Məhkəmə qərarları › İş №3(011)-75/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-75/2023

31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-75/2023 31.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, X1 nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər idarəsinin böyük məsləhətçisi X9 iştirakları ilə, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin rəis müavini X23 tərəfindən qəbul edilmiş MN1292255 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X23 tərəfindən qəbul edilmiş MN1292255 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, AR ƏƏSMN yanında X20 Xidmətinin Bakı səhər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqinda qərar qəbul edilmişdir. O, Bakı mexaniki Təmir" ASC-nin idarə heyətinin sədri olaraq (vəzifəli şəxs kimi) müəssisənin özəlləşdirilməsindən əvvəl işçisi olmuş X12 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi əsasında 1400 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin "Tikinti Kopleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında" 2 dekabr 1997-ci tarixli Fərmanının icrası məqsədi ilə AR Dövlət Əmlak Komitəsinin 1503 saylı 16 noyabr 1998-ci il tarixli Sərəncamı ilə özəlləşdirmə həyata keçirilərək xx.xx.2002-ci il tarixində Bakı şəhəri İcra Hakimiyyətinin tabeliyində olan və Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin ünvan 1 ünvanda yerləşən Mexaniki Təmir zavodunun bazasında "Bakı-Mexaniki-Təmir” Açıq tipli səhmdar cəmiyyəti yaradılmışdır. Özəlləşdirmə planında (emissiya prospektində) Əliyev Mirǝzağa Ağa oğlu barədə hər hansı qeyd olmamışdır. Həmin şəxs heç sonradan da onlara hər hansı sənədlər təqdim etməmişdir. AR ƏƏSMN yanında DƏMX Bakı şəhər İdarəsi barəsində protokol tərtib edib inzibati qərar qəbul edərkən obyektiv araşdırma aparmamış, əməldə təqsirinin və inzibati xəta tərkibinin olub-olmamasına düzgün qiymət verməmiş, qüvvədə olan qanunvericilik normalarını nəzərə almamış, nəticədə barəsində tamamilə qanunsuz qərar qəbul etmişdir. İnzibati orqan qərarını onunla əsaslandırılmışdır ki, vətəndaş Əliyev Mirzǝağa Ağa oğlunun istehsalatda bədbəxt hadisə nəticəsində əmək xəsarəti ilə əlaqədar zǝrǝrǝ görə ödənci 2019-cu ilin sentyabr ayından qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanıb ödənilməmişdir. Özəlləşdirmə ilə bağlı AR Dövlət Əmlak Komitəsi tətrib edilmiş Özəlləşdirmə planında (emissiya prospektində) Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin ünvan 3 ünvanda yerləşən Mexaniki Təmir zavodunun mövcud və keçmiş bütün işçiləri və onların qarşısındakı öhdəlikləri barədə məlumatlar əks olunsa da X24 barədə hər hansı qeyd olmamışdır. Müəssisə Özəlləşdirmə planında (emissiya prospektində) adı keçən bütün şəxslər qarşısında öhdəliklərini tam şəkildə icra etməkdədir. Müəssisənin özəlləşdirilməsinə AR Dövlət Əmlak Komitəsinin 16 noyabr 1998-ci il tarixli Sərəncamı ilə başlanılmış xx.xx.2002-ci il tarixində isə özəlləşdirmə prosessi yekunlaşmışdır. Məlum olduğu kimi özəlləşdirmə prosessinin davam etdiyi dövr üçün və özəlləşdirmə başa çatdıqdan sonra istehalda bədbəxt hadisə nəticəsində əmək xəsarəti ilə əlaqədar zǝrǝrǝ görə ödənc (müavinət) dövlət vəsaiti hesabına verilir. Həmin şəxsə özəlləşdirmə dövrü üçün nə də ondan sonrakı dövr üçün aylıq ödǝnc(müavinət) verilməsi barədə onlara hər hansı dövlət orqanı tərəfindən məlumat daxil olmamışdır. Əgər şəxsin belə bir tanınmış hüququ olsa idi bu məlumat dövlət orqanı tərəfindən onlara təqdim edilməli və icrasına nəzarət edilməli idi. Məlumatı olmayan və qarşısında öhdəlik daşıdığına dair hər hansı sübut olmadan inzibati məsuliyyətə cəlb edilməsi inzibati orqan tərəfindən onun hüquqlarının kobud şəkildə pozulmasıdır. Göstərilənləri nəzərə alaraq AR ƏƏSMN yanında X20 Xidmətinin Bakı səhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X5 nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəməyə vermiş olduğu izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği” əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 269-cu maddəsinin 5-ci bəndinə əsasən bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. “Bakı Mexaniki Təmir Zavodu” özəlləşdirilərkən X13 adı nə işçilər siyahısında olub, nə də məhkəməyə təqdim etmiş olduğumuz sənədlər siyahısında müəssisə üçün belə öhdəlik müəyyən edilməmişdir. Bundan əlavə özəlləşdirmədən sonra hər hansısa bir dövlət orqanı tərəfindən müəssisəyə belə öhdəliyinin olması ilə bağlı məktub daxil olmamışdır. Bundan əlavə X25 ona 2019-cu ilin sentyabr ayınadək ödənişlərin edildiyini bildirmiş, lakin həmin ödənişlərin həqiqətən edilməsi ilə bağlı heç bir sənəd təqdim etməmişdir. X25 əlilliyə görə əmək pensiyası almaq üçün “DOST” mərkəzinə müraciət etməli və qanunla müəyyən edilmiş qaydada ona dövlət hesabına müavinət verilməli idi. Göstərilənləri nəzərə alaraq xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraatın xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X20 Xidmətinin Bakı şəhər idarəsinin böyük məsləhətçisi X17 məhkəməyə vermiş olduğu izahatında bildirmişdir ki, X7 barəsində qəbul edlmiş protokol əsaslıdır. Belə ki, X3 Təmir zavodunda işləmişdir. 16 sentyabr 1998-ci il sərəncamla həmin zavodun bazasında "xxxx" ASC yaradılmışdır. X25 xx.xx.1965-ci il tarixdə istehsaltda aldığı bədbəxt hadisə zamanı aldığı xəsarət nəticəsində sağ əl barmaqlarını itirmişdir. 1970-ci il tarixində X15 Komissiysaının verdiyi arayışda əmək qabiliyyətinin 60%-ni itirdiyi göstərilmişdir. 26 fevral 1970-ci il tarixli protokoldan görünür ki, bədbəxt hadisə ilə əlaqədar təqsirin 75%-nin zavod adminstrasiyasının üzərinə düşdüyü qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışa əsasən X10 əlin İİ barmağının 1,5 barmaq sümüyünün, İİİ-İV-V barmaqlarının iki barmaq sümüklərinin travmatik amputasiyası və İ barmağının əsas barmaq sümüklərinin kontrakturası, tutma funksiyasının pozulmasına görə müddətsiz olaraq İİİ qrup əlillik müəyyən edilmişdir. X18 2019-cu ilin sentyabr ayınadək ödənişlərin edilməsi ilə bağlı heç bir sənəd təqdim edə bilmədiklərini, sadəcə sonuncunun izahatı əsasında iş üzrə icraatın açıldığını bildirmişdir. Göstərilənlərə əsasən "xxxx" ASC Mexaniki Təmir Zavodunun hüquqi varisi olduğundan və X13 istehsalatda bədbəxt hadisə nəticəsində əmək xəsarəti ilə əlaqədar 2019-cu ilin sentyabr ayından zərərə görə ödənci ödənmədiyindən X7 qanuna müvafiq olaraq cərimə edilmişdir. Göstərilənlərə əsasən 26 dekabr 2022-ci il tarixli, MN1292255 saylı qərarın qanuni hesab edilməsi və dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin rəisi X23 tərəfindən inzibati tənbeh vermə haqqında MN1292255 sayılı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, vətəndaş X13 istehsalatda bədbəxt hadisə nəticəsində əmək xəsarəti ilə əlaqədar zərərə görə ödənci 2019-cu ilin sentyabr ayından qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanıb ödənilməmişdir. X2 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun 1400 manat cərimə edilməsi qərara alınmışdır. X13 xx.xx.2022-ci il tarxli ərizəsindən görünür ki, o 1965-ci il tarixdə Nizami rayonu ərazisində yerləşən “Mexaniki təmir” zavodunda çilingər vəzifəsində çalışmışdır. xx.xx.1965-ci il tarixdə istehsalatda bədbəxt hadisə zamanı aldığı xəsarət nəticəsində sağ əl barmaqlarını itirmişdir. Nəticədə təqsirin 75%-i zavodun üzərinə düşməklə ona ömürlük əlilliyə görə müavinət təyin edilmişdir. 2019-cu ilin sentyabr ayınadək ona təyin edilmiş müavinəti almış, həmin tarixdən isə 75 manat müavinətini ala bilməmişdir. Pozulmuş hüquqlarının bərpa edilməsini xhiş etmişdir. Əhalinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, X10 əlin İİ barmağının 1,5 barmaq sümüyünün, İİİ-İV-V barmaqlarının iki barmaq sümüklərinin travmatik amputasiyası və İ barmağının əsas barmaq sümüklərinin kontrakturası, tutma funksiyasının pozulmasına görə müddətsiz olaraq İİİ qrup əlillik müəyyən edilmiş, əmək qabiliyyətinin 60%-ni itirmiş, yüngül işlərdə işləyə bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli tərəfindən vətəndaş X18 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********6 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən, İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Lakin qanunvericilikdə qeyd olunan ödənclərin işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə ödənilməsi nəzərdə tutulmamışdır. Sözügedən ödəncin verilmə qaydaları, şərtləri və məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və Himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği"nə əsasən müəyyən edilir və həmin hüquqi aktın 3.10-cu bəndinə uyğun olaraq, işçiyə zərər dəyməsində təqsirkar olan müəssisə yenidən təşkil edildiyi halda zərərçəkənə zərərin əvəzini onun hüquqi varisi olan müəssisə ödəyir. İstehsalatda bədbəxt hadisə barəsində 4 saylı, xx.xx.1969-cu il tarixili Akt dan görünür ki, Müəssisənin adı – Mexaniki –təmir zavodu Müəssisənin ünvanı – Bakı ş., Keşlə 33 Xalq təsərrüfatı sahəsi – Qlavbakstroy( Bakı baş tikinti) Xəsarət alanın adı, soyadı və atasının adı –X26 Peşəsi (vəzifəsi)- çilingər-ştampçı .......

11. Xəsarət alanın iş stajı a) Əsas peşə üzrə ümumi staj – 1964-cü ildən b) Sexdə əsas peşə üzrə iş stajı – 1965-ci ildən

13. Bədbəxt hadisənin baş verdiyi tarix – xx.xx.1969, saat 13:15

14. Listin kombinə edilmiş qayçı dəzgahında kəsilməsi zamanı dəmir listin mişar arasında qalmşdır və nəticədə əmliyyat dayanmışdır. Xəsarət alan listin mexaniki kəsilməsi məsədi ilə dəzgah iş rejimdə olarkən əvvəlcədən onun tərəfindən çıxarılmış prujini yerləşdirən zaman sağ əlin barmağları dəzgəhın kəsici dişliklər arasında qalmışdır.

15. Bədbəxt hadisənin səbəbləri – qayçı dəzgahın işlək vəziyyətdə olması zamanı prujinin quraşdırılması. 26 fevral 1970-ci il tarixli, 2 saylı protokoldan görünür ki, X25 xx.xx.1965-ci il tarixdə istehsalatda bədbəxt hadisə zamanı aldığı xəsarət nəticəsində sağ əl barmaqlarını itirmişdir. Nəticədə təqsirin 75%-i zavodun üzərinə, 25%-i X13 üzərinə düşmüşdür. 03 iyun 2002-ci il tarixli dövlət qeydiyyat haqqında şəhadətnamədən görünür ki, "xxxx" ASC(identifikasiya kodu 1004799) nizamnamədə göstərilən və qanunvericiliklə qadağan olunmayan fəaliyyət növləri ilə məşğul olur. xx.xx.1998-ci il tarixli, 1503 saylı sərəncamdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan vəBakı Tikinti və Şəhərin İnkişafı Departamentinin ünvan 5 ünvanında yerləşən Mexaniki təmir zavodunun bazasında "xxxx" açıq səhmdar cəmiyyəti yaradılmışdır. 01 mart 2002-ci il tarixli əmr N-1 dən görünür ki, "Bakı Mexaniki Təmir "ATSC ümumi yığıncağın in qərarına görə 01 mart 2002-ci il tarixdən "Bakı Mexaniki Tamir" ATSC-nin idarə heyəti seçilməsi haqqında Səhmdarların ümumi yığıncağının qərarı qəbul olunub və X6 01 mart 2002-ci il tarixdən idarə heyətinin sədri vəzifəsinə fəaliyyət göstərməsi üçün əmr imzalanıb. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.4.-ci maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin: 1-ci bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 2-ci bəndinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 3-cü bəndinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 4-cü bəndinə əsasən istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. 5-ci bəndinə əsasən bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 57.1-ci maddəsinə əsasən təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarına əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi qaydaları” barədə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanının: Bu Qaydalar “Azərbaycan Respublikasında 1995 – 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. 4.1-ci maddəsinə əsasən bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrindən istehsalat qəzası və yaxud peşə xəstəliyi üzrə, eləcə də bu səbəbdən ailə başçısını itirməyə görə aylıq ödənc almaq hüququ olan şəxslər bu ödəncin əvəzinə müvafiq qaydada aylıq müavinət almaq hüququna malikdirlər. 4.2-ci maddəsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvü, yaxud himayəsində olan digər şəxs aylıq ödəncin əvəzinə aylıq müavinət almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müavinət təyin edən orqana ərizə ilə müraciət edir və forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən müvafiq müqavilə bağlayır. 5.3-ci maddəsinə əsasən Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" Açıq tipli səhmdar cəmiyyətinin X13 istehsalatda bədbəxt hadisə nəticəsində əmək xəsarəti ilə əlaqədar zərərə görə ödənc ödəmək öhdəliyi heç bir hüquqmüəyyənedici sənədlə öz təsdiqini tapmır. Belə ki, iş materiallarında olan təhvil-təslim aktı mahiyyəti daşıyan “Özəlləşdirmə Planı”nın (emissiya prospektinin) surətindən göründüyü kimi, özəlləşdirmə zamanı müəssisənin X25 qarşısında öhdəliyi olması barədə hər hansı qeyd yoxdur və "xxxx" ASC-yə belə bir öhdəlik keçməmişdir. Həmçinin də X13 aylıq ödənc almaq hüququnun tanınmasına dair digər sənədlər də X20 Xidməti tərəfindən məhkəməyə təqdim edilməmişdir. MN1292255 sayılı, xx.xx.2022-ci il tarixli qərarı qəbul edilməsi üçün ilk öncə "xxxx" ASC-nin X13 qarşısında olan öhdəliyi olması sübuta yetirilməli idi. Yalnız bu öhdəliyin pozulması vəzifəli şəxs kimi X5 inzibati məsuliyyətə cəlb edilməsinə səbəb ola bilərdir. MN1292255 sayılı, xx.xx.2022-ci il tarixli qərar isə yalnız X20 Xidməti tərəfindən X13 izahatında 2019-cu ilin sentyabr ayınadək istehsalatda bədbəxt hadisə nəticəsində əmək xəsarəti ilə əlaqədar zərərə görə aylıq ödənci alması ilə və bunun öhdəliyin etirafı kimi qiymətləndirilməsi ilə əsaslandırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 tərəfindən X13 istehsalatda bədbəxt hadisə nəticəsində əmək xəsarəti ilə əlaqədar zərərə görə ödənci 2019-cu ilin sentyabr ayından qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanıb ödənilməmiş və İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək X20 Xidmətinin rəisi X23 tərəfindən inzibati tənbeh vermə haqqında MN1292255 sayılı, xx.xx.2022-ci il tarixli qərarı ilə 1400 manat cərimə edilmişdir. Yuxarıda sadalan qanunların normalarından və məhkəmədə tədqiq edilmiş sübutlara əsasən məhkəmə hesab edir ki, şikayət qanunidir və təmin olunmalıdır. Belə ki, X13 həmin müəssisədə xəsarət alması və bu xəsarət ilə əlaqədar olaraq özəlləşdirmədən sonraki dövr ərzində "xxxx" zavodu tərəfindən ona ödəniş etmək öhdəliyinin olması və həmin şəxsə ödəniş olunması ilə bağlı heç bir hal müəyyən edilməmişdir. Bundan əlavə inzibati tənbeh tədbiq etmə haqqında X20 Xidmətinin rəisi X23 tərəfindən inzibati tənbeh vermə haqqında MN1292255 sayılı, xx.xx.2022-ci il tarixli qərarda 2019-cu ilin sentyabr ayından sonra xəsarət alma ilə əlaqədar ödənişlərin edilmədiyi qeyd edilmiş, lakin həmin tarixədək ödənişlərin kim tərəfindən edildiyi göstərilməmiş, ödənişlərin edilməsi ilə bağlı heç bir rəsmi sənəd təqdim edilməmiş, məhkəmə iclasında iştirak edən X20 Xidmətinin Bakı şəhər idarəsinin böyük məsləhətçisi X4 Mirzağa Ağa oğlunun izahatı əsasında inzibati icraatın başlandığını bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2022-ci il tarixli qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət təmin olunmalıdır. Göründüyü kimi, qərarı qəbul etmiş qurum tərəfindən iş üzrə bütün faktiki hallar tam araşdırılmadan şikayət vermiş şəxsin törətdiyi xətanın mahiyyəti və bu xətaya dair təqsirliliyinin mövcudluğu aşkar edilmədən, sadəcə X13 izahatı əsasında inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi, onun iş üzrə icraatın aparılmasında iştirakının təmin olunmasına imkan yaratmadan qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nın 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs X6 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq məhkəmə,

qərara aldı:

Hüquqi şəxs X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş əçəli törədilməsində təqsirli bilinərək 1400 manat cərimə edilməsinə dair X20 Xidmətinin rəisi X23 tərəfindən inzibati tənbeh vermə haqqında MN1292255 sayılı, xx.xx.2022-ci il tarixli qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar