Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-748/2024 06.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Əliyeva Nailə Namiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin vəkili Nümayəndə iştirakı ilə Hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında materialdan görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixli **********1613 sorğu nömrəli gömrük bəyannaməsi invoys dəyəri 10281 ABŞ dolları (ümumi gömrük dəyəri 19517,70 AZN, netto çəkisi 108 kq) olan “süni radioaktiv izotoplar, İR-192 radioaktiv mənbə” müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Yükün müvəqqəti idxal müddəti xx.xx.2023-cü il tarixdə bitmiş, lakin "xxxx" MMC tərəfindən müvəqqəti idxal müddəti ərzində yükün Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük proseduruna rəsmiləşdirilməsi barədə gömrük orqanına müraciət edilməmişdir. Araşdırma zamanı "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X1 Nəqliyyatında Baş Gömrük İdarəsinə dəvət edilmiş və təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilmiş yükün ölkə ərazisindən geri aparılması dörd ay müddətinədək gecikdirilmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də "xxxx" MMC barəsində 22 dekabr 2023-cü il tarixli 00800-00999/23 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Nümayəndə məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, protokol ilə qismən razıdır, məhsul utilizasiya etmək üçün müvəqqəti idxal deyil idxal olunmalıdır. Onlardan həmin malların geri qaytarılmasını tələb edirlər. Belə vəziyyətdə reaktiv materialları qaytara bilmirlər. Köhnə məhsul yeni məhsulun radiasiya əleyhinə qablarında qaytarılır. Yeni məhsul daxil olmadığı üçün köhnəni qaytarmaq mümkün olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsinin tərkibi vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinə göndərilən 11 dekabr 2023-cü il tarixli 3-33-/3-1-035617/2023 nömrəli raportdan görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixdə təqdim olunmuş **********1613 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 19517,70 AZN, netto çəki 108.00kq) mallar mallar müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Malların müvəqqəti idxal müddəti xx.xx.2023-cü il tarixdə bitməsinə baxmayaraq, "Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli, 245 nömrəli Qərarının 6.3cü bəndinə uyğun olaraq müvəqqəti idxal müddətinin uzadılması üçün müraciət edilməmiş və ya 6.8-ci bəndinə uyğun olaraq həmin mallar təkrar ixrac edilməmiş və ya digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, araşdırma aparılması üçün Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə göstəriş verilməsi xahiş olunur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən "CN Co.LTD” MMC-yə göndərilən 13 dekabr 2023-cü il tarixli 3-33- 3100/2-006185/2023 nömrəli məktubundan görünür ki, "CN Co.LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2019-cu il tarixli **********1613 sorğu nömrəli gömrük bəyannaməsi ilə ümumi gömrük dəyəri 19517.70 manat olan, netto çəkisi 108 kq olan müxtəlif adlı yüklər müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Yükün müvəqqəti idxalda olma müddəti xx.xx.2023-cü il tarixdə bitməsinə baxmayaraq "Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli, 245 nömrəli Qərarının 6.3-cü bəndinə uyğun olaraq müvəqqəti idxal müddətinin uzadılması üçün müraciət edilməmiş və ya 6.8-ci bəndinə uyğun olaraq həmin mallar təkrar ixrac edilməmiş və ya digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Qeyd olunan faktla bağlı Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsində araşdırma aparılır. Müvəqqəti idxalda olan malların müəyyən olunmuş müddət ərzində təkrar ixrac olunmaması və ya digər gömrük proseduru altında rəsmiləşdirilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyət müəyyən olunmuşdur. Odur ki, araşdırma ilə əlaqədar "xxxx" MMC tərəfindən təyin olunmuş səlahiyyətli nümayəndəsinin izahat vermək üçün xx.xx.2023-ci il tarixdə, saat 10:00-da Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinə gəlməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 06 oktyabr 2023-cü il tarixli, 01070 №-li xüsusi icazədən görünür ki, "xxxx" MMC-nin ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlama məntəqələrinin istismarını həyata keçirməyə icazə verilmişdir. Xüsusi icazənin qüvvədə olduğu müddət 3 ildir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 06 oktyabr 2023-cü il tarixli, 01071 №-li xüsusi icazədən görünür ki, "xxxx" MMC-nin ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlama məntəqələrinin istismarını həyata keçirməyə icazə verilmişdir. Xüsusi icazənin qüvvədə olduğu müddət 3 ildir. 22 dekabr 2023-cü il tarixli 00800-00999/23 saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixli **********1613 sorğu nömrəli gömrük bəyannaməsi invoys dəyəri 10281 ABŞ dolları (ümumi gömrük dəyəri 19517,70 AZN, netto çəkisi 108 kq) olan “süni radioaktiv izotoplar, İR-192 radioaktiv mənbə” müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Yükün müvəqqəti idxal müddəti xx.xx.2023-cü il tarixdə bitmiş, lakin "xxxx" MMC tərəfindən müvəqqəti idxal müddəti ərzində yükün Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük proseduruna rəsmiləşdirilməsi barədə gömrük orqanına müraciət edilməmişdir. Araşdırma zamanı "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi X1 Nəqliyyatında Baş Gömrük İdarəsinə dəvət edilmiş və təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilmiş yükün ölkə ərazisindən geri aparılması dörd ay müddətinədək gecikdirilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.12-ci maddəsinə əsasən həmin Məcəllənin 231.1, 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixli 244 nörməli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. 3.2. Bu Qaydaların 3.1-ci bəndində göstərilən müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 499.1.4-cü maddəsinə əsasən, üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir. 7.3-cü maddəsinə əsasən, hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.2-ci maddəsinə əsasən, gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməli, cərimənin məbləği ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 10281 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 2056,2 (iki min əlli altı dollar iyirmi sent) ABŞ dolları məbləğində (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-748/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-748/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver