Məhkəmə qərarları › İş №3(011)-6723/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6723/2024

18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6723/2024 18.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin sahə inspektoru, polis baş-leytenantı X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla bağlı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin sahə inspektoru, polis baş-leytenantı X8 tərəfindən Şəxs barəsində 18 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, övladı barəsində şikayət ərizəsi ilə müraciət etdiyi Aytacın övladı Xətai rayonu 249 saylı tam orta məktəbin 3-cü sinifində birlikdə təhsil alan övladını təhqir etdiyi üçün ona iradını bildirmişdir. xx.xx.2024-cü il tarixdə, saat 14 radələridə 249 saylı məktəbin həyətində olduğu zaman Aytac onunla mübahisə edərkən onun yanında olan tanımadığı qadın üzərinə hərəkət edərək boyun nahiyəsindən vurmuş və Aytac saçından tutmuşdur. Bildirmişdir ki, Aytacı döyməmiş, heç bir xəsarət yetirməmişdir. Məhkəmədən onun barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 bildirdi ki, övladı Bakı şəhəri, Xətai rayonu, 249 saylı orta məktəbin 3-cü sinifində təhsil alır, barəsində şikayət ərizəsi ilə müraciət etmiş Ülviyyənin qız övladı da, onun qız övladı ilə birlikdə təhsil alır. xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində 249 saylı məktəbin həyətində olarkən, uşaqlara görə aralarında yaranmışdır. Demişdir ki, gedək müəllimin yanında həll edək. Ülviyyə isə onun atasını və qardaşını təhqir etmişdir. Ülviyyə onun üzərinə gəlmiş, hətda polislər də onu tutmaqda çətinlik çəkmişlər. Üzərinə cumduqdan sonra polislər aparərkən Ülviyyə ona təpik də vurmuşdur. Təsədüfən həmin yerdən ötən xalası kimi qohumluq əlaqəsi olan Gülər onlara yaxınlaşaraq mübahisənin səbəbini soruşduqda və Ülviyyə onun üzərinə cummuşdur. Polis əməkdaşları yaxınlaşaraq, mübahisənin qarşısını alaraq onları PŞ-nə dəvət etmişlər. Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin sahə inspektoru, polis baş-leytenantı X8 izahat verərək göstərdi ki, şəxsi münasibətlərin pozulması nəticəsində xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində, ünvan 2 ünvanda yerləşən 249 saylı məktəb binasının qarşısında baş vermiş mübahisə zamanı Kərimova X4 Aytac Şakir qızını döymüş və X6 isə Şəxs döyərək sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Protokolun təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin 36-cı PŞ-nin baş təhqiqatçısı, polis mayoru Vüqar Həsənov tərəfindən qəbul edilmiş 26 noyabr 2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati hüquq pozuntusunun tərkibi olduğundan, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması üçün Xətai RPİnin 35-ci PB-nin aidiyyatı əməkdaşlarına həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X13 19 noyabr 2024-cü il tarixli 1217 №-li ekspert rəyindən görünür ki, X1 baldır nahiyyəsində qançır küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə əmələ gələ bilməklə onun özü tərəfindən yetirilməsi az inandırıcıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs 300 (üç yüz) manat məbləğində cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar