Məhkəmə qərarları › İş №3(011)-671/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-671/2021

29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-671/2021 29.01.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, Hüquqi şəxs «Hidrotexniki və X1 üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Maliyyə Nazirliyinin Uçot Siyasəti Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİM : Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hüquqi şəxs «Hidrotexniki və X1 üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında material aidiyyəti üzrə düzgün göndərilməmişdir. Ona görə də toplanmış material baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin https://www.etaxes.gov.az/ Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron bazasından aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Hidrotexniki və X1 üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı ünvan 1 məhəllə-dir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir; 110-cu maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Hidrotexniki və X1 üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanının ünvan 1 məhəllə olduğunu, törədilməsi ehtimal olunan inzibati xətanın Bakı şəhərinin Xətai rayonu ərazisində deyil, Yasamal rayonu ərazisində törədildiyini nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs «Hidrotexniki və X1 üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Hakim Cavid Hüseyn İş № 3(011)-671/2020 Bakı şəhəri Xətai Rayon Məhkəməsi Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL xx xxxxxx 2020-ci il Bakı şəhəri Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi ilə, Hüquqi şəxs «Hidrotexniki və X1 üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə baxaraq prosessual hərəkət etdi. Prosessual hərəkət saat 12:30-da başlandı. Hakim, hüquqi şəxs «Hidrotexniki və X1 üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə qərardad qəbul etdi. Prosessual hərəkət saat 12:40-da başa çatdı. Hakim: Azərbaycan Respublikası Bakı şəhəri XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri M.Hadi küç. 249. (Ukrayna dairəsi) Tel.: 347-96-30; ***-**-** (faks), E-mail: Elektron ünvan İş № 3(011)-671/21 xx xxxxxx 2021-ci il Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin sədri X2 Surəti: Maliyyə Nazirliyinin Uçot Siyasəti Şöbəsinə Surəti: «Hidrotexniki və X1 üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinə Bakı şəhəri Nərimanov rayonu Dərnəgül Şossesi ev 560 məhəllə 2090 «Hidrotexniki və X1 üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 3(011)-671/21 nömrəli inzibati material Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadına əsasən aidiyyətı üzrə baxılması üçün Sizə göndərilir. Qoşma: 3(011)-671/20 nömrəli inzibati material, 1 cild - 11 vərəq (birinci ünvana) Sədr RƏŞİD RZAYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar