Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-696/2025 06.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs Baladadaşoviçin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – "xxxx" MMC-nin rəhbəri Şəxs vəkili Kredo Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-278/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən MN ******* nömrəli, 14 yanvar 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 məhkəməyə verdiyi izahatında göstərdi ki, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-278/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs vəkili Kredo Vəkil Bürosunun vəkili Nümayəndə bildirdi ki, icra sənədinə əsasən onun tərəfindən 4900 manat ödənilib, lakin 2 mənzil təqdim edilməyib, ayrı blokdan mənzil təklif olunub. Hal-hazırda Zərərçəkmiş şəxs Baladadaşoviç ilə aralarında razılıq əldə olunmuşdur. Göstərilənlərə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsi Zərərçəkmiş şəxs Baladadaşoviç ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə aralarında ödənişlə bağlı razılıq əldə olunmuşdur, bu səbəbdən Şəxs barəsində başlanılmış olan inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-278/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, "xxxx" MMC tərəfindən tərəflər arasında bağlanmış 04 aprel 2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən, ünvan 1 ünvanında yerləşən, yeri yaşayış binasının 9-cu mərtəbəsində (binanın ilk iki mərtəbəsi qeyri-yaşayış olarsa həmin mərtəbələrin sayılması şərtilə) yerləşən 85,6 kv.m və 79,8 kv.m sahəsi olan 2 ayrı-ayrı mənzillər tam təmirli şəkildə iddiaçı Zərərçəkmiş şəxs təqdim edilməsi, "xxxx" MMC-dən vurulmuş maddi ziyana görə 4800 (dörd min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumu qismində 100 (yüz) manat alınaraq Zərərçəkmiş şəxs ödənilməsi, "xxxx" MMC-nin Zərərçəkmiş şəxs qarşı "xxxx" MMC ilə Zərərçəkmiş şəxs arasında bağlanmış 04 aprel 2018-ci il İ tarixli müqavilənin ləğv edilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilməsi, ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin özünə aid edilməsi qərara alınmışdır. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 17 oktyabr 2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından göründüyü kimi borclu "xxxx" MMC-yə 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 17 oktyabr 2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən göründüyü kimi, borclu "xxxx" MMC-yə icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. İş materialında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsilə inzibati xəta törətməsinə dair iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Hazırda borclu vəzifəli şəxs ona mənzil təklif etmişdir. Bununla əlaqədar inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə ki, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-696/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-696/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver