Məhkəmə qərarları › İş №3(011)-6722/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6722/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6722/2024 18.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin sahə rəisi Elnur Ələsgərovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əliabbas qızının və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1983-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kəlbəcər rayonu, Taxtabaşı Ərazi Dairəsi Taxtabaşı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında müvəqqəti məskunlaşaraq yaşayan Şəxs Əliabbas qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Əliabbas qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla bağlı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin sahə rəisi Elnur Ələsgərov tərəfindən Şəxs Əliabbas qızının barəsində 18 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin sahə rəisi Elnur Ələsgərov yuxarıda göstərilən xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əliabbas qızının barəsində qanunamüvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əliabbas qızı izahat verərək bildirdi ki, X4 bacısı qızıdır. xx.xx.2024-cü il tarixdə, saat 14.00 radələrində piyada 249 saylı məktəbin qarşısından yaşadığı evə gedərkən Aytacın tanımadığı qadınla mübahisə etməsini görüb onlara yaxınlaşıb əli ilə çiyin nahiyəsindən kənara itləmiş, mübahisənin səbəbini soruşduqda isə həmin qadın onun üzərinə hərəkət etdikdə mübahisə yerinə gəlmiş polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. Mübahisə zamanı Aytacla həmin qadının əlbəyaxa olmalarının şahidi olmamışdır. Odur ki, qeyd edeilənləri nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki, Aytacın övladı Xətai rayonu 249 saylı tam orta məktəbin 3-cü sinfində birlikdə təhsil alan onun övladını təhqir etdiyi üçün ona iradını bildirmişdir. xx.xx.2024-cü il tarixdə, saat 14:00 radələrində 249 saylı məktəbin həyətində olduğu zaman Aytac onunla mübahisə edərkən onun yanında olan tanımadığı qadın üzərinə hücum çəkərək boyun nahiyəsindən vurmuş, saçından tutmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs Əliabbas qızının barəsində inzibati qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Əliabbas qızının əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin 36-cı PŞ-nin baş təhqiqatçısı Vüqar Həsənov tərəfindən qəbul edilmiş 26 noyabr 2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs Əliabbas qızı barəsində cinayət işinin başlanılması rədd edilmiş və Şəxs Əliabbas qızının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati hüquq pozuntusunun tərkibi olduğundan, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması üçün Xətai RPİ-nin 36-cı PŞ-nin aidiyyatı əməkdaşlarına həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, X2 boyun və sol said nahiyyələrinin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya təsirindən törənmiş, müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlmiş və ya sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan, dərəcələri təyin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs Əliabbas qızının məsuliyyətini ağırlaşdıran halların olmamasını və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Əliabbas qızı 300 (üç yüz) manat məbləğində cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Əliabbas qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar