Məhkəmə qərarları › İş №3(011)-653/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-653/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-653/2024 14.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, X3 etibarnamə üzrə nümayəndəsi “Pro Bono” Vəkil Bürosunun vəkili Nümayəndə1 və X5 nümayəndəsi Nümayəndə2 iştirakı ilə X1 Xətai Rayon Polis İdarəsinin X18i Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Xətai Rayon Polis İdarəsinin X18i Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində təxminən saat 15:05 radələrində sürücü kimi çalışdığı "xxxx" ASC-nin mülkiyyətində olan “Lexus” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Xətai rayonu, Gəncə prospektindən Naxçıvanski dairəsində əsas yoldan hərəkət edərkən sağından sola manevr edən “Nisan Qashqai” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 tərəfindən idarə etdiyi avtomobilə zərbə yetirərək sol yanını əzmişdir. Bu zərbə nəticəsində idarə etdiyi avtomobil yararsız hala düşmüşdür. Maşını yolun kənarında saxlayaraq tərəfindən hadisə yerinə polis sığorta şirkətinin əməkdaşları çağırılmışdır. Polis təhqiqatçısı hadisə yerinə gələrək izahatlar almış və yol-nəqliyyat hadisəsində təqsirkar olaraq “Nisan Qashqai” markalı **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 bilərək onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh verməyə dair protokol tərtib edilmişdir. Eyni zamanda təqsirli tərəf məlum olduğu üçün Xətai DYPİ-dən sığorta şirkətindən sığorta məbləğinin alınması üçün ona Forma 4 təqdim etmişdir. Daha sonra X8 tərəfindən sözügedən protokoldan Xətai rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Xətai rayon məhkəməsi şikayəti qismən təmin edərək inzibati tənbeh vermə haqqında qərarın ləğvini və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xətai rayonu X18 Şöbəsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixində çalışdığı bank vasitəsi ilə ona məlum olmuşdur ki, yuxarıda qeyd edilən məhkəmə qərarının təsiri nəticəsində heç bir əlavə araşdırılma aparılmadan barəsində Xətai Rayon Dövlət X16 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Qeyd etmək lazımdır ki, "xxxx" ASC-yə sözügedən qərar “A qroup sığorta” şirkəti tərəfindən göndərilmişdir. Ona da həmin qərar barədə heç bir məlumat verilməmişdir. Qərar barədə çalışdığım "xxxx" ASC tərəfindən məlumatlandırılmışdır. Həmin ərazidə yol kameralarının olmasına baxmayaraq indiyə kimi Xətai Rayon Dövlət X15 kamera görüntüləri təqdim edilməmişdir. Göründüyü kimi heç bir araşdırma aparılmadan əsassız yerə onu təqsirli hesab etmişlər, onun təqsirini sübut edən heç bir kamera görüntüsü, hadisə yerinin sxemi və yaxud hər hansı bir ekspert qərarı təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən Xətai Rayon Polis İdarəsinin X18i Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 etibarnamə üzrə nümayəndəsi “Pro Bono” Vəkil Bürosunun vəkili X12 ərizənin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğunu bu səbəbdən də həmin qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X18i Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Xətai rayon məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə həmin qərarın ləğv edilməsi və iş yenidən araşdırmaya qaytarılması barədə qərar qəbul edilmişdir. 28 mart 2024-cü il tarixli qərarından X4 müdafiəçisi Nümayəndə2 Novruz oğlu tərəfindən və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X18i Şöbəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq Bakı Apellyasiya Məhkəməsinin İş 3(103)-989/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə yenidən araşdırmaya qaytarılmışdır. X3 vəkili ekspertiza keçirilməsi ilə bağlı vəsatət vermiş və vəsatət təmin edilmiş və zəruri sənədləri tərəf təqdim etmədiyi üçün rəy verilmədən iş məhkəməyə qaytarılmışdır. AR İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə bağlı inzibati işin icraatına xitam verilməsi barədə əsasları göstərilmişdir. Bildirmişdir ki, yol hadisəsi xx.xx.2023-cü il tarixində təxminən saat 15-05 radələrində Nissan Qashqai markalı ** UR *** dövlət qeydiyyat nişanlı minik marklı avtomaşınımla Lexus markalı ** AA *** markalı avtomaşının sürücüsü X3 idarə etdiyi avtomaşınla toqquşması nəticəsində baş vermişdir. Hadisənin törədildiyi gündən xx.xx.2024-cü il tarixində 1 il müddət keçmişdir. Yuxarıda göstərilənləri rəhbər tutaraq hazırda 3(011)-653/2024 saylı inzibati xəta üzrə işə AR İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin tələblərini rəhbər tutaraq inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə bağlı xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xətai Rayon Polis İdarəsinin X18i Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2023-cü il tarixində 15:05 radələrində Zığ yolu ünvanında “Lexus ES300” markalı **-AA-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 3(011)-653/2024 saylı, 28 mart 2024-cü il tarixli qərarından görünür ki, X3 şikayəti qismən təmin edilmiş, Xətai Rayon Polis İdarəsinin X18i Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-989/2024 saylı, 30 may 2024-cü il tarixli qərarından görünür ki, apellyasiya qaydasında verilmiş şikayətlər qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin Xətai Rayon Polis İdarəsinin X18i Şöbəsinin 31 yanvar 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmasına dair 28 mart 2024-cü il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilməmiş, ekspertizanın aparılması mümkün olmamış və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X6 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Xətai Rayon Polis İdarəsinin X18i Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Xətai Rayon Polis İdarəsinin X18i Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar