Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-732/2025 30.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X4 Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə ona məxsus olan həyət evinin önündə dayanaraq siqaret çəkirdi. Ətrafda heç kim yox idi. Həmin vaxt tanımadığı bir maşın saxlamış və ona bildirmişdir ki, ona 50 manat versin. O, səbəbini soruşduqda ona bildirmişdir ki, sahə rəisidir ya 50 manat versin, ya da onu 300 manat cərimə edəcək gedib ödəsin. O, belə düşünür ki, ictimai və ya qapalı yerdə siqaret çəkərək heç kim onun sağlamlığına ziyan vurmamışdır. Heç bir sübut və fakt olmadan qərəzli olaraq onun barəsində protokol tərtib edilmişdir. Qanunvericiliyin tələbinə əsasən yalnız ictimai yerdə və qapalı məkanda siqaret çəkmək qadağandır. Hesab edir ki, o, sahə rəisi X5 50 manat vermədiyi üçün ona qarşı qərəzli münasibətdə olmuşdur. Bu da onun hüquqlarının kobud formada pozulması deməkdir. Məhkəmə iclasında X6 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək barəsində Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EPQ seriyalı ******* saylı inzibati məsuliyyətə cəlb edilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, hadisə baş vermiş yer onun yaşadığı ünvanın qarşısıdır və tərəfindən küçəyə siqaret tullantısı atılmamışdır. Sadəcə olaraq o, ağacın dibində yer düzəldərək çəkdiyi siqareti oraya atmışdır. Buna baxmayaraq barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin polis sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 212.4-cü maddəsində nəzərdə tutulan tütün məmulatları tullantılarının ətraf mühitə atılması inzibati xətasını törətmişdir. Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin rəisi X10 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EPQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixində, saat 15:49-da Azərbaycan Respublikası İXM-nin 212.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsas gətirilərək barəsində 300 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 212.4-cü maddəsinə əsasən tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə - üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2025-ci il tarixində, saat 15:49-da tütün məmulatları tullantılarını ətraf mühitə atması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 212.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 300 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X2 məhkəmə iclasında verdiyi izahatında hadisə baş vermiş yerin onun yaşadığı ünvanın qarşısı olmasını, tərəfindən küçəyə siqaret tullantısı atılmadığını, sadəcə olaraq ağacın dibində yer düzəldərək çəkdiyi siqareti oraya atdığını, barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 01 ədəd diskdə olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, X3 Naximov 35 ünvanında tütün məmulatları tullantılarını ağacın dibinə ataraq əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətanı törətmişdir. Məhkəmə həmçinin qeyd edir ki, X6 məhkəmə iclasında verdiyi izahatında hadisənin baş verdiyi 10 yanvar 2025-ci il tarixdə ağacın dibinə sigaret kötüyü atdığını etiraf etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, X4 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, EPQ seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-732/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-732/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver