Məhkəmə qərarları › İş №3(011)-6605/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-6605/2025

25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-6605/2025 25.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, X5 etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin 31 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə baxaraq, müəyyənetdi: X5 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin 31 iyul 2025-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X5 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 şikayətini onunla əsaslandırmışdır ki, X9 Xidmətin Bakı şəhər İdarəsi tərəfindən İnzibati xəta haqqında 24 iyul 2025-ci il tarixli, ******* nömrəli protokola əsasən “Azəriqaz” X2 X12 İdarəsinin Cəlilabad rayonu üzrə Kargüzarlıq və İnzibati təsərrüfat Xidmətinin 4-cü dərəcəli gözətçi peşəsində işləmiş X1 xx.xx.2015-ci il tarixli bağlanmış əmək müqaviləsinə Əmək məcəlləsinin 187-ci maddəsinin 2-ci hissənin tələblərini pozularaq Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və nəticədə işəgötürən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi qənaətinə gəlinmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini hesab edərək inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edərək işəgötürən 1500 manat məbləğində inzibati cərimə şərti tətbiq edilmişdir. Törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. X9 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı aşağıda qeyd edilənlərə görə qanunsuz və əsassız qəbul edilmişdir. Belə ki, X4 Qaz İstismarı İdarəsinin Cəlilabad rayonu üzrə Kargüzarlıq və İnzibati təsərrüfat Xidmətinin 4-cü dərəcəli gözətçi peşəsində işləmiş X3 xx.xx.2025-ci il tarixdən işə gəlməmiş və işə gəlməməsinin barədə İdarəyə heç bir məlumat verməmişdir. Onunla xx.xx.2025-ci il tarixdə telefon əlaqəsi yaradılmış iş gəlməməsinin üzrlü hesab edən hallar barədə məlumat verilməsini nəzərinə çatdırılmışdır. M.Mirzayevin xx.xx.2025-ci il tarixdən işə gəlməməsinin səbəbinin müəyyən edilməsi üçün İdarənin xx.xx.2025-ci il tarixli, 14-2-2- 10/2-454/2025 nömrəli məktubu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanası PHŞ-nə, xx.xx.2025-ci il tarixli, 14-2-2-10/2-455/2025 nömrəli məktubu ilə Cəlilabad Rayon Polis şöbəsinə müraciət olunmuşdur. xx.xx.2025-ci il tarixdə X1 Cəlilabad rayonunun Avtovağzal ərazisində yerləşən çayxanada işləməsi müəyyən olunmuş və Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən həmin çayxanada onunla görüşmüşlər. M.Mirzəyev işə gəlmədiyi günlərin üzrlü hesab edilən hallara dair təsdiq edici sənədlərinin olmadığını bildirmişdir. Bu barədə Lənkəran RQİİ-nin rəisi Namiq Məmmədova məlumat verilmişdir. İdarə rəisi tərəfindən xx.xx.2025-ci il tarixdə X3 ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən ləğv edilməsinə razılıq alınması üçün (ƏM-nin 80.2-ci maddəsi- Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir.) İdarənin həmkarlar ittifaqı təşkilatına müraciət edilmişdir. Bu hal Lənkəran RQİİ-nin Həmkarlar təşkilatında xx.xx.2025-ci il tarixdə geniş müzakirə olunmuş və X3 ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsi barədə qərar qəbul edilmişdir. Lənkəran RQİİ-nin xx.xx.2025- ci il tarixli, 14-2-2-10/3-1K-17/2025 nömrəli əmri ilə X3 ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin ç bəndinə əsasən ləğv edilmişdir. M.Mirzayevlə bağlanmış əmək müqaviləsi ləğv edilərkən Əmək məcəlləsinin 187- ci maddəsinin 2-ci hissənin (İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.) tələbləri pozulmamışdır. Belə ki, İşəgötürənin əmək müqaviləsinə xitam verməsinə əsas olan hal işçinin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək davamlı olaraq üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi Əmək Məcəlləsinin 72.2-ci maddəsinə əsasən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. Qeyd olunan pozuntu müntəzəm və fasiləsiz davam etdiyindən, bu hal əmək və icra intizamının davam edən pozuntusu kimi qiymətləndirilməlidir. Belə olan halda Əmək məcəlləsinin 187ci maddəsinin 2-ci hissənin tələbləri pozulmur. Göründüyü kimi X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən bu halı qanun pozuntusu kimi qiymətləndirilərək, heç bir araşdırma aparılmadan, işəgötürənin təqsiri sübuta yetirilmədən əsasız olaraq inzibatı tənbeh verilmə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış X7 işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Təəssüf hissi ilə bildirdik ki, əmək müfəttişliyi müvafiq protokol əsasında qərarı qəbul edərkən işin faktiki hallarını araşdırmadan yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə məhəl qoymadan öz mülahizələrinə əsaslanaraq səhv nəticəyə gəlmişdir. İXM-nin 48-ci maddəsinə əsasən X7 işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Göründüyü kimi X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən işin hallarını hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmadan, heç bir ətraflı araşdırma aparılmadan qərəzli olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddələrində nəzərdə tutulmuş intizam xəta törətdiyini nəzərə alaraq İnzibati xəta haqqında 24 iyul 2025-ci il tarixli, ******* nömrəli protokol tərtib edilmişdir. Hesab edirəm ki, hazırkı inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən İşəgötürən barəsində toplanmış material üzrə zəruri araşdırma aparılmaması onun inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olmuşdur. Göstərilənlərə əsasən İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilərkən yuxarıda qeyd edilən çoxsaylı kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikası İXMnin tələbləri üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, hesab edirəm ki, İXMnin 53.1.2.-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, 53.1.5-ci maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda, 53.1.7-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda X7 işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış X7 işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmçinin nəzərinizə çatdırmaq istəyirəm ki, 130.1. Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. X9 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı İdarənin xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 68729/2025 nömrəli məktubu ilə poçt vasitəsilə xx.xx.2025-ci il tarixdə Lənkəran RQİİ-nə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən X7 İşlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. İXM-nin 129.1.3. maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İnzibati xəta haqqında 24 iyul 2025-ci il tarixli, ******* nömrəli protokol əsasında verilmiş X9 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 nümayəndəsi Nümayəndə2 elektron məhkəmə sistemi vasitəsilə vəsatət yerləşdirərək göstərmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən işə onun yaşadığı yer üzrə də baxıla bilər. X13 barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraat Xətai Rayon Məhkəməsində aparılır. Namiq Məmmədov hal-hazırda ünvan 1 ünvanda yaşayır. Qeyd olunaları nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən işin Nizami Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatətin təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “Nizami-4” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, № 61/25 arayışdan görünür ki, X8 Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 9, 6-cı bina, 110 saylı mənzildə yaşayır. Həmin mənzildə onunla birlikdə atası X8 yaşayır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X11 işə baxılması üçün şəxsin yaşayış yeri üzrə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair “04 noyabr 2020-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Hazırda iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X8 Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 9, 6-cı bina, 110 saylı mənzildə yaşayır və işə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılması xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 129.4-cü maddəsinə əsasən, şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. 132.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmaması məsələsi həll edilir. 132.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X5 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin 31 iyul 2025-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X5 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin 31 iyul 2025-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar