Məhkəmə qərarları › İş №3(011)-6487/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6487/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6487/2024 05.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru Elnur Dəmirovun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Ağdam rayonu, Xındırıstan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, kuryer işləyən, subay, orta təhsilli, Ağdam rayonu, Xındırıstan Ərazi Dairəsi, Baharlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, Səməd Vurğun bağı yaxınlığında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 05 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi “Sona” gözəllik salonunun qarşısında YPX əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı X1 tərəfindən 05 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, 05 dekabr 2024-cü il tarixdə idarə etdiyi 99-H-814 nömrə nişanlı motosikletlə Xətai rayonu, F.Bayramov küçəsində yerləşən səkinin üzərində saxladığı üçün YPX əməkdaşı ona yaxınlaşmış, piyada səkisinin üstündə saxladığı üçün ona inzibati protokol tərtib etmişlər və evakuator çağıraraq motosikleti duracağa aparmışlar. O da buna əsəbiləşərək DİN 102 xidmətinə məlumat vermişdir. Bu zaman YPX əməkdaşları ilə aralarında sözlə mübahisə oldu. PPX əməkdaşları gələrək onu 37-ci polis şöbəsinə dəvət etmişlər. O da maşına əyləşərək 37-ci PŞ-nə gəlmişdir. Hazırda əməlindən peşman olduğunu bildirmiş və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru Elnur Dəmirov izahatında göstərdi ki, Bakı şəhəri, Xətai ray., Sabit Orucov küçəsində polis əməkdaşları xidməti avtopatrulla hərəkətdə olan zaman “99H814” dövlət qeydiyyat nişanlı “Yamaha” markalı motosikletin səkinin üzərində park edərək piyadaların yolunu zəbt etdiyini görüb sürücüyə yaxınlaşmışlar. Ona yaxınlaşıb özlərini təqdim edib törətdiyi qayda pozuntusunu izah etmişlər. Səkidən düşürməyi tələb etsələr də sürücü tabesizlik göstərdiyi üçün post patrul naryadı və evakuator çağırıb 37-ci bölməyə gətirilməsi təmin edilmişdir. 37-ci Polis Şöbəsində həmin şəxsin Şəxs olduğu müəyyən edilmiş, barəsində qanuna müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 05 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 dekabr 2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri cərimə tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D I: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar