, vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Daha sonra, 01400- 08002/24 nömrəli material üzrə qəbul edilmiş "materialın aidiyyəti üzrə göndərilməsi haqqında" xx.xx.2024-cü il tarixli qərar əsassız olduğundan ləğv edilmiş və material təkrar araşdırılması üçün Xaçmaz Gömrük İdarəsinə geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixdə Dövlət Gömrük Komitəsinin "VAİS" sisteminə baxış keçirərək "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********0635 nömrəli gömrük bəyannaməsi üzrə Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi malların müqabilində köçürülməli olan 9292,63 ABŞ dolları (15797,47 manat) məbləğində vəsaitin "xxxx" MMC-nin müvəkkil olunmuş bank hesabına köçürülmədiyi müəyyən olunmuşdur. Beləliklə də, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC xx.xx.2024-cü il tarixli **********0635 nömrəli gömrük bəyannaməsi üzrə Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi malların müqabilində köçürülməli olan 9292,63 ABŞ dolları (15797,47 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil olunmuş bank hesabına köçürmədiyi üçün, "Azaqro FS” MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yaranmışdır. **********0635 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, mallar xx.xx.2024-cü il tarixdə ölkədən ixrac edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilatihüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMC-yə həmin maddənin sanksiyası həddində ödənilməli olan inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti 31848,25 ABŞ dolları xarici valyuta dəyərinin otuz faizi məbləğində, yəni 9554,50 ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan məzənnəsinə uyğun Azərbaycan manatı ilə) cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-6476/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6476/2025
25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver