Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6597/2024 12.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Bakı şəhəri Xətai rayon prokurorun köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 12 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında qərar tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcək. Bu səbəbdən barəsində yüngül inzibati tənbeh növünün seçilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon prokurorun köməkçisi X3 inzibati xətaya dair qərarın məzmununa uyğun izahat verərək qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında qərardan aydın olur ki, fiziki şəxs Şəxs 24 avqust 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Xəzər rayonu ərazisində tanışlıq əlaqəsi olmayan bir nəfər şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq öz şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq olmayan, təmiz çəkisi 0,022 qram heroin və 1,80 qram qurudulmuş marixuana əldə edib cibində saxlamaqla daşımış, həmin tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 80 saylı yaşayış binasının blokunda polis əməkdaşları tərəfindən saxlanılaraq üzərində videoçəkiliş ilə şəxsi axtarış keçirilərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibində iki ədəd bükümün içərisində heroin və qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür, bununla da Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibai xətanı törətmişdir; xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şəxs aşkar edilib götürülmüş narkotik vasitə 0,022 qram heroinin və 1,80 qram qurudulmuş marixuananın miqdarı cinayət tərkibi yaratmadığından bu xüsusat üzrə cinayət işinə hissəvi xitam verilmiş və barəsində inzibati icraat başlanılması məsələsinə baxılması üçün materialın surəti Xətai rayon prokurorluğuna göndərilmişdir; Cinayət işi üzrə təyin edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının qərarına əsasən Azərbaycan Respublikası ƏN-nin MEM-dən alınmış xx.xx.2024-cü il tarixli, 6/4318 №-li rəydən görünür ki, təhqiqata təqdim edilmiş üzərində “...(imza) Şəxs ...” yazıları və imzaları olan bir ədəd zərf içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,022 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının qərarına əsasən Azərbaycan Respublikası ƏN-nin MEM-dən alınmış xx.xx.2024-cü il tarixli, 7/1417 №-li rəydən görünür ki, təhqiqata təqdim edilmiş kağız paketdə bir ədəd sellofan bükülüdə təmiz çəkisi 1,80 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik vasitə-qurudulmuş marixuanadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 32.1.1-ci maddəsinə əsaən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin izahatını və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Xətai rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə istehlak etmişdir. Bununla da, Atayev X2 Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Atayev X2 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-6597/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6597/2024
12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver