Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7157/2025 29.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, X1 iştirakı ilə, X1 DİN BDYPİ-nin EQ 28901552 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli, EQ 28901552 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, şikayətçi xx.xx.2025-ci il tarixli, EQ 28901552 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində inzibati cərimə edilmişdir və bu barədə elektron qaydada protokol və qərar tərtib olunmuşdur. Bundan başqa xx.xx.2025-ci il tarixli, EQ 28998351 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində inzibati cərimə edilmişdir və bu barədə elektron qaydada protokol və qərar tərtib olunmuşdur. Həmçinin xx.xx.2025-ci il tarixli, EQ 29029000 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində inzibati cərimə edilmişdir və bu barədə elektron qaydada protokol və qərar tərtib olunmuşdur. Şikayətçi qeyd edilən inzibati tənbeh vermə haqqında elektron qərarlarla razı deyil. Hesab edir ki, barəsində qəbul edilmiş qərar qanunsuzdur və heç bir sübut olmadığından və tərəfindən qeyd edilən inzibati xəta törədilmədiyindən ləğv edilməlidir. Belə ki, təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən, bu məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 1200 manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. İstifadəsində olan nəqliyyat vasitəsi üzrə maksimum yük kütləsinin 40000 kq (40 ton) olduğu nəzərdə tutulmuş, əlavə olaraq həmin kütlənin 5 faizinədək əlavə yükün qoyulmasına icazə verilmişdir. Bu isə 800 kq olmaqla, qanunla nəzərdə tutulmuş maksimum kütlənin 40800 kq olduğu müəyyən edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, yükün avtomobilə yükləndiyi yer üzrə tərəzi qəbzindən görünür ki, yükün ümumi çəkisinin 40170 kq olduğu təsdiqlənmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istədiyi əsas məqamlardan biri qeyd edilən yükün 4 dəfə ölçüldüyü, 3 dəfə kütlənin normal olduğu, 1 dəfə isə guya artıq olduğu qənaətinə gəlinmişdir. Burada diqqə edilməli əsas məqam odur ki, avtomobilə yük yükləndikdən sonra çəkilmiş və çəkisinin 40170 kq olduğu müəyyən edilmişdir. Daha sonra həmin yol üzərində Şabran rayonu, Molla Kamallı kəndi ərazisində yerləşən dövlətə məxsus tərazidən keçmiş və heç bir çəki pozuntusunun olmadığı müəyyən edilmiş, daha sonra yol üzrə 2-ci, Ümumiyyatda isə 3-cü tərəzi olan Giləzi kəndində yerləşən dövlətə məxsus tərəzidə guya çəkinin 42810 olduğu qeyd edilmişdir. Daha sonra yük Bakı şəhərində boşaldıldığı yer üzrə də çəkilmiş, bu zaman da çəkinin normal olduğu müəyyən edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, yükün avtomobilə yükləndiyi yer üzrə Quba rayonunda olan tərəzi qəbzindən görünür ki, yükün ümumi çəkisinin 39920 kq olduğu təsdiqlənmişdir. Burada diqqət edilməli əsas məqam odur ki, avtomobilə yük yükləndikdən sonra çəkilmiş və çəkisinin 39710 kq olduğu müəyyən edilmişdir. Daha sonra həmin yol üzərində Şabran rayonu, Molla Kamallı kəndi ərazisində yerləşən dövlətə məxsus tərəzidən keçmiş və çəkinin guya 43110 kq olduğu qeyd edilmiş, daha sonra yol üzrə 2-ci, ümumiyyətdə isə 3-cü tərəzi olan Giləzi kəndində yerləşən dövlətə məxsus tərazidən yenidən keçmiş və heç bir pozuntunun olmadığı müəyyən edilmişdir. Daha sonra yük Bakı şəhərində boşaldıldığı yer üzrə də çəkilmiş, bu zaman da çəkinin normal olduğu müəyyən edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, yükün avtomobilə yükləndiyi yer üzrə Quba rayonunda olan tərəzi qəbzindən görünür ki, yükün ümumi çəkisinin 39900 kq olduğu təsdiqlənmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istədiyim əsas məqamlardan biri qeyd edilən yükün 4 dəfə ölçüldüyü, 3 dəfə kütlənin normal olduğu, 1 dəfə isə guya artıq olduğu qənaətinə gəlinmişdir. Burada diqqət edilməli əsas məqam odur ki, avtomobilə yük yükləndikdən sonra çəkilmiş və çəkisinin 39900 kq olduğu müəyyən edilmişdir. Daha sonra həmin yol üzərində Şabran rayonu, Molla Kamallı kəndi ərazisində yerləşən dövlətə məxsus tərəzidən keçmiş və heç bir çəki pozuntusunun olmadığı müəyyən edilmiş, daha sonra yol üzrə 2-ci, ümumiyyətdə isə 3-cü tərəzi olan Gilazi kəndində yerləşən dövlətə məxsus tərazidə guya çəkinin 42570 olduğu qeyd edilmişdir. Daha sonra yük Bakı şəhərində boşaldıldığı yer üzrə də çəkilmiş, bu zaman da çəkinin normal olduğu müəyyən edilmişdir. Göründüyü kimi yükün çəkisinin qanunla nəzərdə tutulandan artıq olmasının iddia olunması və bu əsasla cərimə olunmağı tamamilə qanunsuz və əsassızdır. Belə ki, şikayətçi yükü təhvil aldıqdan sonra Bakı şəhərinə yola düşmüş və bu zaman Quba rayonunda yerləşən tərəzi tərəfindən heç bir artıq çəkinin olmadığı müəyyən edilmişdir. Necə olur ki, sonradan digər tərəzi üzrə yükün çox olduğu bildirilir. Bu onu deməyə əsas verir ki, dövlətə məxsus tərəzidə texniki nasazlıq vardır və bu minvalla həmin günü oradan keçən demək olar bütün yük maşınlarını cərimələmişlər. Bütün bunlardan sonra xx.xx.2025-ci il tarixdə müvafiq olaraq Daxili İşlər Nazirliyi və AYNA-ya müraciət edilmiş və 1 ay ərzində bu qədər cərimənin əsassız olaraq yazılmasının səbəbi ilə bağlı maraqlanılmış, lakin heç bir şey edə bilməyəcəklərini, tərəzidə nasazlıq varsa da bunu dəyişə bilməyəcəkləri və hazırda qərarların qüvvədə olduğu, təmin tərazidən yüklə birlikdə təkrar keçməli olduğu bildirilmiş və səhv qəbul edilmişdir. Göründüyü kimi müvafiq orqanların məsələyə gözucu yanaşması, heç bir tədbir görməməsi və araşdırmaq istəməməsi nəticəsində qanunsuz olaraq təkrar təkrar cərimə olunmuşdur. Bütün bu qərarlar barədə şikayətçinin sonuncu cərimə qərarından sonra məlumatı olmuş və qərarların əldə edilməsi ilə bağlı müraciət edib qərarları almışdır. Necə ola bilər ki, dövlətə məxsus ki tərazidən biri çəkinin normal, biri isə artıq olduğu qənaətinə gəlir. Bu səbəbdən kamera görüntüləri araşdırılmalıdır. Bu səbəbdən hesab edir ki, AYNA və DİN-a sorğu verilməli və Quba rayonunda yerləşən tərəzinin qeyd edilən tarixə olan məlumatları və kamera görüntüləri çıxarılmaqla araşdırılmalı, şikayətçiyə məxsus avtomobilin qeyd edilən tarixlərdə Quba rayonunda olan tərəzi üzrə kütlənin artıq gəlib-gəlməməsi dəqiqləşdirilməli, artıq gəlmişsə niyə protokol tərtib edilmədiyi, artıq gəlməmişsə sonrakı tərəzi üzrə niyə çəki xətasının baş verdiyi müəyyən edilməlidir. Hazırda şikayətdə hər 3 qərar barədə məlumat verilməsi onunla bağlıdır ki, göründüyü kimi eyni şəxslə bağlı olan 3 müxtəlif tarixdə dövlət tərəfindən quraşdırılmış elektron tərəzidə nasazlıq olması səbəbindən şəxsin inzibati cərimə edilməsi və bu halların bir biri ilə bağlı olmasıdır. Bu belə göstərir ki, qəbul edilmiş qərarlar əsassızdır. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək onun təmin edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, şikayətçinin izahatını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN BDYPİ-nin EQ 28901552 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 21:37:03-də “DAF FT XF 105.510” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən 1200 manat məbləğində cərimə tətbiq edilmişdir. Baş X7 İdarəsinin elektron portalından çıxarılmış fotoşəkillərdən görünür ki, şikayətçinin idarə etdiyi avtomobillə hərəkətdə olarkən inzibati xəta törətməsi qeydə alınmış, kütlə limiti 40000 kq müəyyən edilməsinə baxmayaraq avtomobilin faktiki kütləsinin 42810 kq olduğu müəyyən edilmişdir. Şikayətçinin təqdim etdiyi tərəzi qəbzindən görünür ki, şikayətçinin idarə etdiyi avtomobilin xx.xx.2025-ci il tarixdə, saat 22:53:24-də çəkisi ölçülmüş brutto çəkinin 39940 kq olduğu müəyyən edilmişdir. Təqdim edilən AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Metrologiya İnstitutu PHŞ tərəfindən təqdim edilmiş ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin surətindən görünür ki, elektron avtomobil tərəzisi xx.xx.2024-cü il tarixdə yoxlamadan keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə-fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. 353.5-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, DİN BDYPİ-nin EQ 28901552 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 21:37:03-də “DAF FT XF 105.510” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən 1200 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı şikayətçinin təqdim etdiyi sənədlərlə müəyyən edilmişdir ki, şikayətçi idarə etdiyi avtomobillə yola çıxmazdan əvvəl sertifikasiyadan keçmiş elektron tərəziyə çıxmış, bu zaman yüklə dolu avtomobilin çəkisinin 39940 kq olduğu müəyyən edilmişdir. Daha sonra şikayətçinin idarə etdiyi avtomobil Xızı rayonu, Giləzi kəndində polis orqanına məxsus tərəzidə çəkilmiş və nəqliyyat vasitəsinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşdığı müəyyən edilmişdir. Məhkəmə təqdim edilən sənədləri araşdıraraq hesab edir ki, nə qədər ki, şikayətçi tərəfindən təqdim edilən qəbzlə şikayətçinin idarə etdiyi nəqliyyat vasitəsinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaması və elektron tərəzinin sertifikasiyadan keçməsi halı müəyyən edilmişdir, səlahiyyətli orqan tərəfindən də həmin quruma məxsus tərəzi barədə sənədlər və müvafiq şəhadətnamə məhkəməyə təqdim edilməmişdir, məhkəmə hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, DİN BDYPİ-nin EQ 28901552 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından X3 verdiyi şikayəti təmin edilməli, barəsində DİN BDYPİ tərəfindən qəbul edilmiş EQ 28901552 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. DİN BDYPİ-nin EQ 28901552 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-7157/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7157/2025
29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver