Məhkəmə qərarları › İş №3(011)-7433/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7433/2025

12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7433/2025 12.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsayılov Emin Əli oğlunun katibliyi, Şikayət vermiş şəxs X3, Bakı şəhəri X8 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 barəsində DİN Baş X8i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X5 şikayətlə məhkəməyə müraciət edərək Baş X8i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X5 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi **-YH-*** dövlət qeydiyyat nişanlı, "Hyundai Avante" markalı avtomobili ilə Mərdanov qardaşları küçələrinin kəsişməsində YPX əməkdaşı onun idarə etdiyi avtomobili saxlayaraq qəza şəraiti yaratdığını və başqa maşınlara mane törətdiyini bildirdi. O bir vətəndaş kimi qanuni şəkildə bunu etmədiyini, əgər etmişsə bununla bağlı görüntünü təqdim etməklərin xahiş etsə də, ona yüksək səslə "görüntü yoxdu mən görmüşəm bəsdir!!" demişdir. Daha sonra sakit səs tonuyla ona təkrar qanuni şəkildə xahiş edərək görüntünü təqdim etməsini və qanuni şəkildə protokolun tərtib edilməsini xahiş etmiş. Polis əməkdaşı qanunsuz əməllərini davam edərək öz dediklərini sübut etməyərək əməllərinə davam etmişdir. Dava sonra onu hədəliyərək "sənin 17 balın var gəl sənə 100 manat 3 bal yazım pravan lişeniyaya getsin hər cəriməyə düşəndə 400 manat cərimə gəlsin ağlın başına gəlsin" deyərək onu İXM-nin 327.2-ci maddəsiylə protokol tərtib edərək qanunsuz cərimələmiş və idarə etdiyi avtomobili duracağa yerləşdirmişdir. Polis əməkdaşının qanunsuz tərtib etdiyi qərarda göstərilən hadisədən ümumiyyətlə xəbəri yoxdur. (özü bunu bilərək etmişdir) Məhkəmə araşdırması zamanı izahat verən şikayətçi şikayətin məzmununa uyğun izahat verərək görüntünün doğru olmasını, sadəcə olaraq TŞ kamerasının nömrəsinin doğru olmadığını və fərqli əraziyə məxsus TŞ olmasını bildirərək ərizəni müdafiə edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Bakı şəhəri X8 İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin əsassız olduğunu, şikayətçi tərəfindən inzibati xətaya yol verildiyini bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN Baş X8i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X5 “Hyundai Avante” minik markalı **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə saat 10:00-da Mərdanov qardaşları küçələrinin kəsişməsində yolayrıcını keçmə qaydalarını pozması aşkar edilmiş, bu məcəllənin 327.1-1, 327.1-2, 327.2-327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 343-1.1 və 346.2-346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.7-ci maddələrilə inzibati xəta törətdiyinə görə barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Baş X8i İdarəsinin sistemindən əldə edilmiş TŞ görüntüləri ilə müəyyən edilir ki, X4 məxsus “Hyundai Avante” minik markalı **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə saat 10:00-da Mərdanov qardaşları küçələrinin kəsişməsində yolayrıcını keçmə qaydalarını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 327.2.-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. 327.7. Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır Məhkəmə araşdırması zamanı səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə istinad olunan yolda yolayrıcı keçmə qaydalarının pozuntusunu əks etdirən görüntüləri məhkəməyə təqdim etmişdir. Təqdim edilmiş videogörüntüyə tərəflərin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Əliyev Tanrıverdi X2 “Hyundai Avante” minik markalı **-YH-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə saat 10:00-da Mərdanov qardaşları küçələrinin kəsişməsində yolayrıcını keçmə qaydalarını pozmuşdur. Odur ki, DİN Baş X8i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X3 şikayəti təmin edilməsin. DİN Baş X8i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar