Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-7479/2025 01.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyev Məhərrəm Hüseyn oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2 və 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş 28 avqust 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs 27 avqust 2025-ci il tarixdə saat 05:16-da idarə etdiyi «Changan Qiyuan A 05 Plug-İN hibrid» minik markalı, **- VZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən YPX-nin əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi məlum olmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2 və 327.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X6 protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs 27 avqust 2025-ci il tarixdə «Changan Qiyuan A 05 Plug-İN hibrid» minik markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən inspektorlar tərəfindən saxlanılmış və yoxlanış zamanı sürücünün spirtli içki qəbul etdiyi aşkar edilmişdir. Həkim yoxlanışından keçmiş və sərxoş halda olduğu təsdiqlənmişdir. Bundan sonra barəsində protokol tərtib edilmişdir. Şəxs inzibati xətanı bir il ərzində təkrar törətmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında göstərmişdir ki, avtomobili idarə etməmişdir. Parklama üçün yer olmadığına görə yaxınlıqdakı kafedə oturmuş, kafenin işçiləri yolun digər tərəfində parklama üçün yer olduğunu demiş, avtomobili parklamaq üçün idarə etmişdir. Bu zaman polis əməkdaşları yaxınlaşmış və sərxoş vəziyyətdə olduğunu demişlər. Yoxlanışa getmişlər və sərxoş olduğu müəyyən edilmişdir. Himayəsində iki uşağının olduğunu nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan 28 avqust 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 avqust 2025-ci il tarixdə saat 05:16-da idarə etdiyi «Changan Qiyuan A 05 Plug-İN hibrid» minik markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2 və 327.1-ci maddələrində nəzərdə tutulan hallara yol vermişdir. İş materiallarında olan 01 noyabr 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30 oktyabr 2024-cü il tarixdə saat 02:30-da idarə etdiyi «KİA CERATO» minik markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 329.1ci maddələrində nəzərdə tutulan hallara yol vermişdir. İş materiallarında olan Bakı şəhər DYPİ-nin 17 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli qərarından görünür ki, Şəxs 30 oktyabr 2024-cü il tarixdə saat 02:30-da Bakı ş, Heydər Əliyev pr, 477 ünvanında «KİA CERATO» minik markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 329.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmiş və 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, № 2/2085 sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs həmin gün alkoqolun miqdarı 0,380 % promil həddində müəyyən olunmuşdur. Sərxoşluq vəziyyəti-yüngül olmmuşdur. İş materialların əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs iki uşağı var: xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə- nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli 27 iyun 2014-cü il tarixli qərarının 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promil və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab olunur. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və sərxoşluq vəziyyətinin tibbi müayinə aktı ilə və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdir halın müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Lakin araşdırma zamanı müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün protokolun surəti Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün protokolun surəti Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-7479/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-7479/2025
01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver