Məhkəmə qərarları › İş №3(011)-655/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-655/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-655/2024 15.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi X12 iştirakları ilə Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə 09 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən klinikada 09 fevral 2024-cü il tarixdə, saat 13:00-da plandankənar yoxlama zamanı X1 şəhadətnaməsindən keçmədən otorinolarinqologiya (lor) iş və fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi gəlməmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkündür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsluliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X28 bildirmişdir ki, tərtib edilmiş protokolla razı deyil və hesab edir ki, qanunsuz olduğundan inzibati xəta haqında icraata xitam verilməlidir. Belə ki, protokolda X1 şaəhadətnaməsindən keçmədən otorinolorinqoloji fəaliyyətlə məşğul olması bildirilsə də, yoxlama gələrkən X8 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 26 may 2021-ci il tarixli, 02867 nömrəli şəhadətnaməsi göstərilmiş, həmin yoxlayan şəxslər isə heçnə demədən qanunsuz olaraq protokol tərtib etmişlər. Əlavə olaraq bildirmişdir ki, X17 uzun müddətdir ki, otorinolorinqoloji fəaliyyətlə məşğul olur və indiyə kimi heç bir xəstə ondan şikayət etməmişdir. Sadəcə olaraq iş materiallarında adları qeyd edilmiş bir neçə cərrah Baş Prokurora müraciət etdikdən sonra plandankənar yoxlama gəlmişdir. Yoxlama aktından da göründüyü kimi, yoxlama plandankənar baş vermişdir. Bu səbəbdən hesab edir ki, tərtb edilmiş protokol tam əsassız və qanunsuz olduğundan xitam olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş 09 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən klinikada plandankənar yoxlama zamanı X1 şəhadətnaməsindən keçmədən otorinolarinqologiya (lor) iş və fəaliyyəti ilə məşğul olması aşkar edilmiş, nəticədə "xxxx" Məhdud Məsluliyyətli Cəmiyyəti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 09 fevral 2024-cü il tarixli, 75 nömrəli plandankənar (növbədənkənar) yoxlama aktından görünür ki, X23, X24 və X3 iştirakı ilə "xxxx" MMC-yə yoxlama keçirilmişdir. Yoxlama zamanı sertifikatsız praktik tibb fəaliyyətinin olması, yəni X1 şəhadətnaməsindən keçmədən otorinolarinqologiya (lor) iş və fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında 02 fevral 2024-cü il tarixli, 3-28-1/3-2-115/2024 nömrəli qərardan görünür ki, "xxxx" MMC ünvan 1 ünvanında yerləşən müəssisədə plandankənar yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, KY242079849 nömrəli sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrinin çıxarışından görünür ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində ünvan 1 ünvanında yerləşən “ARTROMED” klinikasında X23, X24 və X3 iştirakı ilə plandankənar yoxlama keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 26 may 2021-ci il tarixli, 02867 nömrəli şəhadətnamədən görünür ki, X10 otorinolarinqologiya ixtisası üzrə tibbi fəaliyyətlə məşğul olmağa icazə 26 may 2021-ci il tarixdə verilmişdir. xx.xx.2016-cı il tarixli, 089118 nömrəli lisenziyadan görünür ki, "xxxx" MMC-yə özəl tibbi fəaliyyətini həyata keçirməyə müddətsiz olaraq icazə verilmiş, xidmət göstərilməsinə icazə verilən ixtisas növləri üzrə görülən işlərin siyahısında 29.otorinolarinqologiya və 29.1 otorinolarinqoloji fəaliyyəti qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş məktubdan görünür ki, həkim plastik rekonstriktiv cərrahlar X25, X18, X29, X4, X32, X33, X11, X5, X39, X13, X6, X14, X9, X26, X15, X34, Samadov İsmixan, X16, X19 tərəfindən Azərbaucan Respublikasının İ X2 və digər hüquq mühafizə orqanlarının rəhbərlərinə şikayət edilərək ölkə ərazisində tibbi təhsili olmayan şəxslərin plastik cərrah kimi fəaliyyət göstərməsi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 53.1.1-cı maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.2 cı maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməlidir. 114.2.1 -ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, protokolu tərtib etmiş qurum tərəfindən iş üzrə bütün faktiki hallar tam araşdırılmamışdır. Belə ki qəbul edilmiş 09 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda sertifikatsız praktik tibb fəaliyyətinin olması, yəni X1 şəhadətnamsindən keçmədən, otorinologiya(lor) işi fəaliyyətlə məşğul olması qeyd edilsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 26 may 2021-ci il tarixli, 02867 nömrəli şəhadətnamədən görünür ki, X10 otorinolarinqologiya ixtisası üzrə tibbi fəaliyyətlə məşğul olmağa icazə 26 may 2021-ci il tarixdə verilməsi müəyyən edilmişdir. Həmçinin həmin şəhadətnamənin qanunsuz olması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nın 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından keçdiyindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.0.2, 105.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar