Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-6538/2024 10.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sülhanə Sərdar qızı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: Bakı şəhəri Sabunçu rayon prokuroru X4 tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN-**********)-onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan X10 əmək müqaviləsi bağlamadan X11 Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “Sea breeze” yaşayış kompleksində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək usta kimi işlərə cəlb etməklə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) görülməsinə cəlb etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar düzgün tərtib olunmadığından və inzibati xətalar qanunvericiliyin tələblərinin pozulması halları aşkar olduğundan, təqdim olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 54.2-ci maddəsinə əsasən bu Məcəllənin 162-1, 184.4, 184.5, 184.8, 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə), 249, 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 410.3, 440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3, 445-1, 516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə), 528-1.3, 531, 538-1.4 - 538-1.6, 540.5, 550.2-550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594-2, 595.2, 596, 601, 602-2.3, 602- 2.4, 606.1 və 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. 54.4-cü maddəsinə əsasən prokuror bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində nəzərdə tutulan məlumatlara baxaraq, on beş gün müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir. Qərardadın surəti məlumatları vermiş şəxslərə göndərilir. Həmin qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər. 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan həmin məcəllənin 54.4-cü maddəsində qeyd edilən- 99.1.2(dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması) və 99.1.3(fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar) maddələrində nəzərdə tutulan hansı halın əsas götürülərək inzibati icraatın başlanması müəyyən edilmir. Həmin qərarda X7 əmək müqaviləsi məlumatlarından onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləməməsinin müəyyən edilməsi qənaətinə gəlinmişdir. İş materiallarına əlavə edilmiş X7 izahatları və elektron prokurorluq informasiya sitemi əmək müqaviləsi məlumatları (xx.xx.2024-cü il tarixində çap edilmişdir) ilə həmin xüsusatın müəyyən edilməsi mümkün olmamışdır. X6 15-ci PB-də vermiş olduğu xx.xx.2024-cü il tarixli izahatında o bildirmişdir ki, “...təxminən 3 aya yaxın müddətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağları massivində yerləşən “Sea Breeze”-in daxilindəki “Mikayıloğu” tikinti şirkətində usta-malyar kimi fəaliyyət göstərir... “DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək belə bir məlumat vermiş, hal-hazırda intihar etmək kimi bir niyyəti yoxdur””. Daha sonra X3 rayon prokurloğuna vermiş olduğu xx.xx.2024-cü il tarixli izahatında bildirmişdir ki, “...o 102 xidmətinə müraciət edərək səhvən Səbuhinin yerinə Elşadın adını vermişəm. Belə ki, Elşad müəllim sifarişçi ilə supodrat müqaviləsi bağlamış və daha sonra işlərin görülməsini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə etmiş və mən də işə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Səbuhi tərəfindən cəlb edilmişəm...Mən malyaram və gördüyüm işə görə 2-3 ay ərzində Səbuhinin mənə 6000 manat borcu qaldı”. Göründüyü kimi müvafiq izahatlarla X2 olaraq xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləməsi müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş 05 iyul 2024-cü il tarixli Podrat müqaviləsindən görünür ki, həmin müqavilə sifraişçi "xxxx" MMC-nin adından direktoru X17 və podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 arasında bağlanmışdır. X1 vermiş olduğu izahatında bildirmişdir ki, X8 işə götürməmiş, sonuncunun Elşadın işçisi olmasını bildirmişdir. X10 izahatına əlavə olaraq Ramizə pul ödənilməsini təsdiq edən 17 vərəqə sənədləri əlavə etməsini bildirsə də, həmin 17 vərəqə iş materiallarına əlavə edilməmişdir. Təqdim edilmiş materiallar araşdırılarkən X6 DİN-in 102 xidmətinə vermiş olduğu şikayət iş materiallarında müəyyən edilməmişdir. İnzibati icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini təsdiq edəcək sübutlar qismində X7, X12 və X5 izahatları, həmçinin Ramiz Babayevə məxsus əmək müqaviləsi məlumatları ilə təsdiq olunması qeyd olunsa da, yenə həmin qərarda X5 izahatında X13 onun işçisi olmamasını, əmək müqaviləsi bağlamadan heç kimi işlətmədiyini bildirməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.10-cu maddəsinin tələblərinə görə inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Bu Məcəllənin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilibedilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-6538/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-6538/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver