Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-714/2024 05.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, 20 fevral 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, 20 fevral 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, 08 yanvar 2024-cü il tarixdə məhkəmədə TP ******* saylı inzibati protokolu ləğv olunmuş və yenidən baxılması üçün qərar qəbul edilmişdir. 01 ay 13 gündən sonra protokol ləğv olunub, onun iştirakı olmadan, araşdırma aparılmadan yenidən cərimə edilməsi ilə bağlı qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, led işıq quraşdırmışdır, həmçinin tənzimləyicidi də qoymuşdur. Quraşdırılmış led işıq qırmızı, yaşıl və s rənglərdə yanmaq qabiliyyətinə malikdir. O, led işığın “Mələk gözləri” adlanan yaşıl rəngindən istifadə etmişdir. Eyni zamanda bildirmişdir ki, polis əməkdaşı tərəfindən barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar tərtib edilməklə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bundan başqa, barəsində qərar qəbul edilərkən onun iştirakı təmin edilməmiş, izahatı alınmamışdır. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Bakı şəhər DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, 20 fevral 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 150 manat cərimə tətbiq edilmişdir. İş materiallarında olan Start Servis MMC-nin təqdim etdiyi sənəddən görünür ki, müştərinin sifarişi ilə **-SJ-*** dövlət qeydiyyat nömrəli BMW markalı avtomobilin ön işıqlarında xx.xx.2024-cü il tarixdə (ödəniş saat 13:29-da) "xxxx" işləri görülmüşdür. Optimal Servis MMC-nin təqdim etdiyi sənəddən görünür ki, xx.xx.2024-cü il tarixdə (ödəniş saat 14:09-da) **-SJ-*** dövlət qeydiyyat nömrəli BMW markalı avtomobilin ön işıqlarında "xxxx" xidməti aparılarkən işıqlar qaydasında olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1 saylı Əlavəsinə əsasən, xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda qadağan edilir. Belə ki, duman faraları sarı və ya ağ rəngdə olmalıdır. Lakin duman faralarına LED lampalardan istifadə edilməsi qarşıdan gələn sürücünün gözünü qamaşdırması səbəbindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1 saylı Əlavəsinə əsasən qadağan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 342.2.2-ci maddəsinə əsasən, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X2 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, 20 fevral 2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, 20 fevral 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-714/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-714/2024
05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver