Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6814/2024 29.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Şikayət verən şəxs – X3 etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli, BNA ******* nömrəli X10 haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli, BNA ******* nömrəli X10 haqqında qərarın ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "RANGE ROVER" markalı **-HF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi atası X6 məxsusdur və onun mülkiyyətindədir. Onun adına nəqliyyat vasitəsinin idarə edilməsi barədə etibarnamə verilsə də (hazırda etibarnamənin müddəti bitdiyindən xitam olunmuşdur) avtomobil X7 tərəfindən idarə olunmamış və daim atası Ülvi İsmayılovun istifadəsində olmuşdur. Bu yaxınlarda sürücülük hüququ haqqında vəsiqəsini dəyişmək istəyərkən müəyyən olunmuşdur ki, keçmiş BNA tərəfindən xx.xx.2018-ci ildən xx.xx.2022-ci il tarixədək müddət ərzində olan səkkiz inzibati xəta üzrə cərimə məbləğləri onun adına yazılmışdır. Halbu ki, iş materiallarından (foto görüntülərdən) də müəyyən etmək olar ki, bu dövrdə nəqliyyat vasitəsi onun tərəfindən idarə olunmamışdır. Hətta inzibati xəta barədə elektron qərarlar tərtib olunanda aşkar görünür ki, nəqliyyat vasitəsi Ülvi İsmayılovun istifadəsindədir. Yalnız adıma etibarnamə olduğu üçün sistem xətası olaraq cərimələr İlkin X1 adına gəlmişdir. Müddətin keçməsi və bu cərimələrdən xəbərsiz olduqlarından indiyədək heç bir müraciəyyətləri olmamışdır. Bu qərarlar xx.xx.2018-ci il tarixli, BNA 004468 saylı.., xx.xx.2020-ci il tarixli, BNA ******* saylı.., xx.xx.2020-ci il tarixli, BNA ******* saylı..., xx.xx.2021-ci il tarixli, BNA ******* saylı..., xx.xx.2021-ci il tarixli, BNA ******* saylı.., xx.xx.2021-ci il tarixli, BNA ******* saylı.., xx.xx.2022-ci il tarixli, BNA ******* saylı inzibati xəta haqqında Qərarlardır. Bu barədə AYNA-ya müraciət etmiş və xx.xx.2024-cü il tarixli, 3-27-103/2-19649/2024 saylı cavabında ona bildirilmişdir ki, " Müraciətə baxılmasının nəticəsi barədə Sizin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) ünvanladığınız, barənizdə tərtib edilmiş X10 haqqında qərarların ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli müraciətinizə aidiyyəti üzrə tərəfimizdən baxılmışdır. Aparılmış araşdırma nəticəsində mərkəzi informasiya sistemində **-HF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsilə 2018-2022-ci illər ərzində Bakı şəhərinin inzibati ərazisində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 52-ci maddəsində nəzərdə tutulmuş dayanma və durma qaydalarını pozduğunuza görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Məcəllə) 346.1-ci maddəsinə əsasən, barənizdə tərtib olunan 8 ədəd X10 haqqında qərarın olması müəyyən edilmişdir. Həmçinin tərəfinizdən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 52- ci maddəsinin tələblərinə əməl edilməməsi inzibati xəta haqqında işə dair əlavə olunan materiallarda öz əksini tapmışdır. Bildiririk ki, Məcəllənin 146.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Bununla yanaşı, barənizdə tərtib olunmuş xx.xx.2018- ci il tarixli BNA0006000 nömrəli X10 haqqında qərarın icrasına Məcəllənin 146.1-1-ci maddəsinin tələbinə əsasən xitam verilməsi üçün əsasəlar müəyyən olunmuşdur. Beləliklə, barənizdəm tərtib edilmiş 1 ədəd X10 haqqında qərarın icrasına xitam verilməsi, digər 7 ədəd X10 haqqında qərarların isə ləğv edilməməsi məqsədəmüvafiq hesab olunur. Məcəllənin 126.1-ci maddəsinin tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət etmək hüququna malikdir. Qeyd olunanları nəzərə alaraq, barənizdə tərtib olunmuş xx.xx.2018-ci il tarixli BNA0006000 nömrəli X10 haqqında qərarın icrasına xitam verilmişdir. Xahiş edirik nəzərə alasınız." O sadəcə olaraq öz adına əsassız yazılmış və heç bir təqsiri olmadan cəlb edilməklə illərlə adında saxlanılmış inzibati xəta haqqında qərarın adından silinməsini xahiş etmişdir. Bu fakt onun özünə aid digər hüquqi prosedurları etməyinə maneə yaradır. Müvafiq orqan isə bunu həll etmək əvəzinə yalnız bir qərarın vaxtının keçməsini əsas götürüb silmiş, digərləri isə adında saxlanılmışdır. Halbu ki, o qərarların içərisində xx.xx.2018-ci il ratixli BNA ******* saylı Qərar da vardır ki, onun da üstündən 5 il ötmüşdür. Həmin Qərarla razılaşmır, qanunsuz və ədalətsiz olduğundan ləğv edilməsi üçün şikayət vermişdir. Qərarı məzmunundan və tərtib olunmuş sənədlərdən müəyyən olunur ki, guya o hansısa inzibati xəta törətmişdir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Odur ki, Bakı Nəqliyyat Agentliyinin barəsində qəbul etdiyi xx.xx.2020-ci il tarixli, BΝΑ ******* saylı, X10 Haqqında Qərarın ləğv olunmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 etibarnamə üzrə nümayəndəsi X8 oğlu şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək bildirmişdir ki, avtomobili oğlu idarə etməmişdir, lakin qərar isə X3 barədə tərtib olunmuşdur. X3 barəsində qəbul edilmiş X10 haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı Nəqliyyat Agentliyi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, BNA ******* nömrəli X10 haqqında qərarından görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 20 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 346.1-ci maddəsinə əsasən, dayanma və ya durma qaydalarını pozmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində X10 haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2-ci maddəsinə əsasən, X10 haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. 124.6-ci maddəsinə əsasən, bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə X10 haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. X10 haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X3 nümayəndəsi X8 izahatında bildirmişdir ki, X3 barəsində əsassız olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bundan başqa, həmin vaxt avtomobili X7 idarə etməmişdir, lakin qərar onun adına tərtib edilmişdir. X2 barəsində qərar qəbul edilərkən onun iştirakı təmin edilməmiş, izahatı alınmamış, həmçinin hadisə zamanı qeydə alınmış foto və ya videogörüntülər ona təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X7 tərəfindən qeyd edilmiş halların yenidən araşdırılmasına zərurət yarandığından şikayət qismən təmin edilməli, Bakı Nəqliyyat Agentliyinin X10 haqqında xx.xx.2022-ci il tarixli, BNA ******* nömrəli elektron qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X7 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Nəqliyyat Agentliyinin X10 haqqında xx.xx.2022-ci il tarixli, BNA ******* nömrəli elektron qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-6814/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6814/2024
29.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver