Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-6993/2025 28.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Sadıxov Rəfail Adil oğlu, Bayramova Nərmin Nizami qızının katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, hüquqi şəxs Şəxs Bakı şəhəri Xətai rayon Polis İdarəsi Dövlət X1 sorğusuna əsasən mülkiyyətində olan «NİSSAN SUNNY minik» markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla da hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xətai rayon Polis İdarəsi və Şəxs səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Bakı şəhəri Xətai rayon Polis İdarəsi və Şəxs səlahiyyətli nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsi Dövlət X2 sorğusu xx.xx.2025-ci il tarixində Şəxsnə göndərilmişdir. Sorğu xx.xx.2025-ci il tarixində “Kazımov” qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs etirazından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı tərtib edilmiş İXP-7149242 saylı protokol və ona aid digər materiallar baxılması üçün Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, "xxxx" MMCnin mülkiyyətində olan **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən xx.xx.2025-c il tarixində inzibati xəta törədilmişdir. Bundan sonra Bakı şəhəri Xətai RPİ X3 şöbəsi tərəfindən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmiş şəxs barədə məlumat verilməsi üçün "xxxx" MMC-yə sorğu göndərilmiş, lakin sonuncu qanunvericiliklə müəyyən olunmuş müddətdə tələb olunan məlumatları təqdim etməmişdir. Qeyd edirik ki, inzibati xətanın törədilməsi barədə İXP-7149242 saylı protokol tamamilə əsassızdır və aşağıda göstərilən əsaslara görə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Materiallara əlavə edilmiş poçt qəbzinə əsasən müəyyən olunur ki, inzibati orqan nəqliyyat vasitəsini idarə etmiş şəxs barədə məlumat verilməsi üçün xx.xx.2025-ci il tarixində "xxxx" MMC-yə sorğu göndərmişdir. Lakin məhkəmənin diqqətinə çatdırırıq ki, həmin sorğu "xxxx" MMC-yə faktiki olaraq çatdırılmamışdır. İş materiallarına əlavə edilmiş poçt qəbzi yalnız sorğunun göndərilməsi faktını təsdiqləyir və çatdırılma faktını sübut etmir. 3. "xxxx" MMC-nin elektron yoxlama sistemi vasitəsilə aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, inzibati orqan tərəfindən göndərilmiş SX039330952AZ saylı məktub xx.xx.2025-ci il tarixində uğursuz çatdırılma statusu ilə müvafiq poçt məntəqəsinə qaytarılmış, xx.xx.2025-ci il tarixində isə inzibati orqana geri göndərilmişdir (çıxarış əlavə edilir). Poçt əməkdaşlarının izahına əsasən, çıxarışda sonuncu sətirdə qeyd edilən “Çatdırılıb, alıcı:” qeydi məktubun məhz inzibati orqana geri qaytarılması faktını təsdiqləyir. Əks halda, yəni məktub ünvana – Şəxs MMC-yə çatdırıldığı halda, həmin sətirdə alıcı qismində Şəxs MMC göstərilməli idi. Bundan əlavə, həmin sətirdə qeyd olunan AZ1027 saylı məntəqə kodu inzibati orqanın yerləşdiyi ərazi üzrə poçt məntəqəsini ifadə edir. Halbuki "xxxx" MMCnin yerləşdiyi ünvan (Bakı şəhəri, Xətai rayonu, S. Əhmədov küçəsi) üzrə poçt məntəqəsinin kodu AZ1026-dır. 4. Qeyd edək ki, məktubun Şəxs MMC-yə çatdırılmaması faktını tam dəqiqləşdirmək məqsədilə məhkəmə tərəfindən "xxxx" MMC-yə sorğu ünvanlana bilər. Həmin sorğu əsasında inzibati orqan tərəfindən göndərilmiş SX039330952AZ saylı məktubun faktiki olaraq hansı ünvana çatdırıldığı, yaxud geri qaytarıldığı barədə rəsmi məlumat əldə olunması mümkün olacaqdır. 5. Əlavə olaraq bildiririk ki, "xxxx" MMC-nin mülkiyyətində olan **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, eləcə də digər nəqliyyat vasitələri ilə bağlı inzibati xətalar üzrə inzibati orqan uzun müddət ərzində hər hansı qərar qəbul etməmiş və bu barədə Şəxs MMC-yə müvafiq sorğular təqdim olunmamışdır. 6. Bu səbəbdən də xx.xx.2025-ci il tarixində "xxxx" MMC öz təşəbbüsü ilə Bakı şəhəri Xətai RPİ DYP şöbəsinə məktub ünvanlamış, həmin inzibati xətalarla yanaşı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə törətdiyi inzibati xəta zamanı nəqliyyat vasitəsini idarə etmiş şəxslər barədə də müvafiq məlumat təqdim etmişdir. 7. Sözügedən məktub Bakı şəhəri Xətai RPİ DYP şöbəsi tərəfindən qəbul edilmiş və icra olunmuşdur. Bununla belə, inzibati orqan tərəfindən digər inzibati xətalarla yanaşı, məhz 77- PR-440 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə xx.xx.2025-ci il tarixdə törədilmiş inzibati xətaya dair aidiyyəti olmayan şəxs barəsində qərar qəbul olunmuşdur. Bu səbəbdən də "xxxx" MMC xx.xx.2025-ci il tarixində yenidən DYP şöbəsinə müraciət edərək, yol verilmiş yanlışlığın aradan qaldırılmasını xahiş etmişdir. 8. Yuxarıda göstərilən hallar ümumiləşdirildikdə aydın olur ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. İşin mahiyyəti üzrə yuxarıda göstərilən halları, həmçinin tətbiq edilən qanunvericilik normalarının tələblərini nəzərə alaraq, məhkəmədən xahiş edirik ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərinin pozulmasına dair 3(011)- 6993/2025 nömrəli iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəmə, iş materiallarında olan poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. İXM-in 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məktub Şəxsnə çatmamışdır. Göründüyü kimi Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 57.2-ci maddəsinə əsasən, sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. 57.3-cü maddəsinə əsasən, sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 57.4-cü maddəsinə əsasən, sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir. 57.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1-ci maddəsinə əsasən, bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2.1-ci maddəsinə əsasən, ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-6993/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-6993/2025
28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver