Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-658/2024 07.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Qarabağ regional X3 İdarəsindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Qarabağ regional X3 İdarəsi tərəfindən 12 yanvar 2024-cü il tarixdə Beyləqan şəhəri, Magistral küçəsində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Beyləqan filialında planlı keçirilən YTM zamanı məlum oldu ki, YTQ№ 01-2001 B-2; B-10.4; YTQ№ 03-2002 B-2.2.10; YTQ№ 01-2001 B-2.5-in tələbləri pozulması faktı müəyyən edilmişdir. Bu səbəbdən, Fövqəladə Hallar Nazirliyi X3 Xidməti Qarabağ regional X3 İdarəsinin inspektoru İlkin Mahmudov tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 12 yanvar 2024-cü il tarixli MN seriyalı ******* saylı protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, 12 yanvar 2024-cü il tarixdə Beyləqan şəhəri, Magistral küçəsində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Beyləqan filialında planlı keçirilən YTM zamanı məlum oldu ki, YTQ№ 01-2001 B-2; B- 10.4; YTQ№ 03-2002 B-2.2; 10; YTQ№ 01-2001 B-2.5-in tələbləri pozulmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş, lakin xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə etiraz yerləşdirərək bildirmişdir ki,
1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələbinə əsasən İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. 12 yanvar 2024-cü il tarixli MN seriyalı, ******* №-li "xxxx"dan da göründüyü kimi inzibati xətanın törədildiyi yer Beyləqan şəhəri, Magistral küçəsi ünvanında yerləşən, Elit.EO MMC-yə məxsus ElitOptimal mağazası olmuşdur. Ona görə də tərtib olunmuş protokol və materiallara Xətai rayon məhkəməsində baxıla bilməz. 2. 12 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* №-li "xxxx" ELİT.EO MMC-nin rəhbərliyi barəsində tərtib olunmuşdur. Həmin protokolda rəhbərliyin kim olması bəlli deyildir. Belə ki, həmin protokolda iş üzrə barəsində icraat aparılan şəxsi müəyyən etmək mümkün deyil. İXM-nin 100.1.1 və 100.1.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi inzibati xəta haqqında Protokolda göstərilməlidir. İXM-nin 104.1 və 104.1.3-cü maddəsinə əsasən inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda inzibati xəta haqqında iş üzrə icraat dayandırılır. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən İXM-nin 104.1-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 3. 12 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* №-li "xxxx" ELİT.EO MMC-nin RƏHBƏRLİYİ barəsində, yəni vəzifəli şəxs barəsində tərtib olunmuşdur. RƏHBƏRLİK, vəzifəli şəxs isə fiziki şəxsdir. İXM-nin 18.5-ci maddəsinə əsasən isə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Qeyd olunan protokol hüquqi şəxs olan ELİT.EO MMC barəsində tərtib olunmadığı üçün Xətai rayon məhkəməsində baxıla bilməz. Məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarından görünür ki, Fövqəladə Hallar Nazirliyi X3 Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus obyektdə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə plan üzrə (növbəti) müayinə həyata keçirilməsi üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 08 yanvar 2024-cü il tarixdə KY232067002 nömrəli çıxarış verilmişdir. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb belə qənaətə gəlir ki, inzibati xəta haqqında material aidiyyəti üzrə düzgün göndərilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.1-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işə baxılmasının onun səlahiyyətinə aid olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İş materiallarından olan vergi ödəyicilərinin məlumatlarından görünür ki, Şəxs MMCnin Beyləqan filialının ünvanı – Beyləqan şəhəri, Magistral küçəsində yerləşən ünvanıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Şərh edilənlərə əsasən hesab edirəm ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material baxılması üçün aidiyyatı üzrə Beyləqan Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109cu maddəsini rəhbər tutaraq
QƏRARA ALDIM:
Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material baxılması üçün aidiyyatı üzrə Beyləqan Rayon Məhkəməsinə göndərilsin.
Sədrlik edən: Rəfail Sadıxov