Məhkəmə qərarları › İş №3(011)-709/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-709/2022

01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-709/2022 01.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Bakı şəhər X10 İdarəsinin 14 fevral 2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X10 İdarəsinin 14 fevral 2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 19 yanvar 2022-ci il tarixdə S.Mehmandarov küçəsində ona məxsus **-FH-*** dövlət qeydiyyat nişanlı Lada Priora avtomobili ilə hərəkət edərkən saat 21:47 radələrində Bakı şəhəri BPİ DYPİ-nin YPX inspektoru polis baş serjantı X5 tərəfindən saxlanılaraq barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. O, ona “X7” Azərbaycan Respublikasının Qanununa 1 saylı əlavəsində göstərilən yəni, “dövlət qeydiyyat nişanının işıqlandırılması” tələbinin pozulmasını qeyd edərək İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyəti bildirmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də inspektor razılaşmamış və qərarsız protokol tərtib etmişdir. Protokoldan 19 yanvar 2022-ci il tarixində DİN BDYPİ-nə şikayət etdiyi üçün şikayətinə Bakı şəhəri BPİ-nin DYPİ-də baxılmış və 08 fevral 2022-ci il tarixində YPX əməkdaşının hüquqazidd hərəkətinin aşkar olunmaması cavabı verilmişdir. Onun etirazı haqqında çıxarlan qərarın hüquqi əsaslarının olmamasıdır. Belə ki, “X7” AR Qanununa 1 saylı əlavəsin İİİ bölməsi yəni, Xarici işıq cihazları maddəsidir. Bu maddəyə görə xarici işıq cihazı nasaz olan və belə nasazlıqların aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitələrinin sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Bilindiyi kimi 1 saylı Əlavədə Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların SİYAHİSİ sadalanır. YPX əməkdaşları əlavənin İİİ bölməsininin 6cı bəndini (Xarici işıq cihazları) əsas tuturlar və maddədə yazılır: 6) Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsi qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcı qurulduqda nasazlıq aradan qaldırılır. O, həmişə nəqliyyat vasitəsilə hərəkətə başlamazdan öncə nəqliyyat vasitəsinə vizual baxış keçirdir və nöqsan görmədikdən sonra hərəkətə başlayır. Hadisə olan gün də nəqliyyat vasitəsinə vizual baxış keçirdikdə dövlət qeydiyyat nişanının işıqlandırılmasında nöqsan olmadığının şahidi olub hərəkətə başlamışdır və təqribən 10 dəqiqə sonra YPX inspektoru tərəfindən saxlanılmışdır. İXM-nin 342.5-ci maddəsi xarici işıq cihazları nasaz olan və belə nasazlığın ara qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə təyin edilir. Bu isə reallıqla uzlaşmayan bir haldır, çünki dövlət qeydiyyat nişanının işıqlandırılmasında istifadə edilən işıq cihazının (lampa) nə vaxt nasaz olar bəlli deyil. Hətta yeni quraşdırılmış lampaya zəmanət verilsə belə, bir neçə dəqiqə və ya saatdan sonra nasaz hala gəlməsi halları var. Onda olan hal da bu hallardan biridir. O cümlədən dövlət qeydiyyat nişanının işıqlandırılmasında istifadə edilən işıq cihazının (lampa) nasaz olması aradan qaldırılması mümkün olan texniki nasazlıqdır, lampanı dəyişməklə bu nöqsan aradan qaldırılır. Beləliklə o, göstərilənləri nəzərə alaraq, barəsində qəbul edilmiş 14 fevral 2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X10 İdarəsinin 14 fevral 2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X4 tərəfindən 19.01.2022-ci il tarixində, saat 21:47-də Bakı şəhəri, X2 100 ünvanında konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan “VAZ 21723 minik” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 50 (əlli) manat məbləğində cərimə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 14 fevral 2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X4 tərəfindən 19.01.2022-ci il tarixində, saat 21:47-də Bakı şəhəri, X2 100 ünvanında konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan “VAZ 21723 minik” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 50 (əlli) manat məbləğində cərimə inzibati tənbeh tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 14 fevral 2022-ci il tarixli TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində 14 fevral 2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti təmin edilməli, Bakı şəhər X10 İdarəsinin 14 fevral 2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 barəsində tərtib olunmuş Bakı şəhər X10 İdarəsinin 14 fevral 2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar