Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6486/2025 14.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun nümayəndəsi “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, tərcüməçi X1 iştirakları ilə, xx.xx.1973-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Xətai rayonu, X11 küçəsi, ev 2A, mənzil 8 ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs oğlu polis əməkdaşlarına qarşı tabesizlik etmişdir. Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru X8 tərəfindən 14 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru X8 protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, heç bir qayda pozuntusu törətməmişdir. Polis əməkdaşlarına qarşı tabesizlik göstərməmişdir. Avtomobilini parklamaq istəyərkən yol polis əməkdaşları yaxınlaşmış və sərxoş olduğunu demişlər. Axırıncı dəfə 3 gün əvvəl içki içdiyini demişdir. Bundan sonra manevr qaydalarını pozduğunu demişlər. Halbuki heç birini etməmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, raport qeyri-müəyyən yazılmışdır. Raportda yazılıb ki, manevr qaydalarını pozduğu üçün saxlanılmışdır. Sonra yazılmışdır ki, sərxoş olduğundan şübhələniblər. Əgər sərxoşluqdan şübhə var idisə, şübhəni tamamilə aradan qaldırmalı idilər. Videogörüntülərdən də görünür ki, heç bir qayda pozuntusu törədilməmişdir. Şəxs “Sarayevo” küçəsində parklama yerinin boşaldığını görüb həmin yerə avtomobilini parklamaq istəyərkən polis əməkdaşları yaxınlaşmış və içkili olub-olmaması ilə bağlı danışmağa başlamışlar. Sonuncu dəfə 3 gün əvvəl içki içdiyini demiş, bundan sonra manevr qaydalarını pozduğunu demişlər. Halbuki heç bir tabesizlik olmamışdır. Protokol əsassız olaraq tərtib edilmişdir. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhər BPİ-nin X12 İdarəsinə bilavasitə tabe olan Yolpatrul xidməti Alayı yol patrul xidməti inspektoru X7 izahatında göstərmişdir ki, Şəxs manevr qaydalarını pozduğu üçün saxla işarəsi verilmişdir. Hərəkətlərindən şübhələndikləri üçün yaxınlaşmış və özlərini təqdim etmişlər. Dialoq zamanı hərəkətlərindən və cavablarından daha da şübhələndikləri üçün avtomobillərinə dəvət etmişlər. Avtomobildə olarkən aqressiv cavablar vermiş, sənədləri təqdim etməyəcəyini demiş və tabesizliklər göstərmişdir. Məhkəmə iclasında şahid Bakı şəhər BPİ-nin X12 İdarəsinə bilavasitə tabe olan Yolpatrul xidməti Alayı yol patrul xidməti inspektoru X2 şahid X7 ilə eyni məzmunlu ifadə verərək izahatı təsdiqləmişdir. Məhkəmə iclasında şahid X3 izahatında göstərmişdir ki, həmin zaman öz avtomobilində idi. Yol polisi əməkdaşlarının qardaşını saxladığını görmüşdür. Qabaq tərəfdə avtomobilini parklayaraq orda gözləmişdir. Təxmini 5-10 dəqiqə sonra polis əməkdaşlarının qardaşını sıxışıdırdığını görmüş və müdaxilə edərək onları sakitləşdirməyə çalışmışdır. Qardaşı onları başa düşmədiyini, nə yazdırdıqlarını bilmədiyini, nəyi imzaladığını bilmədiyini demişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 14 avqust 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polis əməkdaşlarına qarşı tabesizlik etmiş və nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 13 avqust 2025-ci il tarixli AZA № 022510 inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 13 avqust 2025-ci il tarixdə saat 19:00-dan inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş videogörüntüdən müəyyən edilmişdir ki, yol polisi əməkdaşlarının Şəxs yaxınlaşmasına və danışmalarına baxmayaraq nəqliyyat vasitəsini arxa-arxaya idarə edir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri cərimə tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-6486/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6486/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver