Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-721/2024 29.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 21 dekabr 2023-cü il tarixli, 01400-10001/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Xaçmaz Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-33-/3-1- 008443/2023 saylı raportunda qeyd olunanlarla bağlı aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Şəxs (VÖEN: **********) tərəfindən **********1017 nömrəli xx.xx.2023-cü il tarixli, **********1594 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 3889,89 ABŞ dolları (6612,81 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi X2 bildirmişdir ki, **********1017 nömrəli xx.xx.2023-cü il tarixli və **********1594 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri üzrə qalıq məbləğ olan 3889,89 ABŞ dolları (6612,81 manat) xx.xx.2023-cü il tarixində Şəxs "xxxx" ASC-də olan AZN hesabına daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə protokol tərtib edən orqana və barəsində protokol tərtib edilmiş hüquqi şəxsə məlumat verilmiş olsa da, tərəflər məhkəməyə gəlməmişlər. Məhkəmə inzibati işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs tərəfindən bəyan edilən gömrük bəyannaməsi ümumilikdə 3889,89 ABŞ dolları təşkil edir. 21 dekabr 2023-cü il tarixli, 01400-10001/23 nömrəli protokoldan görünür ki, Xaçmaz Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-33-/3-1- 008443/2023 saylı raportunda qeyd olunanlarla bağlı aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Şəxs (VÖEN: **********) tərəfindən **********1017 nömrəli xx.xx.2023-cü il tarixli, **********1594 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 3889,89 ABŞ dolları (6612,81 manat) məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. **********1017 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, 16600 ABŞ dolları məbləğində olan kartof məhsulu ölkə xaricinə göndərilmişdir. **********1594 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, 16600 ABŞ dolları məbləğində olan kartof məhsulu ölkə xaricinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən AZAQRO HOLDİNQ» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 bildirmişdir ki, **********1017 nömrəli xx.xx.2023-cü il tarixli və **********1594 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri üzrə qalıq məbləğ olan 3889,89 ABŞ dolları (6612,81 manat) xx.xx.2023-cü il tarixində AZAQRO HOLDİNQ” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" ASC-də olan AZN hesabına daxil olmuşdur və bank cıxarışı təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edil 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, **********1017 nömrəli xx.xx.2023-cü il tarixli və **********1594 nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri üzrə qalıq məbləğ olan 3889,89 ABŞ dolları (6612,81 manat) xx.xx.2023-cü il tarixində AZAQRO HOLDİNQ” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" ASC-də olan AZN hesabına daxil olmuşdur və bank cıxarışı təqdim edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-721/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-721/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver