Məhkəmə qərarları › İş №3(011)-747/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-747/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-747/2024 05.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, X6 iclas katibliyi, X1 iştirakı ilə, X1 Baş X13 İdarəsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində çıxarılmış xx.xx.2024cü il tarixli İXP ******* saylı protokol əsasında, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında TP ******* saylı qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri DYPİ-nin İXP ******* saylı protokoluna əsasən onun barəsində TP ******* saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 342.6-cı və 332.3-cü maddəsinə əsasən 300 manat məbləğində cərimə edilmişdir. Xətai rayon Məhkəməsinin 3(011)-2259/2019-cu il saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Sonradan o, 2021-ci ildə həmin cəriməni tam ödədikdən sonra Xətai Rayon Məhkəməsinə vəsatətlə müraciət edərək Xətai rayon Məhkəməsinin 3(011)-2259/2019-cu il saylı xx.xx.2019-cu il tarixli qərarına xitam veriləsini məhkəmədən xahiş etmişdir. Xətai rayon Məhkəməsinin 3(011)-2259/2019-cu il saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən Xətai rayon Məhkəməsinin 3(011)-2259/2019cu il saylı xx.xx.2019-cu il tarixli qərarına xitam verilmişdir. Həmin vaxt qərarı Baş Dövlət Yol Polis İdarəsinə təqdim etmək üçün Məhkəmədən götürərək Baş Dövlət Yol Polis İdarəsinə təqdim etmişdir. Həmin sənədi Baş Dövlət Yol Polis İdarəsinə təqdim etsə də hal-hazıradək nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına xitam verilməmişdir. Xətai rayon Məhkəməsinin 3(011)-2259/2019-cu il saylı xx.xx.2021-ci il tarixli qərarı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən icra edilmədiyindən Bakı şəhəri DYPİnin TP ******* saylı xx.xx.2024-cü il tarixli qərarı ilə 300 manat məbləğində cərimə edilmişdir. Həmin qərar tam əsassızdır. Məhkəmə iclasında X2 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, avtomobili idarə edərkən ümumiyyətlə telefonla danışmamışdır. Yol polisi onun sərxoşluğunu yoxlamaq üçün saxlamışdır, lakin sonra demişdir ki, sürücülük hüququ yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X13 İdarəsinin polis baş leytenantı X9 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə, saat 01:00-da Bakı ərazisində “LİNCOLN MKZ HYBRİD” minik markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.6 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhər X13 İdarəsinin polis mayoru X7 tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə, saat 01:00-da Bakı ərazisində “LİNCOLN MKZ HYBRİD” minik markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəaliyyat vasitəsinin idarə edilməsi nəticəsində X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.6 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 300 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 yanvar 2021-ci il tarixli, 3(011)-2259/2019 saylı qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2259/2019 saylı 18 noyabr 2019-cu il tarixli qərarına xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir; 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir; 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə - əlli manat məbləğində cərimə edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı qərar ləğv edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 yanvar 2021ci il tarixli, 3(011)-2259/2019 saylı qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXMnin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2259/2019 saylı 18 noyabr 2019-cu il tarixli qərarına xitam verilməsi qərara alınmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105.1-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Baş X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı qərar ləğv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar