Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-724/2024 22.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, İmişli rayonu, Hacalmuradlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5806/2018 nömrəli, xx.xx.2018-ci il tarixli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-616/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Məmmədov Xatir tərəfindən MN ******* nömrəli, 22 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5806/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-616/2011 nömrəli xx.xx.2011-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq, hər ay 155 (yüz əlli beş) manat sabit pul məbləğində müəyyən edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-5806/2018 saylı qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq cavabdeh Şəxs tutularaq iddiaçı X4 ödənilməlidir. Borcluya icra sənədlərinin icra edilməsi təklif olunmuş, lakin onun imkanı olmadığından ödəniş edə bilməmişdir. Bununla da borclu icra sənədləri üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. 22 fevral 2024-cü il tarixə kimi Şəxs icra sənədi üzrə 10520 manat aliment borcları yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, icra sənədləri üzrə 10520 manat aliment borcu yaranmışdır. İmkanı olmadığından borclarını ödəyə bilməmişdir. Qalan borcunu ödəməyəcəyini bildirmişdir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5806/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-616/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq, hər ay 155 (yüz əlli beş) manat sabit pul məbləğində müəyyən edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5806/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq Şəxs tutularaq ona ödənilməlidir. O, borcun hissə-hissə ödənilməsinə razı deyil və Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 616/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2007-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Şəxs 100 (yüz) manat sabit pul məbləğində aliment tutulub X4 verilməlidir. Alimentin tutulması 06 dekabr 2010-cu il tarixdən hesablanmalıdır. İş materialında olan Xətai Rayon İcra Şöbəsinin 22 avqust 2012-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından göründüyü kimi borclu Şəxs 10 gün müddətində icra sənədinin könüllü icra olunması üçün vaxt verilmişdir. İş materialında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5806/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-616/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq, hər ay 155 (yüz əlli beş) manat sabit pul məbləğində müəyyən edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5806/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldığı gündən başlayaraq cavabdeh Şəxs tutularaq iddiaçı X4 ödənilməlidir. İş materiallarında olan 26 sentyabr 2014-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, İmişli rayonu, Hacımurad kəndi ünvanında qeydiyyatda olan xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materialında olan İmişli rayon İcra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan göründüyü kimi borclu Şəxs 10 gün müddətində icra sənədinin könüllü icra olunması üçün vaxt verilmişdir. İş materialında olan İmişli rayon İcra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən göründüyü kimi, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. İş materiallarında olan 16 may 2019-cu il tarixli icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-5806/2018 saylı 03 iyul 2018-ci il tarixli icra sənədi icra edilməsi üçün aidiyyəti üzrə Bakı şəhər Xətai rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İş materialında olan Xətai rayon İcra və probasiya şöbəsinin 31 may 2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişdən göründüyü kimi, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. İş materiallarında olan 08 avqust 2019-cu il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu, xx.xx.1977-ci il təvəllüdlü, İmişli rayonu, Hacımuradlı kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Hüquqlarının və X6 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, Şəxs nəinki məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğdə, hətta daha az - maddi imkanı çata biləcəyi məbləğdə belə ödəniş etməmişdir. Bu, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 22 fevral 2024-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-724/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-724/2024
22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver