Məhkəmə qərarları › İş №3(011)-710/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-710/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-710/2024 05.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 18 yanvar 2024-cü il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19184.39 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 29 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 19184.39 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə çıxış edərək bildirmişdir ki, təmsil etdiyi hüquqi şəxs ilə “Joma Sport S.A” şirkəti arasında bağlanmış müqaviləyə əsasən onlara göndəriləcək malların dəyəri hissə-hissə olmaqla ilkin olaraq xx.xx.2021-ci il tarixdə 40000 ABŞ dolları kimi şirkətin hesabına köçürülmüşdür. Daha sonra xx.xx.2021-ci il tarixdə “Joma Sport S.A” şirkəti tərəfindən ünvanlarına 59184.39 ABŞ dolları məbləğində mal göndərildikdən sonra onlar Bankda olan hesablarından həmin malların ödənilməmiş hissəsi olan 19184.39 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti onların hesabına köçürmüşlər. Bununlada hüquqi şəxs tərəfindən Azərbaycan Respublikasından kənara hissəvi ödəniş edilməklə köçürülmüş 19184.39 ABŞ dolları müqabilində alınmış mallar ölkəyə idxal edilmiş və qeyd olunan hal banka təqdim edilmiş gömrük bəyannaməsi ilə də öz təsdiqini tapmışdır. Odur ki o, göstərilənləri nəzərə alaraq barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: «Unibank» KB-nın 29 dekabr 2021-ci il tarixli, 5 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 19184.39 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 29 dekabr 2021-ci il tarixində «Unibank» KB-da olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür; «Unibank» KB-nın 28 dekabr 2023-cü il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin və qeyrirezidentlərin xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödənişlər aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq malların ölkəyə idxalını, xidmətlərin göstərilməsini və ya qabaqcadan ödənilmiş məbləğin geri qaytarılmasını təsdiq edən sənəd banka təqdim edilməmişdir; Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X1 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 18 yanvar 2024-cü il tarixli EP seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs 19184.39 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 29 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 19184.39 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır; məhkəməyə təqdim olunmuş «Unibank» KB tərəfindən verilmiş çıxarışdan və ona əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şəxs MMC tərəfindən hissə-hissə olmaqla xx.xx.2021-ci il tarixdə 40000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə isə 19184.39 ABŞ dolları məbləğində vəsait “Joma Sports S.A” şirkətinin hesabına köçürülmüşdür; xx.xx.2021-ci il tarixli, **********9961 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən 59184.39 ABŞ dolları qarşılığında alınan mallar hüquqi şəxsin ünvanına idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X2 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, barəsində inzibati icraat aparılan şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş «Unibank» KB tərəfindən verilmiş çıxarışdan və ona əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şəxs MMC tərəfindən hissə-hissə olmaqla xx.xx.2021-ci il tarixdə 40000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə isə 19184.39 ABŞ dolları məbləğində vəsait “Joma Sports S.A” şirkətinin hesabına köçürülmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs MMC ilə “Joma Sports S.A” şirkəti arasında əldə olunmuş razılığa əsasən hüquqi şəxs tərəfindən idxal edilməli olan malların dəyərinin bir hissəsi əvvəlcədən, yəni xx.xx.2021-ci il tarixdə ödənilmiş, qalan hissəsi isə mallar ölkəyə idxal edildikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə ödənilmişdir və qeyd olunan hal məhkəməyə təqdim olunmuş xx.xx.2021-ci il tarixli, **********9961 sorğu nömrəli gömrük bəyannaməsi ilə də öz təsdiqini tapmışdır. Həmin gömrük bəyannaməsindən məlum olduğu kimi Azərbaycan Respublikasından kənara hissəvi ödəniş edilməklə köçürülmüş 40000 ABŞ dolları və 19184.39 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə heç bir qanun pozuntusuna yol verilmədən idxal edilmişdir. Həmçinin, məhkəməyə təqdim olunmuş xx.xx.2021-ci il tarixli, **********9961 sorğu nömrəli gömrük bəyannaməsinin “çatdırılma şərtləri” qrafasında 110 kodu qeyd edilmişdir və həmin kod isə hüquqi şəxs tərəfindən malın dəyərinin bir hissəsinin əvvəlcədən ödənilməsinə dəlalət edir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2014-cü il tarixli, 100/143 saylı sərəncamı ilə təsdiq edilmiş Gömrük bəyannamələrinin doldurulması qaydasının metodikasının “çatdırılma şərtləri” adlı 20-ci qrafasında qeyd edilmişdir ki, “110” saylı kod ölkəyə idxal olunmuş malın dəyərinin bir hissəsinin əvvəlcədən ödənilməsini bildirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin 19184.39 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 29 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdüyünü, həmin məbləğ qarşılığında alınan malın ölkəyə idxal edilməsinin müəyyən edilməsini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar