Məhkəmə qərarları › İş №3(011)-664/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-664/2021

18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-664/2021 18.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs Şəxs Bakı şəhəri Xətai rayonu H.Salmani 1 ünvanında yeriəşən “Happy İnn” otelində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması, hüquqi şəxs tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmaması faktının aşkar olunması göstərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Dövlət Turizm Agentliyi məhkəməyə ünvanladığı izahatda göstərmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının 5.6-2-ci yarımbəndinə əsasən həmin Məcəllənin 211 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə turizm və mehmanxana (mehmanxana tipli digər obyektlər daxil olmaqla) fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə baxmaq səlahiyyəti Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə verilmişdir. Koronavirus (COVİD-19) pandemiyası dövründə ölkə ərazisindəki mehmanxanaların fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 avqust tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları” (bundan sonra Qaydalar) ilə tənzimlənir. Bundan əlavə olaraq “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarı (bundan sonra Qərar) ilə qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində fərdi vasitələrdən istifadə məcburi hesab edilmişdir. xx.xx.2020-ci il tarixində Şəxs MMC-yə məxsus, Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani 1 ünvanında yerləşən “Happy İnn” otelində Azərbaycan Səhiyyə Nazirliyi və Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən karantin rejiminin tələblərinə əməl edilməsinin yoxlanılması məqsədilə keçirilən birgə monitorinq zamanı adıçəkilən oteldə Qaydaların tələblərinə əməl edilmədiyi və Qərarın tələblərinin pozulduğu aşkar edilmişdir. Belə ki, oteldə Qaydaların 4.6-cı bəndi ilə müəyyən edilmiş işçilərin iş prosesində xidmət sahəsinə uyğun olaraq tibbi və ya parça maskalardan, üz sipəri və ya digər qoruyucu vasitələrdən istifadə etməsi, həmçinin 7.5-ci bəndi ilə müəyyən edilmiş təmizlik və dezinfeksiya işlərini həyata keçirən işçi heyətin mütləq maska, üz sipəri və əlcəklərdən istifadə etməsi ilə bağlı tələblərin pozulduğu aşkar edilmişdir. İşçi heyəti tərəfindən fərqi qoruyucu vasitələrdən istifadə edilməməsi ilə həmçinin Qərarın 1.2-ci bəndinin tələbi də (bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla) istifadə edilməlidir) pozulmuşdur. Aşkar edilən pozuntular Səhiyyə Nazirliyi və Dövlət Turizm Agentliyinin əməkdaşları tərəfindən birgə tərtib edilmiş xx.xx.2020-ci il tarixli monitorinq forması ilə aktlaşdırılmışdır. Nəticədə Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi əsasında (epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) MN №0900793 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və MN №0111391 nömrəli qərardadla baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Yuxarıda göstərilənləri rəhbər tutaraq, Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən tərdib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə “Happy İnn” mehmanxanasında aparılan yoxlama zamanı işçilər tərəfindən iş prosesində xidmət sahəsinə uyğun olan qoruyucu vasitələrdən istifadə edilməməsi faktı aşkar edildiyinə görə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törədildiyindən Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; xx xxxxxx 2020-ci il tarixli monitorinq formasından görünür ki, Dövlət Turizm Agentliyini təmsil edən monitorinqçi Rüstəm Mehdizadənin və Səhiyyə Nazirliyini təmsil edən monitorinqçi Fərhad Quliyevin iştirakları ilə epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi məqsədi ilə Şəxsnə məxsus Bakı şəhəri Xətai rayonu H.Salmani 1 ünvanında yeriəşən “Happy İnn” otelində monitorinq keçirilmiş, həmin monitorinq zamanı işçilər tərəfindən iş prosesində xidmət sahəsinə uyğun olan qoruyucu vasitələrdən istifadə edilməməsi (maska, üz sipəri, əlcək və s) faktı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” xx xxx 2020-ci il tarixli, 189 nömrəli qərarına əsasən, 1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 hallarda sosial metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; Həmin qərarın 3-cü bəndinə əsasən bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, monitorinq forması və digər iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. xx xxxxxx 2020-ci il tarixli 224-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, xx xxxxxx 2020-ci il, № 276) ilə 211.2-ci maddənin sanksiyasında “iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat” sözləri “üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat” sözləri ilə əvəz edilmişdir. xx xxxxxx 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir; Məhkəmə, inzibati xətanın xx xxxxxx 2020-ci il tarixdə törədilməsini, xx xxxxxx 2020ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin sanksiyasının məsuliyyəti yüngülləşdirməsini, məsuliyyəti yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsinin olmasını nəzərə alaraq hesab edir ki, inzibati tənbeh tətbiq etmə xx xxxxxx 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələbərinə uyğun olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar