Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-70/2023 13.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sülhanə Sərdar qızı, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EQ10498853 saylı inzibati xəta haqqında qərara və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: xx.xx.2022-ci il tarixli, EQ10498853 saylı inzibati xəta haqqında qərara əsasən xx.xx.2022-ci il tarixdə “Ramstore t/m”(Körpünün yanı) yanında “Toyota Prius(Hibrid)” minik markalı, 99- XJ-318 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X1 yol nişanlarının tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə olunmuşdur. Məhkəmə iclasında X3 ərizə ilə müraciət edərək şikayətin geri qaytarılmasını xahiş etmişdir. Hazırkı şikayətin baxılmadan geri qaytarılması barədə vəsatətini nəzərə alaraq hesab edirəm ki, bu vəsatət təmin edilməli və porotokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib edən quruma geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52-ci və 132-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EQ10498853 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-70/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-70/2023
13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver