Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6713/2025 01.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X7 Xidmətinin nümayəndəsi Nümayəndə2 və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Mərkəzi Aran X3 tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Mərkəzi Aran X3 tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsini xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, X7 Xidmətinin Mərkəzi X9 yuxarıda qeyd edilən Qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru qismində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə 1000 manat cərimə edilmişdir. Aşağıda göstərdiyi səbəblərə görə qərar qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, qərarda cərimə edilməyinə səbəb kimi belə qeyd olunur ki, direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı X2 qismində, xx.xx.2025-ci il tarixdə Bakı-Qazax magistral yolunun Ağdaş rayonu, Ləki kəndi ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış, lakin guya bu barədə tərəfimizdən həmin gün yox, xx.xx.2025-ci il tarixdə X7 Xidmətinə məlumat verildiyindən bu hal İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində göstərilmiş inzibati xətaya səbəb olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində qeyd olunur ki, işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə - min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Şikayətimə əlavə etdiyim elektron poçt yazışmasına dair çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə baş vermiş, hadisə barəsində həmin gün saat 22:17-də "xxxx"-nin əməkdaşı Vaqif Zeynalov tərəfindən “Elektron ünvan 1” elektron poçtu vasitəsilə X7 Xidmətinin “Elektron ünvan 2” elektron poçtuna məlumat göndərilmiş və xx.xx.2025-ci il tarixdə də həmin məlumatın göndərilməsi bir daha təkrarlanmışdır. Hər iki tarixdə verilən məlumata dair X7 Xidmətinin «Elektron ünvan 2» elektron poçtu ilə verilən cavabda həmin məlumatın rəsmi qaydada blankda möhürlə təsdiq edilmiş qaydada X7 Xidmətinə təqdim edilməsi bildirilmişdir. Beləliklə də həmin elektron poçt yazışması ilə sübut edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hadisə barədə məlumat elə hadisənin baş verdiyi gün, yəni 09 may 2025-ci il tarixdə X7 Xidmətinin “Elektron ünvan 2” elektron poçtuna yerləşdirilmişdir. Lakin qərarda isə əsassız olaraq belə qeyd edilir ki, guya məlumat hadisədən 3 gün sonra, yəni xx.xx.20215-ci il tarixdə verilmişdir. Xüsusilə qeyd edim ki, hadisə cümə günü, 09 may 2025-ci il tarixdə, saat 18:50-də baş vermiş, 10 may və 11 may 2025-ci il tarixlər isə şənbə və bazar günlərinə düşməklə iş günü olmamışdır. Hadisəni törədən "Chem Trade” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşı İlham Vəliyevin deməsinə görə hadisə saat 19:00-da baş vermiş və o, təxminən saat 19:55-də Ağdaş Rayon Mərkəzi xəstəxananın təcili yardım şöbəsinə müraciət etmiş, daha sonra isə 20:45-də o, hadisə barəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat vermişdir. Həmin saatlarda isə həm "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində, həm də X7 Xidmətində iş vaxtı bitdiyindən hadisə barəsində yalnız elektron poçt vasitəsilə X7 Xidmətinin “Elektron ünvan 2” elektron poçtuna hadisənin baş verdiyi gün axşam saat 22:17-də məlumat verilmişdir. Hadisədən sonrakı günlər şənbə bazar gününə təsadüf etdiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hadisə barədə müvafiq sənədlər xx.xx.2025- ci il tarixdə X7 Xidmətinə təqdim edilmişdir. Onu da qeyd edim ki, şikayətimə əlavə etdiyim X7 Xidmətinin Mərkəzi X9 mənə göndərilən xx.xx.2025-ci il tarixli məktubunda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı X6 hadisə günü saat 19:55-də Ağdaş Rayon Mərkəzi xəstəxananın təcili yardım şöbəsinə müraciət etməsi faktı öz təsdiqini tapmışdır. Həmin məktubda o da qeyd edilir ki, İlham Vəliyevin aldığı xəsarət nəticəsində əmək qabiliyyətini bir gündən artıq müddətə itirmədiyindən onunla baş vermiş hadisə "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması" Qaydalarının 2.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə "İZ" (istehsalat zədəsi) formalı aktda rəsmiləşdirilmir və uçota alınmır. Belə ki, hadisə vaxtı İlham Vəliyev ciddi xəsarət almamış, əmək qabiliyyətini itirməmişdir. Qeyd etdiyim hallara müqayisəli və məcmu halda diqqət yetirərək hesab edirəm ki, barəmdə tərtib edilmiş İnzibati tənbeh vermə haqqında" qərar əsassızdır və ona görə də ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 128.1 və 129.1.3-cü maddələrinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.5-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Yuxarıda göstərdiklərimə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 128 və 129-cu maddələrini rəhbər tutaraq Məhkəmədən X7 Xidmətinin Mərkəzi X9 “İnzibati tənbeh vermə haqqında" xx.xx.2025-ci il tarixli, MN №1809695 saylı Qərarı ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, hüquqi ünvan Xətai rayonu olsa da, hadisə ünvan 1 barədə həmin gün yazılı məlumat və ya “142” Çağrı Mərkəzinə məlumat verilməli idi. Odur ki, MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsaslı olduğundan şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Mərkəzi X9 MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən X4 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı-Qazax magistral yolunun Ağdaş rayon, Ləki kəndi ərazisində xx.xx.2025ci il tarixdə X2 qismində yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır. AR ƏM-nin 217-ci maddəsinə əsasən "xxxx" MMC-nin işəgötürəni baş vermiş hadisəni xx.xx.2025-ci il tarixdə məlumat verməklə xəta törətmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan elektron poçtdan çıxarışdan görünür ki, 09 may 2025-ci il tarixdə, saat 22:17-də X7 Xidmətinə qəza ilə bağlı məlumat verilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin çıxarışından görünür ki, "xxxx" MMC-nin qanuni təmsilçisi X5r. Məhkəmə qeyd edir ki, işçi X6 iş vaxtı ərzində xx.xx.2025-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması barədə məlumatın verilməməsi ilə bağlı hər hansı hüquqlarının pozulmasını müəyyən edərkən X7 tərəfindən natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatlarından və iş materiallarından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs tərəfindən hadisə günü, yəni xx.xx.2025-ci il tarixdə elektron poçt vasitəsilə X7 Xidmətinə məlumat verilmişdir. X7 vəzifəli şəxs X4 İXM-in 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə nəticəyə gəlsə də, bu mövqeyini kifayət qədər tutarlı sübutlarla əsaslandıra bilməmişdir. İş üzrə müəyyən edilən sübutlar isə vəzifəli şəxs X4 göstərilən maddələrlə təqsirliliyini şübhə altına alır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM, Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi). Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətlənadirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olubolmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Odur ki, inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı, iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 555.1-ci maddəsinə əsasən, İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Mərkəzi X9 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Mərkəzi X9 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-6713/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6713/2025
01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver