Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-722/2024 07.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 25 dekabr 2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33-/3-1-007110/2023 nömrəli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, Türkiyə Respublikasının “Borusan Makina və X5 və Tic. A.Ş” şirkətindən gələn ümumi brutto çəkisi 26211 kq, yer sayı 12 olan “nasos qurğusu ücün dizel mühərrikləri” adlı yük Qazaxıstan Respublikasının “KazPetroDrillinq JSC” şirkətinə göndərilməsi ücün “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postuna gəlmişdir. Şəxs MMC tərəfindən həmin yüklə bağlı xx.xx.2023-cü il tarixində **********3244 və **********3249 sorğu nömrəli gömrük bəyannamələri tərtib olunduğu zaman, yükün invoys dəyəri hər bir bəyannamədə 594600.0 ABŞ dolları qeyd olunmuş, həmçinin göstərilən hesab faktura sənədində isə ixracatçı adının giriş bəyannamələrində bəyan edilənlərdən fərqli olaraq “X3” kimi yazılmışdır. Lakin sözügedən yük Türkiyə Respublikasından gələn zaman, xx.xx.2023cü il tarixində **********0306 və **********0314 sorğu nömrəli gömrük bəyannamələri tərtib olunmuş, həmin bəyannamələrdə yükün invoys dəyəri müvafiq olaraq 474000,0 Avro və 711000,0 Avro qevd olunmuşdur. Həmçinin, ölkəyə giriş edən zaman tərtib olunan gömrük bəyannamələrində bəyan edilmiş xx.xx.2023-cü il tarixli BR**********3186 və BR**********3187 nömrəli hesab-faktura sənədləri ilə gəmiyə yükləmə zamanı təqdim olunan xx.xx.2023-cü il tarixli “KSG-0011-23” nömrəli və “KSG-0012-23” nömrəli hesab-faktura sənədlərindəki invoys dəyəri arasında fərq olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin və Şəxs səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlərdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin və Şəxs səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli rapotrdan görünür ki, xx.xx.2023-cü il tarixində, Türkiyə Respublikasından Qazaxıstan Respublikasına “Azərbaycan" gəmisi ilə tranzit xüsusi gömrük prosedurunda gedən ümumi brutto çəkisi 26211 kq, yer sayı 12 olan “nasos qurğusu üçün dizel mühərrikləri” adlı yük daxil olmuşdur. Həmin yükün “Beynəlxalq Dəniz Ticarət Umam’’ gömrük postunda VAİS-də gəmiyə yüklənməsi zamanı giriş gömrük postunda təqdim edilmiş sənədlər və ölkəyə giriş edən zaman yazılan **********0306 və **********0314 sorğu nömrəli gömrük bəyannamələrində bəyan edilmiş hesab-faktura sənədləri ilə gəmiyə yükləmə zamanı təqdim olunan hesab-faktura sənədlərindəki dəyər arasında fərqin yarandığı və hesab-faktura sənədində ixracatçının “Borusan Makina ve Güç" olduğu, gəmiyə yüklənən zaman "xxxx" MMC tərəfindən təqdim edilmiş **********3244 və **********3249 sorğu nömrəli gömrük bəyannamələrində göstərilən hesab- faktura sənədində isə ixracatçı adının giriş bəyannamələrində bəyan edilənlərdən fərqli olaraq “X3” olduğu aşkar olunmuşdur; Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat İdarəsi, Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X1 tərəfindən tərtib edilmiş İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 25 dekabr 2023-cü il tarixli, EP ******* nömrəli protokoldan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33-/3-1-007110/2023 nömrəli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, Türkiyə Respublikasının “Borusan Makina və X5 və Tic. A.Ş” şirkətindən gələn ümumi brutto çəkisi 26211 kq, yer sayı 12 olan “nasos qurğusu ücün dizel mühərrikləri” adlı yük Qazaxıstan Respublikasının “KazPetroDrillinq JSC” şirkətinə göndərilməsi ücün “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postuna gəlmişdir. Şəxs MMC tərəfindən həmin yüklə bağlı xx.xx.2023-cü il tarixində **********3244 və **********3249 sorğu nömrəli gömrük bəyannamələri tərtib olunduğu zaman, yükün invoys dəyəri hər bir bəyannamədə 594600.0 ABŞ dolları qeyd olunmuş, həmçinin göstərilən hesab faktura sənədində isə ixracatçı adının giriş bəyannamələrində bəyan edilənlərdən fərqli olaraq “X3” kimi yazılmışdır. Lakin sözügedən yük Türkiyə Respublikasından gələn zaman, xx.xx.2023-cü il tarixində **********0306 və **********0314 sorğu nömrəli gömrük bəyannamələri tərtib olunmuş, həmin bəyannamələrdə yükün invoys dəyəri müvafiq olaraq 474000,0 Avro və 711000,0 Avro qevd olunmuşdur. Həmçinin, ölkəyə giriş edən zaman tərtib olunan gömrük bəyannamələrində bəyan edilmiş xx.xx.2023-cü il tarixli BR**********3186 və BR**********3187 nömrəli hesab-faktura sənədləri ilə gəmiyə yükləmə zamanı təqdim olunan xx.xx.2023-cü il tarixli “KSG-0011-23” nömrəli və “KSG-0012- 23” nömrəli hesab-faktura sənədlərindəki invoys dəyəri arasında fərq olduğu müəyyən olunmuşdur. **********0306, **********0314, **********3244 və **********3249 sorğu nömrəli gömrük bəyannamələr ilə inzibati xətanın mövcudluğu bir daha təsdiq olunur. Şəxs direktoru X2 inzibati xəta haqqında protokolda olan izahatından görünür ki, qeyd edilən inzibati xəta “X3” şirkətinin təqdim etdiyi sənədlər səbəbindən törədilmişdir. Qanun pozuntusunu etdiklərini etiraf edirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-722/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-722/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver